Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1424/2023 03.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, Şikayətçi Məhəmmədov (Məmmədov) Asif İsmixan oğlunun, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X9 iştirakı ilə, X2 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin 14 iyul 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin 14 iyul 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli, MN ******* inzibati tənbeh etmə haqqında qərara əsasən məlum olur ki, barəsində İXM-nin 544.2-ci maddəsinə əsasən MN ******* inzibati xəta haqqında protokol xx.xx.2022-ci il tarixdə tərtib olunmuşdur.Qeyd olunan protokol tərtib olunarkən AQTA-nın nümayəndəsi tərəfindən aşkar olunan nöqsanların bəzilərinin olmasını MN ******* inzibati xəta haqqında protokolda öz imzası ilə təsdiq etmişdir. Lakin məhkəmənin nəzərinə çatdırır ki, həmin protokoldan da göründüyü kimi aşkar olunmuş nöqsanın aradan qaldırılması ilə bağlı müddət inzibati orqanın nümayəndəsi ilə onun arasında razılaşdırılmamışdır.Eyni zamanda, protokolda da qeyd edildiyi kim nöqsanların bəziləri dərhal yerində aradan qaldırılmışdır.Az bir qismi qalsa da qısa müddət sonra həmin nöqsanlar da aradan qaldırılmışdır.O, məhkəmənin diqqətinə çatdırır ki, aradan qaldırılan nöqsanların şişirdilməsini, inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsini, daha sonra həmin qərarın ona təqdim olunmamasını qərəzlilik kimi qiymətləndirir.Belə ki, xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarla bağlı məlumatı isə icra qurumundan almışdır.O, hesab edir ki, onun barəsində qərar qəbul edilərkən İXM-nin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin 14 iyul 2022-ci il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin etibarnamə üzrə nümayəndəsi X13 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, şikayətin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən X4 bildirmişdir ki, şikayət ərizəsində göstərilən bütün xüsusatları təsdiq edir.O, hesab edir ki, onun barəsində tərtib edilmiş qərar əsassız olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.Belə ki,həmin protokoldan da göründüyü kimi aşkar olunmuş nöqsanın aradan qaldırılması ilə bağlı müddət inzibati orqanın nümayəndəsi ilə onun arasında razılaşdırılmamışdır.Eyni zamanda, protokolda da qeyd edildiyi kim nöqsanların bəziləri dərhal yerində aradan qaldırılmışdır.Az bir qismi qalsa da qısa müddət sonra həmin nöqsanlar da aradan qaldırılmışdır.O, məhkəmənin diqqətinə çatdırır ki, aradan qaldırılan nöqsanların şişirdilməsini, inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsini, daha sonra həmin qərarın ona təqdim olunmamasını qərəzlilik kimi qiymətləndirir.Belə ki, xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarla bağlı məlumatı isə icra qurumundan almışdır.O, hesab edir ki, onun barəsində qərar qəbul edilərkən İXM-nin tələbləri kobud şəkildə pozulmuşdur.Buna görə də, məhkəmədən şikayətinin təmin edilməsini, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin 14 iyul 2022-ci il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib və şikayəti və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin 01 iyul 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə protokoluna əsasən sonuncu yoxlama zamanıqərarda qeyd olunan nöqsanların bir qisminin aradan qaldırılmadığı müəyyən edilmişdir. X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin 14 iyul 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən sonuncu yoxlama zamanıqeyd olunan nöqsanların bir qisminin aradan qaldırılmadığı müəyyən edilmişdir.X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.Həmin inzbati xətanı törətdiyinə görə X8 barəsində 4 000 (dörd min) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin xx.xx.2022-ci il tarixli YPK/0217-22 nömrəli yoxlama aktından görünür ki, xx.xx.2022-ci il tarixdə yoxlama başlamış, xx.xx.2022-ci il tarixdə başa çatmışdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, müəssisədə “Yeyinti məhsulları haqqında” AR Qanununun 5-ci, “Sanitariya-epidemioloji salamatlıq haqqında” AR Qanununun 3-cü maddəsinin tələbləri pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə xx.xx.2022-ci il tarixli, YPK/0217-22 saylı qərardan görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında “X14 Təsərrüfatı” MMC-də 240 qr x 2304 ədəd “Tac”əmtəə nişanlı tomatlı kilkə konservi, 240qr x 2300 ədəd yağlı tuna (xek) balıq konservi məhsullarının satışı qadağan edilməsi qərara alınmışdır. “Sanitariya-epidemioloji salamatlıq haqqında” AR Qanununun 3-cü maddəsinə əsasən sanitariya normaları və qaydaları, gigiyena normativləri ətraf mühit amillərinin insan üçün təhlükəsizliyi və ya zərərsizliyi meyarlarını və insanın həyat və fəaliyyəti üçün əlverişli şərait yaradılması tələblərini müəyyən edən normativ aktlardır. Azərbaycan Respublikası ərazisində Respublikanın sanitariya normaları və qaydaları, gigiyena normativləri qüvvədədir.Lazım gəldikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qayda əsasında Naxçıvan Muxtar Respublikasının, şəhərlərin və rayonların ərazisində müvəqqəti yerli sanitariya qaydaları tətbiq edilə bilər.Bütün dövlət orqanları, ictimai birliklər, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq müəssisələr, idarələr, təşkilatlar, vəzifəli şəxslər və vətəndaşlar sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə hökmən əməl etməlidirlər.Respublika və yerli sanitariya qaydalarının və normalarının, gigiyena normativlərinin hazırlanması, təsdiq, nəşr edilməsi, qüvvəyə minməsi və dəyişdirilməsi qaydasını, habelə beynəlxalq sanitariya qaydalarının və normalarının, gigiyena normativlərinin Azərbaycan Respublikası ərazisində qüvvədə olması qaydasını Azərbaycan Respublikasının baş dövlət sanitariya həkimi müəyyən edir.Sanitariya normaları və qaydaları, gigiyena normativləri hökmən nəşr olunmalı və sərbəst yayılmalıdır. Azərbaycan Respublikası Qida X1 03 noyabr 2020-ci il tarixli, 19 nömrəli qərarı ilə təsdiq edilmiş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair” Qaydaların 2 nömrəli əlavəsinin 3-cü bəndinə əsasən 3.1. Qida məhsulu ilə təmasda olan bütün alətlər, avadanlıqlar və ləvazimatlar: 3.1.1. təmiz saxlanılmalı və dezinfeksiya edilməli; 3.1.2. çirklənmə hallarının baş verməsinin qarşısını alan materiallardan hazırlanmalı və yararlı vəziyyətdə saxlanmalıdır; 3.1.3. təkrar istifadə edilməyən (birdəfəlik istifadə üçün nəzərdə tutulan) konteyner, qablaşdırma vasitələri və materialları istisna olmaqla, bütün alət, avadanlıq və ləvazimatlar təmizlik və dezinfeksiyaya imkan verəcək materiallardan hazırlanmalı və işlək vəziyyətdə saxlanmalıdır; 3.1.4. avadanlıqlar iş yerinin və ətraf ərazinin təmizlənməsinə şərait yaradan tərzdə yerləşdirilməlidir; 3.2. Qida obyektləri “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlamadan keçmiş ölçmə vasitələri ilə təchiz edilməlidir. 3.3. Qida obyektlərində uyğunluq sertifikatları ilə təmin edilmiş avadanlıqlardan istifadə edilməlidir. 3.4. Avadanlıqların və qabların korroziyaya uğramasının qarşısının alınması məqsədilə istifadə edilən kimyəvi vasitələr qabaqcıl gigiyena təcrübəsi əsasında tətbiq edilməlidir. Azərbaycan Respublikası Qida X1 03 noyabr 2020-ci il tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair” Qaydaların 2 nömrəli əlavəsinin 5.3-cü bəndinə əsasən qida məhsulları qida zəncirinin bütün mərhələlərində, onu insan istehlakı üçün yararsız, sağlamlıq üçün zərərli və ya insan tərəfindən istehlakını qeyri-mümkün edəcək çirklənmədən mühafizə olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmçinin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, iş materiallarından və tərəflərin izahatından məlum oldu ki, X8 tərəfindən sonuncu yoxlama zamanı aşkar edilmiş nöqsanlar aradan qaldırılmamışdır. Bununla da X8 Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin 544.2-ci maddəsinin tələbini pozmuşdur. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin 14 iyul 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X10in verdiyi şikayət rədd edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128- 137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin 14 iyul 2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət rədd edilsin. Qərardan rəsmi qaydada təqdim edildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhər Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-1424/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1424/2023
03.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver