Məhkəmə qərarları › İş №3(001)-1406/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1406/2021

21.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1406/2021 21.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi ilə, Şikayət vermiş şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri, tibb xidməti polkovnik-leytenantı X8 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri, tibb xidməti polkovnik-leytenantı X14 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.N1-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* saylı, xx.xx.N1-ci il tarixli qərarla Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri, tibb xidməti polkovnik-leytenantı X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinərək 1500 (bir min beş yüz) manat miqdarında cərimə edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri, tibb xidməti polkovnikleytenantı X14 Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* saylı, xx.xx.N1-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, N0-ci ilin iyul ayından Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin tabeliyindəki N nömrəli hərbi hissənin komandiri təyin edilmiş və hazırda həmin vəzifədə xidmətini davam etdirir. Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx xxxx N0-ci il tarixli müvafiq əmri (məxfi əmr olduğundan surətini ərizəyə əlavə edə bilmir) əsasında N nömrəli hərbi hissədə optimallaşdırma aparılaraq bir sıra ştat vahidləri (cəmi 31 adda), o cümlədən Maddi-Texniki Təminat bölməsinin tərkibində olan Texniki əmlak və Yanacaq sürtkü materialları anbarları ixtisar edilmişdir. Buna baxmayaraq, N nömrəli hərbi hissənin sabiq mülki işçisi, ştatların ixtisarına görə əmək müqaviləsinə xitam verilmiş X3 Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinə müraciət edərək, onunla bağlanılmış əmək müqaviləsinə qanunsuz xitam verilməsini, onun ştatının ixtisara düşmədiyini və ştatının ixtisara düşməsindən məlumatının olmamasım bildirmişdir. O, protokol ilə razı deyil, hərtərəfli və tam araşdırma aparılmadan, onun və ya hərbi hissədən nümayəndənin iştirakı olmadan əsassız protokol tərtib edildiyi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin İnzibati tənbeh vermə haqqında ******* nömrəli protokolunun və Qərarının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş edir. Vətəndaş E.Dadaşova ilə əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin heç bir tələbi pozulmamış, tam qanuni əsaslarla müqviləyə xitam verilmişdir. Belə ki, E.Dadaşovanın qeyd etdiyinin əksinə olaraq, (o DƏMX-ə müraciətində ştatının ixtisara düşmədiyini, onu uzaqlaşdıraraq əvəzinə başqa işçi götürləcəyini iddia etmişdir) Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx xxxx N0-ci il tarixli müvafiq əmri əsasında N nömrəli hərbi hissədə optimallaşdırma aparılaraq (döyüş və səfərbərlik hazırlıqlarının daha da təkmilləşdirilməsi) bir sıra ştat vahidləri (cəmi 31 adda), o cümlədən 'Maddi-Texniki Təminat bölməsinin tərkibində olan Texniki əmlak və Yanacaq sürtkü materialları anbarları ixtisar edilmişdir. X1 2017-ci ilin iyul ayından ixtisar aparılana qədər çalışdığı “texniki əmlak anbarının müdiri” ştat vahidi ixtisara düşdüyündən, onunla olan əmək müqaviləsinə xx xxxxxx N0-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun xitam verilmişdir. Vətəndaş E.Dadaşova ilə şəxsən onun və Tibb Baş idarəsinin səlahiyyətli şəxsləri ilə dəfələrlə aparılmış söhbətlər zamanı ona Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq, Silahlı Qüvvələrin Baş Klinik Hospitalında kiçik tibb bacısı və X13 fəhlə vəzifəsi təklif edilməsinə baxmayaraq imtina etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsi əmək qanunvericiliyinin tələblərinin pozulması kimi vətəndaş E.Dadaşovaya bildirişin verilməməsini əsas götürür. N nömrəli hərbi hissənin komandiri xx xxxx N0-ci il tarixdə 63 nömrəli əmri ilə (N nömrəli hərbi hissənin quruluşunda təşkilat-ştat tədbirlərinin aparılması ilə əlaqədar ixtisara düşmüş mülki işçilərin xəbərdarlıq edilməsi haqqında) ixtisara düşən ştat vahidlərində çalışan işçilərə xəbərdarlıq edilməsi üçün bölmə rəislərinə tapşırıq verilmiş və bölmə rəisi baş leytenant X2 şəxsən vətəndaş E.Dadaşovaya ştatının ixtisara düşməsi barədə xəbərdarlıq etmişdir. (Həmin əmrin çıxarışı əlavə edilir.) Bundan əlavə xx xxxxxx N0-ci il tarixdə hərbi hissənin Əmək mübahisələri komissiyasının iclası keçirilmiş və həmin iclasda ixtisara düşmüş bütün işçilərə xəbərdarlıq edilmişdir. Göstərilənlərdən başqa, vətəndaş E.Dadaşova ştat ixtisarı ilə əlaqədar bir neçə dəfə hərbi hissə komandiri kimi dəfələrlə onun qəbulunda olub, ona şəxsən xəbərdarlıq etmiş, onun icazəsi ilə başqa işlə təmin olunmasına kömək etməsi üçün Tibb Baş İdarəsinin Planlaşdırma şöbəsinin rəisinin qəbulunda olub, ona digər işlər təklif edilməsinə baxmayaraq, imtina etmişdir ki, bu da onun bildiriş verilmədən əmək müqaviləsinə xitam verilməsinə dair iddiaları əsassız edir. (xx.xx.N0-ci il tarixli müraciətin surətində özü şəxsən komandirin yanında olmasını, planlaşdırma şöbəsinin rəisi ilə danışmasını bildirir.) Çünki vətəndaş E.Dadaşovanın ən geci xx xxxx N0-ci il tarixdən ştatının ixtisara düşməsinə dair məlumatı var idi, sadəcə o ləğv edilmiş ştatının bərpa olunaraq onun işə qaytarılmasını tələb edirdi. Əlavə olaraq bildirir ki, N nömrəli hərbi hissənin kadrlar üzrə mütəxəssisi, kargüzarlıq müdiri və baş mühasibi xx xxxx N0-ci il tarixdən koronovirus infeksiyasına yoluxduqlarına görə işə çıxmamaları səbəbindən, yuxarıda qeyd edilən tədbirlər görülmüş, E.Dadaşova ilə şifahi söhbətlər aparılıb məlumatlandırılmasına baxmayaraq, yazılı bildiriş verilməmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* saylı, xx.xx.N1-ci il tarixli inzibati xəta haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin baxılmasında iştirak etməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinə məhkəmənin yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, habelə məhkəmə iclasının təxirə salınmasına dair vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən şikayətçi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri, tibb xidməti polkovnik-leytenantı X14 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.N1-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.N1-ci il tarixli MN №1066049 saylı qərarından görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri, tibb xidməti polkovnik-leytenantı X14 X1 əmək müqaviləsinə qanunvericiliyin tələblərinin pozularaq xitam verilməsi nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.N1-ci il tarixli bildirişindən görünür ki, X14 barəsində tərtib edilmiş protokola baxılması barədə xəbərdar edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissənin komandiri tibb xidməti polkovnikleytenantı Zaur Hacıyev tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinə ünvanlanmış məktubdan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx xxxx N0-ci il tarixli müvafiq əmri əsasında N0-ci ilin avqust ayında N nömrəli hərbi hissədə optimallaşdırma aparılaraq bir sıra ştat vahidləri ixtisar edilmiş, bəzi ştat vahidləri əlavə olunmuşdur. X1 çalışdığı “texniki əmlak anbarının müdiri” ştat vahidi ixtisara düşdüyündən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “B” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xx xxxxxx N0-ci il tarixdə xitam verilmişdir. X7 Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında kiçik tibb bacısı vəzifəsi, X13 fəhlə vəzifəsi təklif olunmuş, lakin o imtina etmişdir. İş materiallarında olan N nömrəli hərbi hissənin komandiri tibb xidməti polkovnikleytenantı Zaur Hacıyev tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinə ünvanlanmış məktubdan görünür ki, vətəndaş X4 Məcəlləsinin 70-ci maddəsinin “B” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xx xxxxxx N0-ci il tarixdə işdən azad edilmişdir. Hərbi hissə, komandiri tərəfindən xx xxxx N0-cı il tarixdə hərbi hissənin quruluşunda təşkilati-ştat tədbirlərinin aparılması ilə əlaqədar vəzifələrin ixtisara düşmələri barədə tabelikdə olan mülki işçilərin xəbərdar edilmələri üçün bölmə rəislərinə yazılı əmr verilmişdir. Öz növbəsində bölmə rəisi baş leytenant X2 vəzifəsinin ixtisara düşməsi barədə işçini məlumatlandırmışdır. Hərbi hissənin kadr üzrə mütəxəssisi, kargüzarlıq müdiri və baş mühasib xx xxxx N0-ci il tarixdən Koronavirus infeksiyasına (Covid -19) yoluxduqlarına görə işə çıxmamışlar və bu səbəbdən vətəndaş X7 yazılı bildiriş verilməmişdir. İş materiallarında olan xx.xx.N0-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X6 əmək müqaviləsi bildirişi ləğv edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin əmrindən çıxarışdan görünür ki, X9, hərbi hissənin Maddi-Texniki Təminat bölməsinin anbar müdiri (texniki əmlakın), Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ştatlar ixtisar edildikdə) xx xxxxxx N0-ci ildən əmək müqaviləsinə xitam verilməsi və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə əsasən E.Z.Dadaşovanın 1 (bir) ildən 5 (beş) ilədək əmək stajını nəzərə alaraq orta aylıq əmək haqqının 1,4 misli miqdarında müavinət verilməsi əmr edilmişdir. Məhkəmə iş materillarının araşdırılması nəticəsində belə qənaətə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında müəyyən olunur ki, X6 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinə zidd olaraq heç bir xəbərdarlıq bildirişi olmadan, Koronovirus pandemiyası dövründə ixtisarla bağlı qadağalara baxmayaraq xitam verilmişdir. Beləliklə, işçi ilə işəgötürən arasında əmək müqaviləsinin bağlanması ilə bağlı qanunvericiliyin tələbləri ciddi şəkildə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı və ya inzibati xəta haqqında protokol nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edildiyi vaxtdan 10 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iş materiallarına əlavə edilmiş sübutları qiymətləndirərək hesab edir ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri, tibb xidməti polkovnik-leytenantı X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.N1-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: X14 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.N1-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilən şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar