Məhkəmə qərarları › İş №3(001)-1402/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1402/2021

11.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1402/2021 11.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Binəqədi Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu, Binəqədi Rayon Prokurorluğundan daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: xx xxxx 2021-ci il tarixdə Binəqədi Rayon Prokurorluğundan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərar baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İş üzrə təqdim edilmiş materialları araşdıraraq hesab edirəm ki, barəsində qərar qəbul edilmiş şəxs məhkəməyə təqdim edilmədiyi üçün qərar ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Binəqədi Rayon Prokurorluğu inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərarla məhkəməyə müraciət etsə də, inzibati xəta törədən şəxs Şəxs məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında inzibati tənbeh növü kimi həm də inzibati həbs tənbeh tədbiri nəzərdə tutulduğundan hesab edirəm ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində qəbul olunmuş qərara dərhal baxılmalıdır. Lakin o, məhkəməyə təqdim edilmədiyi üçün qərara dərhal baxılması mümkünsüzdür. Azərbaycan Respublikası İXM-in 109.1.6 maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxs tərəfindən tərtib olunduqda, protokol və sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş sənədlər natamam olduqda işə baxarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. Hesab edirəm ki, qeyd edilən çatışmazlıqlar aradan qaldırılmadan yəni, barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərar qəbul olunmuş şəxs təqdim edilmədiyi üçün işə mahiyyəti üzrə baxılması mümkün deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 420 və 422.3-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Binəqədi Rayon Prokurorluğundan daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərar Binəqədi Rayon Prokurorluğuna geri qaytarılsın. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar