Məhkəmə qərarları › İş №3(001)-1421/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1421/2023

17.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1421/2023 17.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, "xxxx" Telekom MMC-də marketinq üzrə mütəxəssis işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X3 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 yanvar 2023cü il tarixli, e-16(001)-2/2023 nömrəli icra sənədində iddiaçı Zərərçəkmiş şəxs uşağı- 18 iyul 2018-ci il təvəllüdlü X4 ilə hər həftənin şənbə günü saat 10:00-dan 12:00-dək görüş verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən icra sənədi əsasında xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar və bildirişə əsasən iş üzrə icraat başlanılmış və borcludan tələbi könüllü icra etmək tələb edilmişdir. Bundan sonra borclu ilə əlaqə saxlanılmış və icra sənədini icra etməsi tələb edilmişdir. Lakin, borclu Şəxs göstərilən icra sənədini icra etməkdən qərəzli şəkildə yayınır. İcra sənədinin icrası ilə əlaqədar tərəfindən zəruri icra tədbirlərinin görülməsinə baxmayaraq, Şəxs icra sənədini üzrsüz səbəbdən icra etmədiyi üçün, sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, e-16(001)-2/2023 nömrəli icra sənədinə əsasən Zərərçəkmiş şəxs uşağı- 18 iyul 2018-ci il təvəllüdlü X4 ilə hər həftənin şənbə günü saat 10:00-dan 12:00-dək görüş verilməsi nəzərdə tutulmuşdur. Bildirmək istəyir ki, oğlu X4 autizm, kanner sindromu F84.0 diaqnozu ilə hazırda qeydiyyatda olmaqla müalicə olunur və həkimlərin rəyinə əsasən uşaq nevropotoloq müayinəsi, loqoped və psixoloq təlimi şərtdir. Təlim müddətində əks təsir göstərəcək mühitdən uzaq olmalıdır. Tələbkarla evlilik müddətində atanın göstərdiyi aqressiv münasibətdən sonra uşağın bir dəfə dili tutulmuş və uşaq müalicədə olduğundan görüşü həyata keçirmək mümkün olmamışdır. O oğlunun atası ilə görüşməsinə etiraz etmir.Lakin, tələbkarla evlilikləri müddətində aralarında tez-tez baş verən mübahisələr uşaqlarının gözü qarşısında olmuşdur, bu səbəbdən uşaq hazırda atasından qorxur. Hazırda bir valideyn-ana kimi tək istədiyi uşağının sağalması, digər uşaqlar kimi məktəbə getməsidir. O icra sənədinin icra edilməsindən yayınmır, uşağı sağaldıqdan sonra yenə də atası ilə görüşə bilər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona verilmiş suallara cavab olaraq, icra məmurunun onunla telefon vasitəsi ilə əlaqə saxladığını, həmin vaxt uşağın xəstə olması səbəbindən icra şöbəsinə gedə bilmədiyini, uşağın xəstə olmasıni təsdiq edən arayışı icra şöbəsinə təqdim etdiyini, bundan sonra isə aralarında olan məhkəmə mübahisəsi davam etdiyindən və məhkəmə uşaqla ünsiyyət tələbinə dair yekun məhkəmə qətnaməsini qəbul etmədiyindən artıq icra ilə bağlı problem olmadığını başa düşdüyünü bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil izahat verərək bildirmişdir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib edilməsi tamamilə əsassızdır. Belə ki, Şəxs ümumiyyətlə icra sənədi üzrə icraata başlama haqqında bildirişi və qərarı almamışdır, onun barəsində icra işinin olmasından məlumatsız olmuşdur. İcraata başlama haqqında qərarda da, şəxsin həmin qərardan 10 gün müddətində şikayət etmək hüququnun olduğu göstərilmişdir, şŞəxs isə həmin bildiriş və qərarla 06 aprel 2023-cü il tarixdə tanış olmuşdur. Bundan əlavə, onlar tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş müvəqqəti təminat tədbiri barədə qərardadın ləğv edilməsinə dair şikayət verilmiş, eyni zamanda “uşaqla ünsiyyət” tələbinə dair mülki iş üzrə məhkəməpsixiatrik ekspertizası təyin edilmişdir.Bu səbədən hesab edirlər ki, həmin mülki iş üzrə məhkəmə-psixiatrik ekspertizasının rəyi alınana və yekun məhkəmə qətnaməsi qəbul edilənədək Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilə bilməz. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Zərərçəkmiş şəxs çıxış edərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, e- 16(001)-2/2023 nömrəli icra sənədinə əsasən ona uşağı- 18 iyul 2018-ci il təvəllüdlü X4 ilə hər həftənin şənbə günü saat 10:00-dan 12:00-dək görüş verilməsi nəzərdə tutulmuşdur. Şəxs ilə aralarında olan ailə münasibətləri kəskinləşmiş və onlar ayrılmışlar. O, Elnarənin inzibati qaydada məsuliyyətə cəlb edilməsini istəmir, sadəcə olaraq tək istədiyi oğlu ilə ünsiyyətdə olmaq və onun təlim-tərbiyəsində iştirak etməkdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Zərərçəkmiş şəxs nümayəndəsi X5 izahat verərək, nümayəndəsi olduğu Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətə cəlb edilməsini deyil, sadəcə birgə nikahdan olan uşağı ilə ünsiyyətdə olmaq və ona şərait yaradılmasını istəyir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli e-16(001)- 2/2023 saylı icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə məhkəmə iclası 13 aprel 2023-cü il tarixə təxirə salınmışdır. Məhkəmənin 13 aprel 2023-cü il tarixli iclasında icra məmuru X3 məhkəməyə 08 aprel 2023-cü il tarixli aktı təqdim edərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs uşağı görüşə gətirmədiyindən yenə də icra vərəqinin icra edilməsi mümkün olmamışdır. Məhkəmənin 13 aprel 2023-cü il tarixli iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə 07 aprel 2023-cü il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsini təqdim edərək bildirmişdir ki, oğlu X4 xəstə olması səbəbindən o evdə qalaraq uşağına qulluq edir, Emin Tağıyev “Medi Club” klinikasında həkim qəbulunda olmuşdur və hazırda ev şəraitində müalicə alır. Bu səbəbdən o icra vərəqini icra edə bilməmişdir. Bundan əlavə bildirmişdir ki, 08 aprel 2023-cü il tarixdə o icra məmuru ilə “whatsapp” vasitəsi ilə əlaqə saxlamağa çalışmış, lakin onunla əlaqə yarada bilməmişdir. Məhkəmənin 13 aprel 2023-cü il tarixli iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil bildirmişdir ki, Şəxsın da bildirdiyi kimi, uşaq hazırda xəstədir və o ev şəraitində müalicə alır, elə məhz bu səbəbdən də onun adına xəstəlik vərəqəsi açılmışdır,Şəxs hazırda işə də gedə bilmir. Uşaq sağaldıqdan sonra Şəxs atanın öz oğlu ilə görüşməsinə şərait yaradacaqdır. Məhkəmənin 13 aprel 2023-cü il tarixli iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Şəxs qərəzli şəkildə icra vərəqinin icra edilməsindən yayınır. Məhkəmənin 13 aprel 2023-cü il tarixli iclasında Zərərçəkmiş şəxs nümayəndəsi X5 bildirmişdir ki, Şəxs oğlunun xəstə olmasını və bu səbəbdən ev şəraitində müalicə almasını bildirsə də, uşağın ambulator qaydada ev şəraitində müalicə alması onun atası ilə ünsiyyətdə olmasına mənae ola bilməz. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli e-16(001)- 2/2023 saylı icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə məhkəmə iclası 17 aprel 2023-cü il tarixə təxirə salınması qərara alınmışdır. Məhkəmənin 17 aprel 2023-cü il tarixli iclasında icra məmuru X3 bildirmişdir ki, icra vərəqinin icra edilməsi mümkün olmamışdır. Belə ki, o 15 aprel 2023-cü il tarixdə “Nəsimi” rayonun ərazisində yerləşən “Kardeşlər” restoranına getdikdə hər iki tərəfin orada olduğunu görmüş, onları içəridə masada əyləşməyə və tələbkarın uşaq ilə görüşməsinə şərait yaradılmasını təklif etmişdir. Bu zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz mobil telefonu ilə onu videoya çəkməyə başlamış, o buna etiraz etdikdə, Şəxs ictra vərəqini icra etdiyini, bunun sübutu kimi onu telefonun kamerası vasitəsi ilə çəkdiyini bildirmiş, o yenə də etiraz etmiş, Şəxs valideynləri də orada olmuş, artıq o gələnə kimi tərəflər arasında mübahisə yarandığından və restoranda da həmin mübahisələrə davam etdiyindən icra vərəqini icra etmək mümkün olmamışdır. Məhkəmənin 17 aprel 2023-cü il tarixli iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil bildirmişdir ki, o icra vərəqinin icra edilməsindən yayınmır, məhkəməyə videogörüntünü təqdim edərək bildirmişdir ki, icra vərəqində də göstərildiyi kimi, Şəxs birgə nikahdan olan uşağını atası ilə görüşdürmək üçün Bakı şəhəri, Nəsimi rayonunun ərazisində yerləşən “Kardeşlər” restoranınının qarşısına aparmış, lakin oğlu X4 anasının arasında gizlənmiş, atası ilə grüşmək istəməmişdir. Bundan sonra tələbkarla Aydınpova Elnarənin valideynləri arasında mübahisə yaranmışdır, tələbkar onları söyərək təhqir etmişdir və görüş baş tutmamışdır. . Məhkəmənin 17 aprel 2023-cü il tarixli iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Şəxs qərəzli şəkildə icra vərəqinin icra edilməsindən yayınır. Belə ki, Şəxs ikinci dəfə məhkəmə iclası təxirə salındıqdan sonra 15 aprel 2023-cü il tarixdə səhər saatlarında oğlujm X7 rayonunun ərazisində yerləşən “Kardeşler” restoranının qarşısına gətirmişdir, həmin vaxt uşaq artıq uzun müddətdir ki, onu görmədiyindən anasının arxasında qorxaraq dayanmışdır. O icra məmurunun gəlməyini, restoranın içərisində əyləşib icra məmurunun iştirakı ilə uşaöı ilə görşmək, ünsiyyət raratmaq istəmişdir. Lakin, həmin müddətdə Elnarənin atası və anası da onunla bərabər gəlmiş, atası əlindəki telefon vasitəsi ilə onları kamera vasitəsi ilə çəkməyə başlamış, atası və anası kənardan müdaxilə etdiklərindən o da artıq baş verənlərə cavabsiz qala bilməmiş, aralarında mübahisə yaranmışdır. Bundan əlavə, Elnarənin anası oğlum Emini qolundan tutaraq irıliyə mənim yanıma doğru itələmiş, ona “get atanla görüş” deyə bildirmişdir. Dediklərinin hər biri məhkəməyə təqdim edilmiş olan videogörüntülərdə də tam olaraq əks olunmuşdur.Ötən məhkəmə iclasında Şəxs birgə nikahdan olan Emin Tağıyevin autizmdən əziyyət çəkdiyini, bu səbəblə daimi olaraq psixoloji inkişaf mərkəzlərində müalicə aldığını bildirmişdir, lakin bu deyilənlərin əksinə olaraq nənəsinin uşaqla bu cür ünsiyyəti artıq şübhə doğurur. Hazırki vaxta qədər o ancaq birgə nikahdan olan oğlu ilə ünsiyyət yaratmaq istəmişdir, Şəxs isə inzibati məsuliyyətə cəlb edilməsini istməmişdir. Hazırda isə Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmənin 17 aprel 2023-cü il tarixli iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs nümayəndəsi X5 bildirmişdir ki, ötən məhkəmə iclasında Şəxs oğlunun xəstə olmasını, “Medi Club” hospitalın həkiminin qəbulunda olduğunu və ev şəraitində müalicə aldığını bildirsə də, “Medi Club” tərəfindən verilmiş 15 aprel 2023-cü il tarixli arayıçdan da görünür ki, X1 dəfə 26 yanvar 2023-cü il tarixdə “Mediclub” klinikasında pediatr tərəfindən müayinə olunmuşdur. Bu fakt isə bir daha təsdiq edir ki, Şəxs icra vərəqinin icra edilməsindən yayınmaq məqsədi ilə Emin Tağıyevin xəstə olmasını bildirmişdir. Bundan əlavə müvəqqəti təminat tədbirinin ləğv edilməsi barədə verilmiş olan şikayət təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, e-16(001)-2/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Göstərilənlərə əsasən, Şəxs icra vərəqinin icra edilməsindən qərəzli şəkildə ayındığınan onun inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, e-16(001)- 2/2023 nömrəli icra sənədindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs uşağı- 18 iyul 2018-ci il təvəllüdlü X4 ilə hər həftənin şənbə günü saat 10:00-dan 12:00-dək görüş verilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2023-cü il tarixli qrardan görünür ki, Tağıyeva(Aydınova) Elnarə Cumay qızı barəsində axtarış elan edilmişdir. xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, həmin icra sənədi icra edilməsi üçün xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuşdur, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir, lakin borclu tələbi könüllü olaraq icra etməmişdir, həmin icra sənədinin dərhal icra edilməli olduğu nəzərə alınaraq Şəxs ilə ***-***-**-** nömrəli telefon vasitəsi ilə əlaqə saxlanılaraq icra sənədinin mahiyyəti izah edilmiş, icra məmuru tərəfindən SMS vasitəsi ilə xx.xx.2023-cü il tarixdə saat 14:00da tarixə Binəqədi Rayon İcra Şöbəsinə dəvət edilmiş, lakin borclu göstərilən tarixdə gəlməmişdir. xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Şəxs keçirilmiş tədbirlər nəticəsində saxlanılaraq Binəqədi rayon icra şöbəsinə təhvil verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1196/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Aydınova (Tağıyeva) Elnarə Cumay qızına qarşı “uşaqla ünsiyyət hüququ” tələbinə dair iddia ərizəsi və Aydınova (Tağıyeva) Elnarə Cumay qızının Zərərçəkmiş şəxs qarşı “valideynlik hüququnun məhdudlaşdırılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki iş üzrə iddiaçının və uşağın psixi vəziyyətini müəyyə etmək üçün məhkəm-psixiatriya ekspertizası təyin olunmuşdur. xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, borclu Tağıyeva (Aydınova) Elnarə Cumay qızı uşağı görüşə yenidən gətirmədiyi üçün görüş baş tutmamışdır. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, e- 16(001)-2/2023 nömrəli icra sənədi ilə bağlı icra məmurunun tələblərini yerinə yetirməmişdir. Nəticədə Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəməyə təqdim edilmiş və məhkəmə iclası zamanı tərəflərin iştirakı ilə tədqiq edilmiş videogörüntüdən görünür ki, X4 anası Şəxs arxasında, Zərərçəkmiş şəxs isə Şəxs sol tərəfində dayanıb, həmin görüntünü Şəxs atası mobil telefon vasitəsi ilə qeydə alır, bu zaman tərəflər arasında sözlü mabahisə yaranır, Şəxs anası Emin Tağıyevin qolundan tutaraq atasına doğru itələyir və “get atanla görüş” deyə bildirir. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Aydınova (Tağıyeva) Elnarə Cumay qızına qarşı “uşaqla ünsiyyət hüququ” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Aydınova (Tağıyeva) Elnarə Cumay qızı isə Zərərçəkmiş şəxs qarşı “valideynlik hüququnun məhdudlaşdırılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda həmin iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1196/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının və uşağın psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin olunmuşdur. İş mahiyyəti üzrə həll olunanadək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16(001)-2/2023 saylı qərardadı ilə Zərərçəkmiş şəxs uşağı- 18 iyul 2018-ci il təvəllüdlü X4 ilə hər həftənin şənbə günü saat 10:00-dan 12:00-dək görüş verilməsi nəzərdə tutulmuşdur. Lakin, iş materialları ilə təsdiq edilir ki, Aydınova (Tağıyeva) Elnarə Cumay qızı sözügedən qərardadın icrasına maneçilik törədir. Belə ki, Elnarə Eydınova sözügedən qərardaddan 10 yanvar 2023-cü il tarixdən məlumatlı olmuş, icra məmuru tərəfindən ona telefon vasitəsi ilə şifahi olaraq həmin icra sənədi barədə məlumat verilmiş və “sms bildiriş” vasitəsi ilə 19 yanvar 2023-cü il tarixdə şöbəyə dəvət edilmişdir, lakin həmin tarixdə oğlu Emin Tağıyevin xəstə olmasını bildirmiş və şöbəyə gəlməmişdir.Göstərilən hal, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs da məhkəmə iclasları zamanı verdikləri izahatlar, eyni zamanda 21 fevral 2023-c il tarixli məktubla təsdiq edilir.Bundan sonra onun barəsində axtarış elan edilmiş, Binəqədi Rayon İcra Şöbəsinə təhvil verildikdən sonra isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, e-16(001)-2/2023 nömrəli qərardadının dərhal icra edilməli olması nəzərə alınaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin qərardadın icra edilməsini təmin etmək məqsədi ilə məhkəmə iclası 06 aprel tarixindən 13 aprel 2023-cü il tarixə təxirə salınmış, növbəti məhkəmə iclasında Şəxs məhkəməyə 07 aprel 2023-cü il tarixli əmək qabiliyyətinin olmaması barədə arayışı təqdim edərək uşağın xəstə olmasını bildirmiş, məhkəmə iclası icra vərəqinin icra edilməsi məqsədi ilə təkrar təxirə salınmış, 15 aprel 2023-cü il tarixdə Şəxs valideynləri ilə birgə uşağı Nəsimi rayonunun ərazində yerləşən “Kardeşlər” restoranının qarşısına gətirmiş, bu zaman da tərəflər arasında mübahisə yaranmış, uşağın nənəsi “Emin Tağıyevin qolundan tutaraq get atanla görüş” deyərək onu Zərərçəkmiş şəxs doğru itələmiş, daha sonra icra məmuru gəldikdə tərəflərin hər ikisini restoranda əyləşməyə dəvət etmiş, bu dəfə də Şəxs icra məmurunu mobil telefonu vasitəsi ilə çəkməyə başlamış, icra məmuru etiraz etdikdə yenə də tərəflər rasında mübahisə yaranmış və görüş baş tutmamışdır. Məhkəmə qeyd olunan halı icra sənədinin üzrsüz icra edilməməsi kimi qiymətləndirir və bu səbəblə də, Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar