Məhkəmə qərarları › İş №3(001)-142/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-142/2021

26.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-142/2021 26.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədirliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi RPİ-dən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair AP № ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin (hakim F.Əmirəliyev) xx.xx.2020-ci il tarixli 3(001)-2414/2020 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək 300 (üç yüz) məbləğində inzibati qaydada cərimə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 3(001)- 2414/2020 saylı sözügedən qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış hüquqi şəxs Şəxs direktoru X4 apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli 3(103)-2022/2020 saylı qərarı “X3 Plumbing” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X4 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, “X3 Plumbing” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati tənbeh olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 3(001)-2414/2020 saylı qərarı ləğv edilərək iş materialları hərtərəfli araşdırma aparılıb qərarın təsviri hissəsində göstərilənlərə hüquqi qiymət verilməklə inzibati xəta haqqında işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında material xx.xx.2020-ci il tarixində yenidən Binəqədi Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs MMC tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsi (“Fiat Dobıo” minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı) tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumatı bu günə kimi göndərməmişdir. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tələbləri pozulmuşdur. Ona görə xx xxxx 2020-ci il tarixdə MMC barəsində AP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi RPİ-yə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə, inzibati xəta haqqında işlər üzrə icraatın İdarənin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə iclasında iştirak edən Şəxs direktoru X4 izahatında bildirmişdir ki, Binəqədi RPİ-nin DYPŞ tərəfindən göndərilən poçt sənədinin “Hüseynova” soyadlı şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilsə də, “Hüseynova” soyadlı şəxs Şəxs MMCdə işləmir. Odur ki, protokolun əsassız olaraq tərtib edildiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş xx xxxx 2020-ci il tarixli, AP № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-yə nəqliyyat vasitəsini (mülkiyyətində və ya istifadəsində olan) inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli 3(103)-2022/2020 saylı qərarından görünür ki, işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi işi tam, obyektiv araşdırmamış, polis orqanının sorğusunun Şəxs MMC-nin ünvanına göndərib-göndərilməməsi, Dövlət yol polis şöbəsi tərəfindən göndərilmiş sorğu və məktubun hüquqi şəxsin rəsmi ünvanına çatdırılıbçatdırılmamasını, cəmiyyətdə Hüseynova adlı şəxsin əmək müqaviləsi əsasında işləyib işləməməsini dəqiqləşdirmədən araşdırma aparmadığına görə Bakı şəhər Binəqədi rayon Məhkəməsinin qərarı ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci tarixli reysterdə müəyyən olunur ki, Binəqədi RPİ DYP şöbəsi tərəfindən “X3 Plumbing” MMC-yə ünvanlanan məktub Nərimanov rayonu, Ə.Qayıbov küçəsi, 10 Q ünvanına göndərilmişdir. Digər tərəfdən xəbərnamə üzərindəki “SS660080121AZ” nömrəli ştrix kodu “xxxx" MMC-nin “http://www.azerpost.az” rəsmi saytındakı “Poçt göndərişlərinin izlənilməsi” xidməti vasitəsilə məhkəmə tərəfindən yoxlanılarkən müəyyən edildi ki, qeyd olunan sorğunun alıcıya çatdırılması barədə rəsmi məlumat yoxdur. Həmçinin birinci instansiya məhkəməsi qərarında sorğu məktubunun “X2” MMC-nin nümayəndəsi tərəfindən qəbul edildiyi qeyd olunsa da, xəbərnamədə soyadı “Hüseynova” kimi qeyd edilən şəxsin şirkətin nümayəndəsinin olub olmaması heç bir sənədlə sübuta yetirilməmişdir. İş materiallarında olan “X2” MMC tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli məktubdan məlum olur ki, şirkət yarandığı gündən Hüseynova soyadlı şəxs onların şirkətində işləməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Hesab edirəm ki, Şəxs MMC Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsi tərəfindən göndərilmiş sorğunu xx.xx.2020-ci il tarixdə Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi tərəfindən alınmaması, “Hüseynova” soyadlı şəxs həmin şirkətdə işləmədiyi müəyyən edildiyindən, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48, 53, 110-112, 552-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi RPİ-dən daxil olmuş xx xxxx 2020-ci tarixli, AP № ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar