Məhkəmə qərarları › İş №3(001)-1424/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1424/2022

27.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1424/2022 27.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankından Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 27.04.2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, "Muğanbank” ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən Şəxs MMC 243000 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 19.03.2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq, ödənilən vəsaitin 243000 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Ona görə də, 27.04.2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi verdiyi izahatında bildirdi ki, inzibati xəta haqqında protokol düzgün tərtib olunmamışdır. Bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin vəsait ödəniş tapşırığına əsasən ölkədən kənara köçürülmüş və müvafiq olaraq mallar ölkəyə idxal edilmişdir. Hüquqi şəxsin maddi çətinlikləri ilə əlaqədar malların gömrük rəsmiləşdiriməsi həyata keçirilə bilməmişdir və bugünədək nəqliyyat vasitəsi ilə idxal olunmuş müxtəlif yüklər gömrük orqanı tərəfindən müvəqqəti saxlanca götürülmüşdür. Əslində ölkəyə həmin mallar artıq idxal edilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib edən inzibati orqan malların saxlancda qalmasını idxal olunma hesab etməmişdir. Məhkəməyə təqdim edilən gömrük bəyənnamələrini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati orqan Azərbaycan Respublikasının Mərkəzi Bankı inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada dəfələrlə məlumat verilmiş, lakin protokolu tərtib edən İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Buna görə də, məhkəmə İdarənin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb qanunvericiliyin tələbini rəhbər tutaraq hesab edir ki, inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 27.04.2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola əsasən məlum olur ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş aterialalrında olan 11.11.2021-ci il tarixli 18 nömrəli məktubdan görünür ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə 653, 655, 10021, 00231, 006, 006/1, 019-06EXP093, 02308619, 20036A03EM, 211001, 66020, ASAA02919, SO0486118, OC1900740, OC1900853, UA201014, 024090219, AD 10-19- 020736 DD saylı müqavilələr üzrə xarici dövlətlərdən Azərbaycan Respublikasına ümumilikdə dəyəri 1 820 883,39 USD və 1 229 029,00 EUR olan kənd təsərrüfatı təyinatlı malların idxal edilməsi və hazırda saxlancda olması barədə arayış verilməsi xahiş edilmişdir. İşdə olan 10.12.2021-ci il tarixli 1700-012/002-24/004615 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən "xxxx" MMC-nin müraciətinə cavab olaraq 2019-cu il tarixdən bugünədk hüquqi şəxsin ünvanına 77 nəqliyyat vasitəsinin idxal olunması və müxtəlif yüklərin müvəqqəti saxlanca götürüldüyü bildirilmişdir. İş materiallarında olan Gömrük bəyannaməsinin təsdiq edilmiş surətinə əsasən məlum olur ki, həmin tarixlərdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş və qalan 243000 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar artıq ölkəyə 61 kodu (malların gömrük sərhəddindən keçirilmə proseduraları Təsnifatına uyğun olaraq gömrük rejiminin iki rəqəmli kodu göstərilir) altında idxal olunmuşdur. İş materiallarında olan **********2117 sorğu nömrəli 07.10.2019-cu il gömrük bəyənnaməsinin 22-ci qrafasından görünür ki, malların invoys dəyəri 261018,5 ABŞ dollarıdır. İş materiallarında olan **********6728 sorğu nömrəli 30.11.2020-ci il gömrük bəyənnaməsinin 22-ci qrafasından görünür ki, malların invoys dəyəri 9398,4 ABŞ dollarıdır. İş materiallarında olan **********6690 sorğu nömrəli 04.11.2019-cu il gömrük bəyənnaməsinin 22-ci qrafasından görünür ki, malların invoys dəyəri 115795,5 ABŞ dollarıdır. İş materiallarında olan **********6753 sorğu nömrəli 30.11.2020-ci il gömrük bəyənnaməsinin 22-ci qrafasından görünür ki, malların invoys dəyəri 9398,4 ABŞ dollarıdır. İş materiallarında olan **********6784 sorğu nömrəli 30.11.2020-ci il gömrük bəyənnaməsinin 22-ci qrafasından görünür ki, malların invoys dəyəri 9398,4 ABŞ dollarıdır. İş materiallarında olan **********99500 sorğu nömrəli 10.12.2020-ci il gömrük bəyənnaməsinin 22-ci qrafasından görünür ki, malların invoys dəyəri 10560 ABŞ dollarıdır. İş materiallarında olan **********9508 sorğu nömrəli 10.12.2020-ci il gömrük bəyənnaməsinin 22-ci qrafasından görünür ki, malların invoys dəyəri 9780 ABŞ dollarıdır. İş materiallarında olan **********9522 sorğu nömrəli 10.12.2020-ci il gömrük bəyənnaməsinin 22-ci qrafasından görünür ki, malların invoys dəyəri 6600 ABŞ dollarıdır. İş materiallarında olan **********9531 sorğu nömrəli 10.12.2020-ci il gömrük bəyənnaməsinin 22-ci qrafasından görünür ki, malların invoys dəyəri 5280 ABŞ dollarıdır. İş materiallarında olan **********2159 sorğu nömrəli 07.10.2019-cu il gömrük bəyənnaməsinin 22-ci qrafasından görünür ki, malların invoys dəyəri 63001 ABŞ dollarıdır. İş materiallarında olan **********99541 sorğu nömrəli 10.12.2020-ci il gömrük bəyənnaməsinin 22-ci qrafasından görünür ki, malların invoys dəyəri 9630 ABŞ dollarıdır. İş materiallarında olan **********2095 sorğu nömrəli 01.11.2019-cu il gömrük bəyənnaməsinin 22-ci qrafasından görünür ki, malların invoys dəyəri 50850 ABŞ dollarıdır. İş materiallarında olan **********4046 sorğu nömrəli 04.11.2019-cu-ci il gömrük bəyənnaməsinin 22-ci qrafasından görünür ki, malların invoys dəyəri 145935 ABŞ dollarıdır. Məhkəmə qeyd aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Konstitusiyanın 59-cu maddəsinin tələblərinə uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində valyuta tənzimi qaydasının pozulmasına görə məsuliyyətin nəzərdə tutulması sahibkarlıq sahəsində dövlət maraqlarının müdafiəsi, o cümlədən beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması, valyuta nəzarətinin effektivliyinin artırılması, ölkədə maliyyə sabitliyinin təmin edilməsi məqsədi daşıyır. Qeyd etmək lazımdır ki, son dövrlər ölkədə sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi, sahibkarlığın inkişafı məqsədi ilə biznes mühitinin daim yaxşılaşdırılması, sahibkarlıq sahəsində dövlət maliyyələşmə mexanizminin daha da təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi, sahibkarlığın inkişafı sahəsində normativ-hüquqi sənədlərin qəbulu və qanunvericilik bazasının təkmilləşdirilməsi dövlətin iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir. Sahibkarlıq fəaliyyəti mahiyyət etibarı ilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən sahələr üzrə sahibkarın həyata keçirdiyi müstəqil bir iqtisadi fəaliyyət növüdür. Mülki Məcəllənin 13-cü maddəsinə uyğun olaraq sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Məhkəmə hesab edir ki, hüquqi şəxs tərəfindən mallar Azərbaycan Respublikası sərhəddindən keçərək ölkəyə daxil olmuş və hazırda müvafiq gömrük orqanı tərəfindən saxlanca götürülmüşdür. Belə olan halda "xxxx" MMC-nin inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsi üçün heç bir əsas mövcud deyildir. Əks halda hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsi ilə qanunun tətbiqində yanlışlığa yol verilmiş və ya yanlış təfsiri nəticəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin hüquqları və qanunla qorunan mənafeləri pozulmuş olar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilməsi haqqında 28.11.2016-cı il tarixli qərarının 4.3.1.3-cü bəndinəəsasən qabaqcadan ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir.Bu zaman ödənişin aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır.Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 2 iş gün ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir. Beləliklə, yuxarıda qeyd olunan normaların tələblərindən məlum olur ki, inzibati xətanın mövcudluğu o halda baş verir ki, ödəniş aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd hüquqi şəxs tərəfindən banka təqdim olunmasın. Protokol və digər iş materiallarından isə aydın olur ki, Şəxs MMC Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə pul vəsaiti köçürülmüşdür. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, hüquqi şəxs tərəfindən təsdiqedici sənədin qanunvericiliklə müəyyən olunmuş müddət 2 (iki) il ərzində Banka təqdim edilməməsi halı müəyyən edilmədiyindən onun məsuliyyətə cəlb olunması qanunauyğun deyildir və hazırkı məqamda işüzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məcəllənin 10-cu maddəsinə əsasən dövlət orqanları (qurumları) və bələdiyyələr inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayır və həyata keçirirlər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işüzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, MMC tərəfindən 243000 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 19.03.2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür və vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim edilmişdir. Belə ki, iş materiallarında olan Gömrük bəyannamələrinin təsdiq edilmiş surətlərinə əsasən məlum olur ki, həmin tarixlərdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş və qalan 243000 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar artıq ölkəyə idxal olunmuşdur və mallar gömrük orqanı tərəfindən saxlanca götürülmüşdür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 40, 43, 48-53, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş 27.04.2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar