Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1418/2021 14.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X3 iclas katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinin sahə inspektoru, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4, Müdafiəçi – Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə xx xxxxxx 1969-cu il tarixdə Astara rayonu, Seləkəran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, rəsmi olaraq subay, Astara rayonu, Suparibağ Ə/D, Seləkəran kəndində qeydiyyatda olan və Bakı şəhəri,Binəqədi rayonu, Fatmayi bağlar massivində nömrəsiz evdə yaşayan X8 oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 43-cü polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında protokol və iş materiallarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 xx.xx.2021-ci il tarixdə saat 18:00-da Bakı şəhəri, Binəqədi rayonu, Fatmayi bağlar massivində səs-küy saldığına görə polis əməkdaşları ona yaxınlaşaraq sakitliyə dəvət etmiş, qarşılığında Şəxs polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək polisin qanuni tələblərinə tabe olmamışdır. Buna görə də, Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 43-cü Polis bölməsinin sahə inspektoru, polis mayoru X5 oğlu tərəfindən xx.xx.2021-ci il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Binəqədi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 43-cü Polis bölməsinin sahə inspektoru polis mayoru X5 oğlu tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, X6 xx.xx.2021-ci il tarixdə saat 18:00-da Bakı şəhəri, Binəqədi rayonu, Fatmayi bağlar massivində səs-küy saldığına görə polis əməkdaşları ona yaxınlaşaraq sakitliyə dəvət etmiş, qarşılığında Şəxs polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək polisin qanuni tələblərinə tabe olmamışdır.Buna görə də, məhkəmədən həmin şəxsin inzibati qaydada cəzalanmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında icraat aparılan X6 təqsirini etiraf etdiyini, əməlindən peşman olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil oğlu, hüquqlarını müdafiə etdiyi X4 təqsirini etiraf etdiyini, əməlindən peşman olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdıraraq hesab edir ki, o, inzibati qaydada cəzalanmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu əsasında X4 əməlində İXM-nin 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 oğlunun təqsirini etiraf etməsini, əməlindən peşman olması və il ərzində ilk dəfə inzibati xəta törətməsi məsuliyyəti yüngülləşdirən haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 oğlunun əməlində məsuliyyəti ağırlaşdıran hallar yoxdur. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və 200 (iki yüz) manat cərimə edisin. X6 inzibati tutulmadan azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-1418/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1418/2021
14.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver