Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1439/2022 23.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X9 iclas katibliyi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə X2 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarın ləğv olunması barədə şikayətə Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : X4 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarından şikayət ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin MN № ******* saylı, 19 aprel 2022-ci il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 575.1.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 manat məbləğində cərimə olunmuşdur.O, hesab edir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin MN № ******* saylı, 19 aprel 2022-ci il tarixli qərarı qanunsuz və əsassızdır.Belə ki, o, Qazaxıstan Respublikasının vətəndaşıdır.2018-ci ildə X13 ilə ailə qurmuşdur.xx.xx.2019cu il tarixdə birgə nikahdan X10 adlı uşaq dünyaya gətirmişdir.2019-cu ilin dekabr ayından Qazaxıstana köçmüşlər. Bu müddət ərzində əri və qayınanası tərəfindən şiddətə məruz qalmışdır.2021-ci ilin oktyabr ayında qayınanası X1 gəlmiş, əri ilə birləşərək onu aldatmış və uşağı onun razılığı və icazəsi olmadan qeyri-qanuni yolla Azərbaycana gətirmişlər. Pandemiya dövrünə düşdüyünə görə Azərbaycana yalnız 2021-ci ilin dekabr ayında gələ bilmişdir.Gələn kimi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir.Həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadına əsasən iş üzrə yekun məhkəmə aktı qəbul olunana qədər ona oğlu ilə hər həftənin cümə, şənbə, bazar və bazar ertəsi günləri ünsiyyətdə olmağa icazə verilmiş və Ramazanov Yaqub və Həsənova İradəyə maneələrin yaradılmasına qadağan olunmuşdur.Lakin məhkəmənin qərarı 2 ay ərzində icra olunmamışdır.xx.xx.2022-ci ildə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərardadı icra olunmuş, icra məmuru O.Abdullayev oğlunu Sumqayıt şəhərində yad bir adamlardan (İ.Həsənovanın uzaq qohumları) təhvil alıb ona təhvil vermişdir.2022-ci ilin mart ayından uşaqla birgə ünvan 1 ünvana qeydiyyata düşüb xx.xx.2023-cü ilə qədər Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə almışdır.xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsində qərardaddan verdiyi şikayətə baxıldığı üçün 14 aprel 2022-ci il tarixdə səhər tezdən bibisi qızı ilə Bakıya yola düşmüşdür.Bakıya çatanda ona Dövlət Miqrasiya Xidmətindən zəng olunmuş və soruşulmüşdür ki, o, nəyə görə Lənkəranı tərk etmişdir.O, səbəbi izah eləmiş və bildirmişdir ki,19 aprel tarixdə Lənkərana qayıdacaqdır.Növbəti gün ona yenidən Miqrasiya Xidmətindən zəng gəlmiş və dəqiq ünvanını bildirmək tələb olunmuşdur.Qonaq qaldığı evin yiyəsindən ünvanı soruşanda, bildirmişdir ki, özbaşına tikili olduğu üçün dəqiq ünvan yoxdur, sadəcə Xırdalan şəhəri olduğunu bildirmişdir.Onun cavabı Miqrasiya Xidmətinin əməkdaşını qane etməmiş və xx.xx.2022-ci il tarixdə ona yenidən zəng gəlmiş və onu Dövlət Miqrasiya Xidmətinə dəvət etmişdirlər.xx.xx.2022-ci ildə o, Dövlət Miqrasiya Xidmətinə getmiş, orda onun barəsində protokol tərtib olunmuş və inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur.O izah etmişdir ki, Bakıya məhkəməyə görə müvəqqəti gəlmiş və 5 (beş) iş günü keçmədən qayıdır, sözlərinə əhəmiyyət verən olmamışdır.Orada bildirmişdir ki, əvvəl də 28 mart 2022-ci il tarixdə gəlib-qayıtmış və heç bir problem olmamışdır.O, azərbaycan dilini bilmədiyinə görə, ona sonradan qohumlar tərəfindən bildirilmişdir ki, protokolda qeyd olunub ki, guya o, 28 mart 2022-ci il tarixdən qeydiyyatda olduğu ünvanda yaşamır.Bu həqiqətə uyğun deyildir, çünki X8 tərəfindən o, dəfələrlə yoxlanılmışdır.Məhkəməyə bildirmək istəyir ki, o, Qazaxıstan Respublikasının vətəndaşı olsa da, milliyətcə azərbaycanlıdır və Azərbaycan Respublikasının qanunlarına hörmətlə yanaşır.Heç vaxt heç bir qanun pozuntusu törətməmişdir.Həmçinin, onun himayəsində azyaşlı uşaq var.Buna görə də, hesab edir ki, ona qarşı inzibati tənbehin verilməsinə dair qanuni əsası yoxdur. X4 yuxarıda göstərilənləri nəzərə alaraq İnzibati Xətalar Məcəlləsinin 575.1.5-ci maddəsi ilə nəzərdə tutulmuş 300 (üç yüz) manat məbləğində inzibati cəriməyə dair Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin MN № ******* saylı, 19 aprel 2022-ci il tarixli qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. X3 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin şikayətçi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir.Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən şikayətçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, X12 xarici vətəndaş olduğundan və ölkə ərazisində qeydiyyatsız yaşadığından qanuni əsaslarla ona inzibati protokol tərtib olunmuşdur.Buna görə də, şikayət əsassız olduğundan şikayətin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 575.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız yaşamasına görə - əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərara əsasən məlum olur ki, X12 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.1-ci maddəsinə uyğun olaraq, 400 yüz manat məbləğində cərimə təyin edilməklə 60 gün ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla, 5 il müddətinə Azərbaycan Respublikası ərazisinə gəlmək hüququ məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd olunmalıdır.Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərara əsasən məlum olur ki, X12 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.1-ci maddəsinə uyğun olaraq, 400 yüz manat məbləğində cərimə təyin edilməklə 60 gün ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla, 5 il müddətinə Azərbaycan Respublikası ərazisinə gəlmək hüququ məhdudlaşdırılmışdır.Azərbaycan Respublikası İXM-nin 575.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız yaşamasına görə - əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Şikayətçi inzibati xəta törətməməsi barədə heç bir sübutu iş materiallarına əlavə etməmiş və ya məhkəməyə gələrək təqdim etməmişdir.Belə olan halda, məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarın ləğv olunması barədə verdiyi şikayət rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X2 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarın ləğv olunması barədə verdiyi şikayət rədd edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apallyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-1439/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1439/2022
23.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver