Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1435/2023 03.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Azərbaycan Yerüstü Nəqliyyat X3 sədr müavini Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3775/2022 saylı, 14 iyul 2022-ci il tarixli icra vərəqəsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X1 texnikmexaniki X2 tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsinə dair xx.xx.2022-ci il tarixli, 29-ş/h saylı əmr ləğv edilmiş, X5 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X1 texnik-mexanik vəzifəsinə bərpa edilmiş, xx.xx.2022-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı X4 ödənilməli, 56 (əlli altı) manat məbləğində mediasiya xərci "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq X4 ödənilməlidir. Azərbaycan Yerüstü Nəqliyyat X3 sədr müavini Şəxs icra sənədi üzrə tələbləri yerinə yetirmədiyinə görə onun barəsində «İcra haqqında» qanunun 82-ci maddəsinə əsasən 03 aprel 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Binəqədi Rayon İcra Şöbəsi icra məmurunun məhkəmədə iştirakını təmin etməmiş, barəsində protokol tərtib edilmiş Şəxs məhkəməyə gəlməmişdir. Məhkəmə İnzibati Xəta Haqqında Protokola həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, icra işinin və inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3775/2022 saylı, 14 iyul 2022-ci il tarixli icra vərəqəsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X1 texnikmexaniki X2 tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsinə dair xx.xx.2022-ci il tarixli, 29-ş/h saylı əmr ləğv edilmiş, X5 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X1 texnik-mexanik vəzifəsinə bərpa edilmiş, xx.xx.2022-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı X4 ödənilməli, 56 (əlli altı) manat məbləğində mediasiya xərci "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq X4 ödənilməlidir. İcraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3775/2022 saylı, 14 iyul 2022-ci il tarixli icra vərəqəsi əsasında icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3775/2022 saylı, 14 iyul 2022-ci il tarixli icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məlumat verilmişdir. İcraatda vərəsəlik və ya hüquqi varisliyin əvəz edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3775/2022 saylı, 14 iyul 2022-ci il tarixli icra vərəqəsində borclu kimi qeyd olunan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti onun hüquqi varisi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə əvəz edilmişdir. “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 55.1-ci maddəsinə əsasən hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 55.5-ci maddəsinə görə hüquqi şəxs başqa hüquqi şəxsin ona qoşulması şəklində yenidən təşkil edilərkən qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan birinci hüquqi şəxs yenidən təşkil edilmiş sayılır. Beləliklə işin təsvir hallarından görünür ki, barəsində vəzifəli şəxs kimi inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs idarə heyətinin sədr müavini olduğu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2023cü il tarixli Fərman əsasında yenidən təşkil edilmişdir.Məhkəmə iclasının vaxtı və yeri barədə təkrarən məlumatlandırılmış Binəqədi Rayon İcra Şöbəsi məhkəmədə iştirak etməməklə, Şəxs yenidən təşkil edilmiş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində idarə heyətinin sədr müavini olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3775/2022 saylı, 14 iyul 2022-ci il tarixli icra vərəqəsinin icra edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanmış icraatın subyekti vəzifəli şəxsdir.Sözügedən Fərmandan sonra Azərbaycan Yerüstü Nəqliyyat X3 yenidən təşkil olunması, rəhbər şəxslərinin təkrar seçilməsi və bu mənada Şəxs artıq həmin vəzifəni tutmaması istisna edilmir. Bundan əlavə sözügedən Fərmandan sonra (həmin Fərman əsasında “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə qoşulmuşdur) Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 3775/2022 saylı, 14 iyul 2022-ci il tarixli icra vərəqəsi ilə bağlı hüquqi varisliklə əlaqədar mövqeyinin dəyişilməsi də mümkündür. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Binəqədi Rayon İcra Şöbəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3775/2022 saylı, 14 iyul 2022-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı yenidən təşkil edilmiş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə rəsmi qaydada müraciət etməli, nəticəsindən asılı olaraq icra sənədinin icra edilməməsində təqsirli olan, yenidən təşkil edilmiş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin vəzifəli şəxsi barəsində inzibati xəta haqqında protokol tərtib etməlidir. Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3775/2022 saylı, 14 iyul 2022-ci il tarixli icra vərəqəsinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3775/2022 saylı, 14 iyul 2022-ci il tarixli icra vərəqəsinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 03 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-1435/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1435/2023
03.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver