Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-14/2022 21.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, X1 Bakı şəhər X16 İdarəsinin 24.10.2021-ci il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş 24.10.2021-ci il tarixli, TP ******* saylı qərarın ləğv olunması barədə şikayətə Binəqədi Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhər X16 İdarəsinin 24.10.2021-ci il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş 24.10.2021-ci il tarixli, TP ******* saylı qərarından şikayət ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, 23.10.2021-ci il tarixdə Binəqədi rayonu, Atatürk prospekti ərazisində X7 tərəfindən etibarnamə ilə idarə edilən “Kia Pride” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobil X5 etibarnamə ilə idarə etdiyi “Toyota LC 200” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur.Araşdırma zamanı məlum olmuşdur ki, “Toyota LC 200” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X10 yerə vurulmuş yalnız geriyə dönmə nişanının tələbini pozaraq düzünə hərəkət etmiş və yerə vurulmuş 1.5 nişanlanma xətti və düzünə hərəkət yol nişanının təsiri dairəsində sola dönmək istəyən X3 etibarnamə ilə idarə etdiyi “Kia Pride” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. X7 izahatında göstərmişdir ki, 23.10.2021-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospektində etibarnamə ilə idarə etdiyi “Kia Pride” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən yerə vurulmuş 1.5 nişanlanma xətti və düzünə hərəkət yol nişanının təsiri dairəsində sola dönərkən “Toyota LC 200” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobil onun sol arxa qanadından vurmuşdur.Avtomobili yeni aldığı uçun sığorta müqaviləsini hansı sığorta şirkəti ilə bağladığını bilməmişdir.Toqquşmadan sonra hadisə yerinə polis əməkdaşları gəlmişdir. O, hadisə zamanı özünü təqsirli hesab etmədiyini bildirmişdir, çünki yerə vurulmuş 1.5 nişanlanma xətti və düzünə hərəkət yol nişanı olan hissədən sola dönərkən “Toyota LC 200” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yalnız geriyə hərəkət nişanın tələbini pozaraq düzünə hərəkət etmiş və yol nəqliyyat hadisəsinə səbəb olmuşdur.Toqquşmadan sonra hər iki avtomobilə maddi zərər dəymişdir. X10 izahatında göstərmişdir ki, 23.10.2021-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospektində etibarnamə ilə idarə etdiyi “Toyota LC 200” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən “Kia Pride” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobil sağdan qəflətən onu ötərək qarşısından sola dönmək istəyən zaman sağ tərəfdən avtomobilini vurmuşdur. Hadisə zamanı yolun orta hissəsi ilə hərəkət etdiyini bildirmişdir. 23.10.2021-ci il tarixdə Binəqədi rayonu, Atatürk prospekti ərazisində “Kia Pride” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Toyota LC 200” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsinin icraatı polis baş leytenantı X6 həvalə edilmişdir.Təhlükəsiz Şəhər Xidmətinin TŞ 6-043 nömrəli kameralarının 23.10.2021-ci il tarixli saat 16:00-dan 16:30-dək olan müddətdəki videogörüntülərindən görünür ki, X5 idarə etdiyi “Toyota LC 200“ markalı, **- TK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yerə vurulmuş yalnız geriyə hərəkət nişanı olan hissədən düzünə hərəkət etmiş və 1.5 nişanlanma xətti və düzünə hərəkət yol nişanının təsiri dairəsində sola dönmək istəyən X3 idarə etdiyi “Kia Pride" markalı, **-SY- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur."Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə asən Yol hərəkəti iştirakçıları yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar.Lakin Bakı şəhər DYPİ-nin polis baş leytenantı X9 işi tam, hərtərəfli və obyektiv araşdırmamış, “Toyota LC 200” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 qanunsuz əməllərinə hüquqi qiymət vermədən inzibati xəta haqqında qərar qəbul etmişdir. Şikayətçi X7 yuxarıda göstərilənlərini rəhbər tutaraq Bakı şəhər X16 İdarəsinin 24.10.2021-ci il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş 24.10.2021-ci il tarixli, TP ******* saylı qərarın ləğv olunması ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X15 İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin şikayətçi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən şikayətçi və İdarənin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. İş materiallarına əlavə edilmiş AR DİN-nin Baş X16 İdarəsinin 24.10.2021-ci il tarixli protokoluna əsasən məlum olur ki, X7 24.10.2021-ci il tarixdə, saat 16.17-də “Kia Pride” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən yol nişanlarının tələblərinə riayət etməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X16 İdarəsinin 24.10.2021-ci il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş 24.10.2021-ci il tarixli, TP ******* saylı qərarına əsasən məlum olur ki, X7 24.10.2021-ci il tarixdə, saat 16.17-də “Kia Pride” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən yol nişanlarının tələblərinə riayət etməmişdir.Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Şikayətçi inzibati xəta törətməməsi barədə heç bir sübutu iş materiallarına əlavə etməmiş və ya məhkəməyə gələrək təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X16 İdarəsi tərəfindən qəbul edilmiş Baş X16 İdarəsinin 24.10.2021-ci il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş 24.10.2021-ci il tarixli, TP ******* saylı qərarın ləğv olunması barədə verdiyi şikayət rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsinin 24.10.2021-ci il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş 24.10.2021-ci il tarixli, TP ******* saylı qərarın ləğv olunması barədə verdiyi şikayət rədd edilsin. Qərardan 10 (on) gün müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-14/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-14/2022
21.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver