Məhkəmə qərarları › İş №3(001)-1404/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1404/2024

01.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1404/2024 01.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Şikayət verən X1 iştirakı ilə, X1 Bakı şəhər X4 İdarəsinin EQ 19439771 nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X2 məhkəməyə müraciət edərək, Bakı şəhər X4 İdarəsinin EQ 19439771 nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhər X4 İdarəsinin EQ 19439771 nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) manat cərimə edilmişdir. Halbuki, qayda “pozuntusunun” qeydə alındığı yer 3.27 yol yol nişanın qüvvədə olduğu yerdən xeyli kənardadır. Fotoşəkillərdən göründüyü kimi 3.27 yol nişanın quraşdırıldığı yer birinci yolayrıcına qədər qüvvədədir, nişanın altında lövhəcik olmadığına görə onun təsir qüvvəsi yerləşdiyi ərazi ilə məhdudlaşır. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış Bakı şəhər X4 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Bakı şəhər X4 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: EQ 19439771 nömrəli xx.xx.2024-cü il tarixli İnzibati Tənbeh vermə haqqında Qərardan görünür ki, “Kia Cerato minik” markalı **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsi ilə təqsirli bililib 20 manat cərimə edilməsi barədə qərar qəbul etmişdir ondan ötrü ki, S.N.Umarova xx.xx.2024-cü ildə Bakı, Azadlıq pr., Əcəmi Naxçıvani 3066 ünvanda dayanma və ya durma qaydalarını pozmuşdur. “Yol hərəkəti haqqında” qanunun 64-cü maddəsinin 8-ci hissəsinin 3-cü bəndinə əsasən 3.27-3.30 nişanları üçün onların qüvvədə olduğu sahənin qurtaracağında 3.27- 3.30 nişanlarını 7.2.3 lövhəciyi ilə təkrarən qoymaqla və ya 7.2.2 lövhəciyi tətbiq etməklə, 3.27 nişanı 1.4 nişanlama xətti ilə birlikdə; 3.28 nişanı isə 1.10 nişanlama xətti ilə birlikdə tətbiq edilə bilər: bu zaman nişanların qüvvədə olduğu sahə nişanlama xəttinin uzunluğu ilə müəyyənləşdirilir. X2 tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərdən görünür ki, “Kia Cerato minik” markalı **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilin park edildiyi yerdə 3.27 nişanı 7.2.3 lövhəciyi ilə təkrarən qoyulmamış, 7.2.2 lövhəciyi, habelə, 3.27 nişanı 1.4 nişanlama xətti ilə birlikdə tətbiq edilməmişdir. Belə olan halda aydın olur ki, həmin ərazidə qoyulmuş 3.27 nişanın qüvvəsi birinci yolayrıcına qədər qüvvədədir və nişanın altında lövhəcik olmadığına görə onun təsir qüvvəsi yerləşdiyi ərazi ilə məhdudlaşmaqla “Kia Cerato minik” markalı **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilin park edildiyi yeri əhatə etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1-ci və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Bakı şəhər X4 İdarəsinin EQ 19439771 nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməli, həmin qərar ləğv edilərək inzibati xəta haqqında baxılmaq üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. Bakı şəhər X4 İdarəsinin EQ 19439771 nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı (X1 Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsi ilə 20 manat cərimə edilməsi barədə) ləğv edilsin, inzibati xəta haqqında iş baxılmaq üçün yuxarı səlahiyyətli orqana - Bakı şəhər X4 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar