Məhkəmə qərarları › İş №3(001)-1426/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1426/2023

10.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1426/2023 10.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X10 nümayəndəsi X5, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X11 iştirakları ilə, X10 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X18 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, inzibati xəta haqqında icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi X14 vəzifəli şəxs olaraq istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə 06 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 16 mart 2023-cü il tarixli, MN №1292338 saylı qərarla 1300 (bir min üç yüz) manat cərimə tətbiq edilmişdir Həmin protokol və qarar xx.xx.2023-cü il tarixdə Binəqədi rayon MKTB-yə daxil olmuş, protokolda qeyd olunanların əsassız olması və prosessual pozuntularla tərtib olunması vəzifəli şəxsin diqqətinə çatdırılmışdır. Belə ki. protokol tərtib edilərkən inzibati xəta törətməkdə təqsirli bilinən Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyin vəzifəli şəxsi inzibati xəta törədilməsi qeyd olunan ünvana dəvət edilməmiş və bu barədə ona məlumat verilməmişdir. Eyni zamanda protokolu tərtib etmiş şəxs protokolun tərtib olunmasına əsas olmuş inzibati xətanın baş verməsini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Protokolda xüsusatları təsdiq edən sübutların əlavə olunmaması Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin vəzifəli şəxsinin əməlində inzibati xəta tərkibinin olmasına əsaslı şübhələr yaradır Belə ki. MKTB-nin sabiq işçisi X7 istehsalatda bədbəxt hadisənin baş verməsi barədə hadisə baş verən gün birliyə heç bir məlumat verməmiş, və xəsarət alması nəticəsində əmək qabiliyyətinin itirilməsinə dair sənǝdi təqdim etməyərək müntəzəm olaraq işə çıxmışdır Bu səbəbdən də hadisə baş verən gün dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanını bu barədə məlumatlandırılmamışdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X10 nümayəndəsi şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, Binəqədi rayon MKTB-nin sabiq mühasibi X15 29 noyabr 2021-ci il tarixdə xəsarət alması ilə bağlı Birliyə məlumat verməmiiş, hadisə baş verən gündən 06 iyun 2022-ci il tarixədək fasiləsiz olaraq işə çıxmışdır. Sonradan xəstəliklə əlaqədar müvəqqəti əmək qabiliyyətinin itirilməsi səbəbindən ev şəraitində ambulator müalicə aldığını bildirmişdir. Ayrı-ayrı vaxtlarda Gülnaz Həsənova ödəniş məqsədilə xəstəlik vərəqələrini MKTB-nə təqdim etmiş və sənədlər hazırlanaraq ödəniş üçün elektron qaydada DSMF-ə göndərilmişdir. Xəstəlik vərəqələri əsasında ödəniş gecikdirildiyinə görə Gülnaz Həsənova X20nə şikayət etmişdir. Bundan sora 2022-ci ilin yay aylarında X12 Bakı şəhər İdarəsinə MKTB-nin sabiq mühasibi X6 iş vaxtı xəsarət alması barədə məlumat daxil olmuş və hadisənin istehsalatla əlaqəli olub-olmamasının araşdırılması məqsədilə yaradılacaq komissiyaya üzv verilməsi zəruriliyi bildirilmişdir. Bununla bağlı Elmin Zamanov tərəfindən xx.xx.2022-ci il tarixli məktubla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı şəhər idarəsinə müraciət olunaraq X6 əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı təhqiqat aparılması məqsədilə yaradılmış komissiyaya iki nəfər işçinin əlavə edilməsi xahiş edilmişdir. 19 avqust 2022-ci il tarixdən 26 yanvar 2023-cü il tarixədək baş vermiş hadisənin təhqiqatı aparılmış və akt tərtib edilmişdir. Komissiya tərəfindən təhqiqat aparıldıqdan sonra müəyyən edilmişdir ki, X6 əmək vəzifələrini yerinə yetirərkən xəsarət alması ilə nəticələnmiş hadisə istehsalatla əlaqəlidir. X1 xx.xx.2021-ci il tarixdə xəsarət alması barədə həmin vaxt X10 məlumatı olmamışdır. Belə ki, Gülnaz Həsənova uzun müddət iş yerində həmin tarixdə xəsarət alması barədə məlumat verməmişdir. X6 istehsalatda baş vermiş bədbəxt hadisə zamanı xəsarət alması X20 Xidməti tərəfindən aparılmış təhqiqat nəticəsində müəyyən olunsa da, X18 barəsində inzibati xəta haqqında protokol 06 mart 2023-cü il tarixdə tərtib edilmişdir. X6 istehsalatda baş verən bədbəxt hadisə nəticəsində xəsarət almasını komissiya tərəfindən aparılan təhqiqatdan sonra məlum olduğu halda, X10 bu barədə hadisə baş verən gün və ya hadisə barədə məlumat aldığı vaxt X20 Xidmətinə məlumat verməsi mümkün deyildi. Həmçinin X2 Gülnaz Mehralı qızının iş vaxtı xəsarət almasını heç kimdən gizlətməyib. Belə ki, həmin hadisə ilə bağlı istintaq orqanı tərəfindən ibtidai istintaq aparılmış, cinayət işi məhkəməyə göndərilmişdir. Bundan əlavə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. X4 inzibati tənbeh edilməsi haqqında qərar hadisənin baş verdiyi vaxtdan 1 il 4 ay sonra verilmişdir. Odur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X19 bildirmişdir ki, Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin sabiq işçisi X6 xx.xx.2021-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət alması barədə işəgötürən X18 tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinə hadisə baş verən gün deyil, xx.xx.2022-ci il tarixdə məlumat verilmişdir. Ona görə də, Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi X18 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən şikayətin təmin olunmamasını, qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan: xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X18 tərəfindən Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin sabiq işçisi X6 xx.xx.2021-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət alması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinə hadisə baş verən gün deyil, xx.xx.2022-ci il tarixdə məlumat verilmiş, nəticədə X18 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1300 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyininin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı şəhər idarəsinə müraciət olunaraq həmin birliyin mühasibi işləmiş X8 qarşı Bakı şəhəri, Binəqədi rayonu, C.Cabbarlı küçəsində yerləşən nömrəsiz evdə yaşayan X22 tərəfindən cinayət hadisəsi törədilməsi, bununla bağlı istintaq aparılaraq yekun məhkəmə aktının qəbul edildiyi bildirilmiş, X6 əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı təhqiqat aparılması məqsədilə yaradılacaq komissiyaya X9 və və X5 daxil edilmələri xahiş edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X18 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 217-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 217-ci maddəsinin 4-cü bəndinə əsasən bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi X2 Gülnaz Mehralı qızının xx.xx.2021-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət almasını həmin tarixdə bilməmiş, həmin faktı gizlətməmiş, sonuncunun xx.xx.2021-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət alması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti tərəfindən aparılmış təhqiqat nəticəsində müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi həmin Məcəllənin “İdarəçilik qaydaları əleyhinə olan inzibati xətalar” adlı 39-cu fəslinə aid olmaqla sözügedən inzibati xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddətinin yuxarıda göstərilən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin dörd aylıq hissəsinə daxil olduğunu göstərir. Ona görə də, məhkəmə X18 barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X18 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X18 tərəfindən verilmiş şikayət təmin edilsin. X18 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar