Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1401/2021 18.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X2 iclas katibliyi, X1 iştirakı ilə, X1 inzibati xəta haqqında qərarından şikayət vermə müddətinin bərpa olunmasına dair vəsatətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ilə məhkəməyə müraciət edərək, onun inzibati məsuliyyətə cəlb olunması barədə 15.11.2020-ci il tarixli İXP ******* nömrəli protokolun etibarsız hesab edilməsi və onun əsasında Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş 27.11.2020-ci il tarixli qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 həmçinin vəsatət ilə məhkəməyə müraciət edərək, məhkəməyə şikayət vermək üçün üzrlü səbəblər nəticəsində buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. X3 məhkəmə iclasında vəsatəti müdafiə edərək, izahatında göstərdi ki, inzibati xəta haqqında qərardan şikayət vermə müddəti polis orqanı tərəfindən süründürməçiliyə yol verildiyindən buraxılmışdır. O, qeyd edilən inzibati xətanı törətməmişdir. Bu səbəbdən həmin qərardan şikayət verərək, şikayət vermə müddətinin bərpa edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı dinləyib, ərizəni, iş materiallarını araşdırıb hesab edir ki, vəsatət təmin edilməməlidir. Belə ki, İXM-nin 432.1-ci maddəsinə əsasən qərarın surəti həmin Məcəllənin 370-1ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İXM-nin 432.2-ci maddəsinə əsasən həmin Məcəllənin 432.1-ci madəsində nəzərdə tutulmuş müddət üzürlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. İXM-nin 432.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpa olunması qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. İş materiallarında olan müddətin bərpası barədə vəsatətindən də görünür ki, vəsatət əsaslandırılmamış, şikayət vermək üçün buraxılmış müddətin hansı üzrlü səbəblər nəticəsində baş verməsini qeyd etməmişdir. Həmçinin məhkəmə iclasında polis orqanı tərəfindən süründürməçiliyə yol verildiyini qeyd etsə də, bu halı təsdiq edən sübutları təqdim edə bilməmişdir. İnzibati Xətalar Məcəlləsində belə bir tələb yoxdur ki, məhkəməyə şikayət vermək üçün ilk öncə yuxarı orqana şikayət verilməlidir və yaxud yalnız yuxarı orqana şikayət verildikdən sonra məhkəməyə şikayət verilə bilər. Çünki İXM-nin 430.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Səlahiyyətli orqana və ya məhkəməyə şikayət vermək hüququnu seçmək şikayət vermiş şəxsin mülahizəsindən asılıdır. Beləliklə, hazırkı iş üzrə məhkəməyə şikayət vermək üçün müəyyən edilmiş müddətin buraxılması səbəbi hər hansı üzürlü səbəblərlə əlaqədar deyildir, şikayətçinin öz mülahizəsinə əsasən birinci yuxarı orqana şikayət verdiyi üçün müddət buraxılmışdır. Müddətin buraxılması üçün göstərilmiş səbəblərin üzürlü səbəb hesab edilməsi mümkünsüzdür. Qeyd edilənlərə əsasən buraxılmış müddətin bərpa olunması qeyrimümkün hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430-438-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Baş X6 İdarəsinin 15.11.2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında iş üzrə protokoldan və 27.11.2020-ci il tarixli qərardan şikayət vermə müddətinin bərpa olunmasına dair vəsatəti rədd edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-1401/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1401/2021
18.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver