Məhkəmə qərarları › İş №3(001)-1415/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1415/2021

05.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1415/2021 05.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının rəhbəri Şəxs nümayəndəsi “Əkrəm Həsənov və Partnyorları” Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının rəhbəri Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının rəhbəri Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X11 izahat verərək bildirmişdir ki, Əliyev X10 Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının rəhbəri kimi həmin orqan barəsində verilmiş Şəki İnzibati- İqtisadi Məhkəməsinin 2-1(84)-1605/2018 nömrəli, xx.xx.2020-ci il tarixli, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3542/2019 nömrəli, xx.xx.2020-ci il tarixli və Sumqayıt İnzibati Məhkəməsinin 2-1(85)-2643/2018 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədlərinin icrasını təmin etməmişdir. X18-İqtisadi Məhkəməsinin 2-1(84)-1605/2018 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən tələbkar X3 Şəki rayonu Baş Layısqı kəndi “Fəhlə kəndli birliyi” kolxozunda 1981-1988, 1993, 1996,1997-ci illər işlədiyi müddət tam iş stajı kimi, 1979,1980,1989,1990,1991,1994-cü illərdə işlədiyi iş stajı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına (həmin illərdə müəyyən edilmiş minimum adam günü 170 gün) görə faktiki müddət nəzərə alınmaqla sosial sığorta stajına daxil edilməsi, 1981- 1988, 1993 və 1996-cı illərdə tütünçü işlədiyi müddət tam, 1979-1980, 1990 və 1994-cü illərdə kolxozda tütünçü işlədiyi iş stajı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına (həmin illərdə müəyyən edilmiş minimum adam günü 170 gün) görə faktiki müddət nəzərə alınmaqla güzəştli iş stajı kimi hesablanması və xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinin üzərinə qoyulmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3542/2019 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən X7 51 yaş 06 ay tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(85)-2643/2018 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən tələbkar X2 güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bu hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən təyin olunması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulmuşdur. Qeyd olunan icra sənədləri üzrə icraata başlamaq haqqında qərar və icra sənədlərinin 10 gün ərzində könüllü icrasına dair bildiriş borclu Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. Lakin borclu icra sənədlərini könüllü müddət ərzində icra etməmişdir. Daha sonra məhkəmə qərarlarının məcburi qaydada icra olunması üçün icra vərəqələri borcluya göndərilmiş və icra sənədlərinin icrasının təmin olunması tələb olunmuşdur. Lakin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı icra sənədlərinin icrasını təmin etməmişdir. Bu səbəbdən də, həmin qurumun rəhbəri Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının rəhbəri Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının rəhbəri Şəxs nümayəndəsi “Əkrəm Həsənov və Partnyorları” Vəkil Bürosunun vəkili X13 izahat verərək bildirmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının rəhbəri Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Çünki Sumqayıt İnzibati Məhkəməsinin 2-1(85)-2643/2018 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası məqsədi ilə filial tərəfindən X2 259,78 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunaraq sözügedən məhkəmə qərarı icra edilmişdir. Bundan başqa adıçəkilən şəxsə ötən dövr üzrə ödənilməli olan 5518,50 manat pensiya məbləği müəyyən edilmişdir. Həmin 5518,50 manat pensiya məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünməklə xx.xx.2021- 31,05.2024-cü il tarixləri arasındakı dövr ərzində hər ay 141,50 manat olmaqla hissə-hissə Qabil Əlipənahovun əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülür. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1605/2018 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası məqsədi ilə filial tərəfindən X5 259,78 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunaraq sözügedən məhkəmə qərarı icra edilmişdir. Bundan başqa adıçəkilən şəxsə ötən dövr üzrə ödənilməli olan 4861,60 manat pensiya məbləği müəyyən edilmişdir. Həmin 4861,60 manat pensiya məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünməklə xx.xx.2021xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində hər ay 121,54 manat olmaqla hissə-hissə Ziyada Yunusovanın əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülür. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3542/2019 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası məqsədi ilə filial tərəfindən X8 259,78 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuş, həmçinin ona ötən dövr üzrə ödənilməli olan 7268,70 manat pensiya məbləği müəyyən edilmişdir. Həmin pensiya məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünməklə xx.xx.2021-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində hər ay 242,29 manat olmaqla hissə-hissə adıçəkilən şəxsin əmək pensiyasının üzərinə əlavə edilərək, müvafiq kart hesabına köçürülməklə sözügedən məhkəmə qərarının icrası tam başa çatdırılacaqdır. Bu da Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının rəhbəri Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmasını istisna edir. Ona görə də, qeyd olunanları nəzərə alaraq, məhkəmədən barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(85)-2643/2018 nömrəli icra vərəqəsindən görünür ki, tələbkar X2 güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bu hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən təyin olunması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulmuşdur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(84)-1605/2018 nömrəli icra vərəqəsindən görünür ki, tələbkar X3 Şəki rayonu Baş Layısqı kəndi “Fəhlə kəndli birliyi” kolxozunda 1981-1988, 1993, 1996,1997-ci illər işlədiyi müddət tam iş stajı kimi, 1979,1980,1989,1990,1991,1994-cü illərdə işlədiyi iş stajı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına (həmin illərdə müəyyən edilmiş minimum adam günü 170 gün) görə faktiki müddət nəzərə alınmaqla sosial sığorta stajına daxil edilməsi, 1981-1988, 1993 və 1996-cı illərdə tütünçü işlədiyi müddət tam, 1979-1980, 1990 və 1994-cü illərdə kolxozda tütünçü işlədiyi iş stajı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına (həmin illərdə müəyyən edilmiş minimum adam günü 170 gün) görə faktiki müddət nəzərə alınmaqla güzəştli iş stajı kimi hesablanması və xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinin üzərinə qoyulmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(81)-3542/2019 nömrəli icra vərəqəsindən görünür ki, X7 51 yaş 06 ay tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilmişdir. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********3 nömrəli qərarından görünür ki, X3 xx.xx.2018-ci il tarixdən pensiya hüququ yaranmış, pensiya məbləği 259,78 (iki yüz əlli doqquz manat yetmiş səkkiz qəpik) manat olaraq müəyyən edilmiş və ona xx.xx.2021-ci il tarixədək pensiya ödənilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli, **********3 nömrəli qərarından görünür ki, xx.xx.2021-ci il tarixdən ömürlük olaraq X5 259,78 (iki yüz əlli doqquz manat yetmiş səkkiz qəpik) manat pensiya verilməsi qərara alınmışdır. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********8 nömrəli qərarından görünür ki, X7 xx.xx.2017-ci il tarixdən pensiya hüququ yaranmış, pensiya məbləği 259,78 (iki yüz əlli doqquz manat yetmiş səkkiz qəpik) manat olaraq müəyyən edilmiş və ona xx.xx.2021-ci il tarixədək pensiya ödənilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli, **********8 nömrəli qərarından görünür ki, xx.xx.2021-ci il tarixdən ömürlük olaraq X8 259,78 (iki yüz əlli doqquz manat yetmiş səkkiz qəpik) manat pensiya verilməsi qərara alınmışdır. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********1 nömrəli qərarından görünür ki, X1 xx.xx.2018-ci il tarixdən pensiya hüququ yaranmış, pensiya məbləği 259,78 (iki yüz əlli doqquz manat yetmiş səkkiz qəpik) manat olaraq müəyyən edilmiş və ona xx.xx.2021-ci il tarixədək pensiya ödənilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli, **********1 nömrəli qərarından görünür ki, xx.xx.2021-ci il tarixdən ömürlük olaraq X2 259,78 (iki yüz əlli doqquz manat yetmiş səkkiz qəpik) manat pensiya verilməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının rəhbəri Şəxs tərəfindən Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1605/2018 nömrəli, xx.xx.2020-ci il tarixli, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3542/2019 nömrəli, xx.xx.2020ci il tarixli və Sumqayıt İnzibati Məhkəməsinin 2-1(85)-2643/2018 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədləri icra edilməyərək icra məmurunun tələbləri yerinə yetirilməmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını məhkəmə iclasında toplanmış sübutlarla birlikdə əhatəli şəkildə nəzərdən keçirərək hesab edir ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının rəhbəri Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Məhkəmə iclasında isə toplanmış sübutlardan müəyyən edilmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən icra sənədləri üzrə müəyyən edilmiş öhdəlik X9, X14 və X2 xx.xx.2021-ci il tarixli qərarlarla pensiya təyin edilmiş, pensiya hüququnun yaranma tarixi icra səndələrində müəyyən edilmiş vaxtdan hesablanaraq ötən dövr üzrə ödənilməli olan pensiya məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əsas pensiya məbləğinə əlavələr olaraq ayların sayına bölünməklə ödənilməyə başlanılmışdır. Bu isə onu göstərir ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının rəhbəri Şəxs icra sənədləri üzrə olan öhdəliyi icra etməməsi və icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi sübuta yetirilə bilməmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının rəhbəri Şəxs öhdəliyi icra etməsinə dair məhkəmədə toplanmış sübutlar sonuncunun əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətinin olmamasına dəlalət edir. Ona görə də, məhkəmə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının rəhbəri Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə, Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının rəhbəri Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının rəhbəri Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar