Məhkəmə qərarları › İş №3(001)-1445/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1445/2023

28.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1445/2023 28.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, AR DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi X1, Barəsində tərtib edilən İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə, X2 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Ekologiya Yol Patrul Xidmətinin inspektoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı protokol üzrə qəbul edilən xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə barədə qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİNnin Baş Dövlət Yol Polis İdarəsinin Ekologiya Yol Patrul Xidmətinin inspektoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı protokol üzrə qəbul edilən xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, o Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ekologiya YPX inspektoru polis baş serjantı X3 tərəfindən xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokol tərtib edilərək, İXM- nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına görə 150 AZN cərimə olunmuşdur. İXP ******* nömrəli protokola etiraz bildirdiyi üçün qərarsız olaraq sistemə vurulmuşdur. Bu barədə asanpay.az şəxsi kabineti vasitəsilə şikayət ərizəsi ünvanlamış, lakin iştirakı olmadan xx.xx.2023-cü il tarixdə İXM 114-cü maddəsi rəhbər tutularaq TP ******* nömrəli qərar qəbul olunmuşdur. Hesab edir ki, barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında şikayətçi X4 şikayətin məzmununa uyğun izahat verərək göstərmişdir ki, özünə məxsus Hynundai Terracan markalı, ** ZO *** dövlət qeydiyyat nişanı avtomobili var. Hobbi olaraq tez-tez dağlıq rayonlarda ekstrim şəraitdə avtomobil idarə edir və bu səbəbdəndə avtomobilin üst hissəsinə əlavə olaraq işıqlar quraşdırmışıdr. Avtomobilin üzərinə istehsal zamanı quraşdırılmış işıqlardan fərqli olaraq avtomobilin üst hissəsinə quraşdırdığı işıqlar dağlıq ərazidə hərəkətdə olan zaman yolun ümumi işıqlanmasına köməklik edir və gecə vaxtı görünüş dairəsini genişləndirir. Şikayət ərizəsinə də, əlavə işıqlar quraşdırılmış digər nəqliyyat vasitələrinin şəkillərini əlavə edilmişdir. Göründüyü kimi şəhərdə ondan başqa da nəqliyyat vasitələrinə əlavə işıqlar quraşdırılmış nəqliyyat vasitələri mövcuddur. Lakin, xx.xx.2023-cü il tarixdə idarə etdiyi avtomobillə hərəkətdə olan zaman Azərbaycan Respublikası DİN-nin Ekologiya YPX inspektoru tərəfindən saxlanılmışdır. Yoxlama zamanı avtomobilin üst hissəsinə quraşdırdığı işıqlar üçün Ekologiya YPX inspektoru polis baş serjantı X3 tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə İXP ******* nömrəli protokol tərtib edilmiş və 150 (bir yüz əlli) manat inzibati cərimə olunmuşdur. Yol polisi tərəfindən saxlanıldığı zaman həmin işıqlardan istifadə etməmişdir. Protokolu və protokol əsasında qəbul olunmuş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı tam olaraq əsassız hesab edir. Belə ki, avtobilinin üst hissəsinə quraşdırılmış işıqları aksessuar hesab edir. Bu səbəbdən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə məsuliyyətə cəlb edilməsi əsassızdır. Ona verilmiş suallara cavab olaraq həmin işıqları yolsuzluq şəraitində görünüş dairəsinin genişləndirilməsi üçün istifadə etdiyini, yol polisi əməkdaşı tərəfindən onu saxlayarkən və barəsində inzibati protokol tərtib edilərkən nəqliyyat vasitəsinə quraşdırdığı əlavə işqılar istifadəyə yararlı olsa da o həmin işqılardan istifadə etmədiyini, onu postda xx.xx.2023-cü il tarixdə günorta saatlarında saxladıqlarını bildirmişdir. Məhkəmədən Azərbaycan Respublikası DİN-nin Ekologiya YPX-i inspektoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı protokol və ona əsasən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə barədə qərarın əsassız olduğundan ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında AR DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi X5 izahatında göstərmişdir ki, X4 ərizə ilə BDYPİ-nə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı protokolun və xx.xx.2023-cü il tarixli, TP ******* qərarın əsassız olduğunu bildirmişdir. Bu barədə idarədə araşdırma aparılmışdır. Araşdırma zamanı inzibati xətanın aşkar olunması və sənədləşməsində DYP əməkdaşı tərəfindən hüquqazidd hərəkətlərə yol verilməsi halları müəyyən olunmamış və Ü.Məmmədlinin müraciətində göstərilən digər xüsusatlar təsdiqini tapmamışdır. xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tamamilə qanuni qəbul edilmişdir. Belə ki, X4 tərəfindən avtomobilə quraşdırılmış işıqlar əlavə avadanlıq hesab edilir. Həmin nəqliyyat vasitəsinin zavod istehsalı zamanı qeyd edilən işqların quraşdırılması nəzərdə tutulmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq, proses iştirakçılarını dinləyərək belə nəticəyə gəlir ki, X4 tərəfindən verilmiş şikayət əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixdə saat 12:38-də İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqında qərardan görünür ki, X4 İXM-in 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Hynundai Terracan markalı, ** ZO *** dövlət qeydiyyat nişanı avtomobilin fotolarından görünür ki, həmin nəqliyyat vasitəsinin üzərinə ön hissəyə dörd ədəd, arxa hissəyə üç dədə olmaqla, ümumilikdə 8 ədəd əlavə işqılar quraşdırılmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 30-cu maddəsinin İİ bəndinin 3-cü yarımbəndinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən,habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. Həmin maddənin V bəndinə əsasən istismarda olan nəqliyyat vasitəsinə həmin modelin normativ-texniki sənədlərində nəzərdə tutulmayan hissələr quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi beynəlxalq normativlərə və standartlara uyğun gəlməlidir. “Yol hərəkəti haqqında qanun” 1 saylı əlavənin İİİ bəndində xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmaması nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların siyahısında göstərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 30 noyabr 2012-ci il tarixli Q61-001-12 nömrəli qərarı ilə “Nəqliyyat vasitələrinin avadanlıqla təchiz olunmasına razılığın verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” təsdiq edilmişdir. Həmin reqlamentə əsasən nəqliyyat vasitələrinə əlavə avadanlıq quraşdırılması üçün razılıq alınması tələb edilir. Məhkəmənin mövqeyi bundan ibarətdir ki, normativ tələblər pozulmaqla quraşdırılmış avadanlıq dedikdə həmin nəqliyyat vasitəsinə dair dövlət standartlarına və yol hərəkəti qaydalarına uyğun olmayan, bununla yanaşı “Yol hərəkəti haqqında qanun” 1 saylı əlavədə verilmiş nasazlığın yaranmasına gətirib çıxaran, həmin nəqliyyat vasitəsinin istehsalçısı tərəfindən quraşdırılması nəzərdə tutulmayan avadanlıqlar başa düşülməlidir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, X4 idarə etdiyi Hynundai Terracan markalı, ** ZO *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin üstünə ön hissəyə dörd ədəd, arxa hissəyə isə üç ədəd uzaq məsafəni işıqlandırmaq üçün əlavə işqlar quraşdırmış, həmin işıqların quraşdırılması zamanı Baş Dövlət Yol Polisi idarəsindən hər hansı razılıq almamışdır. Hesab edir ki, həmin quraşdırdığı işıqlar avadanlıq deyil, aksessuardır və buna görə də barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar əsassızdır. Məhkəmə isə hesab edir ki, həmin qurşadırılmış xarici ışıqlar aksesuar deyil, əlavə avadanlıqdır. Qeyd edilən nəqliyyat vasitəsinin istehsalçısı tərəfindən həmin nəqliyyat vasitəsi istehsal edilərkən nəqliyyat vasitəsinin təhlükəsiz işləməsini təmin etmək məqsədi ilə yaxın və uzaq məsafəni işıqlandırılması üçün xarici işıqlarla təchiz edilmiş, nəqliyyat vasitəsinin təhlükəsiz işləməsini təmin etmək üçün nəqliyyat vasitəsinin istifadə etdiyi elektrik mövcud normativlərə görə hesablanmış və avtomobilin konstruksiyası müəyyən edilmişdir. Yəni qeyd edilən əlavə işqılar quraşdırılmadan nəqliyyat vasitəsindən təyinatı üzrə rahat və təhlükəsiz istifadə etmək mümkündür. Lakin həmin xarici işıq cihazları sonradan istifadəçi tərəfindən quraşdırılarkən avtomobilin təmin edə biləcəyi elektrik gücü müəyyən edilməmiş, həmin quraşdılmış xarici işıqların qısa qapanma yaradıb yaratmayacağı araşdırılmamış, bunun təhlükəsiz işləməsi barədə hər hansı rəy və ya icazə alınmamışdır. Avadanlıq dedikdə nəqliyyat vasitəsinin təyinatı üzrə istifadə edilməsi üçün nəzərdə tutulan hər hansı funksiyanıı həyata keçirən hissə nəzərdə tutulur. Göründüyü kimi həmin işıqlar nəqliyyat vasitəsini idarə edərkən görünüş dairəsini genişləndirilıməsi üçün quraşdırılmışdır. Qeyd edilənlərə əsasən də, quraşdırılmış həmin əlavə işqılar aksesuar hesab edilə bilməz. Çünki, aksesuar nəqliyyat vasitəsinə onun görünüşünün yaxşılaşdırılması üçün quraşdırıla bilər. Bundan başqa X4 bildiri ki, həmin işıqları quraşdırsa da, yol patrul xidmətinin inspektoru onu saxlayarkən və barəsində protokol tərtib edərkən o quraşdırılmış həmin xarici işıqlardan istifadə etməmişdir. Bununla bağlı məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 342.2.2-ci maddəsində əlavə avadanlığın quraşdırılması inzibati xəta kimi müəyyən edilmişdir. Yəni əlavə avadanlıq quraşdırıldığı andan, həmin avadanlıqdan istifadə edilib edilməməsindən aslı olmayaraq inzibati xəta törədilmiş hesab edilir. İş materiallarından da görünür ki, yol patrul xidmətinin əməkdaşı X4 barəsində protokolu xx.xx.2023-cü il tarixdə saat 12:38-də, günün işqılı vaxtında tərtib etmişdir. Həmin vaxt da uzaq məsafəni işqlandırılması üçün əlavə edilmiş avadanlığın (xarici işıq cihazlarının) istifadə edilməməsi normaldır. Bundan başqa nəqliyyat vasitəsinə uzaq məsafəni işıqlandırması və sürücünün görünüş dairəsinin genişləndirilməsi üçün əlavə quraşdırılan avadanlıqlar (xarici işıq cihazları) həmin nəqliyyat vasitəsinin sürücüsünün görünüş dairəsini genişləndirsə də, günün qaranlıq vaxtlarında əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin sürücülərinin görünüş dairəsini məhdulaşdırmaqla yol hərəkətinin təhlükəsizliyini təhdid altına alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, X9 оğlu Аzərbаycаn Rеspublikаsı İХM-nin 342.2.2-ci mаddəsi ilə təqsirli bilinib, 150 (bir yüz əlli) manat inzibаti cərimə tətbiq еdilməsinə dаir Azərbaycan Respublikası DİN-nin Ekologiya YPX-i inspektoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2023 tarixli İXP ******* nömrəli protokola əsasən qəbul edilən xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə barədə qərarın ləğv olunmasına qanuni əsaslar yoxdur. İş üzrə Azərbaycan Respublikası DİN-nin Ekologiya YPX-i inspektoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə barədə qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X2 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X9 оğlu barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar