Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1445/2025 03.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 13:30-da ünvan 1 ünvanında yerləşən Şəxsnə məxsus klinikada keçirilən planlı yoxlama zamanı lisenziyadan kənar “kosmetoloji” iş və fəaliyyətilə məşğul olma faktı aşkar edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada inzibati xəta haqqında protokol tərtib etmiş orqana və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın, həmçinin hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Şəxs nümayəndəsi olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Hüquq şöbəsinin böyük məsləhətçisi Nümayəndə çıxış edərək izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 13:30-da ünvan 1 ünvanında yerləşən Şəxsnə məxsus klinikada keçirilən planlı yoxlama zamanı lisenziyadan kənar kosmetoloji iş və fəaliyyətlə məşğul olma faktı aşkar edildiyindən cəmiyyətin barəsində xx.xx.2025-ci il tarixdə MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin inzibati xətanın törədilməsi T-074 saylı ”Özəl tibb müəssisələrində planlı (növbət) yoxlama aktı”, digər sənədlər və çəkilmiş fotoşəkillər ilə sübut olunmuşdur. Odur ki, deyilənləri nəzərə alaraq Şəxs MMC barəsində İXM-in 215.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin T-074 nömrəli özəl tibb müəssisələrində planlı (növbəti) yoxlama aktından görünür ki, xx.xx.2025-ci il tarixli 3-28-1/3-2-131/2025 saylı qərara əsasən Şəxs MMC-də xx.xx.2025ci il tarixdən xx.xx.2025-ci il tarixədək planlı (növbəti) yoxlama keçirilmiş və yoxlama sualları aşağıdakı 3 sualdan ibarət olmuşdur:
1. Lisenziyanın şərtlərinə riayət olunurmu?
2. “Özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssisləri sertifikasiyaya cəlb edilirmi?”
3. Lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətini həyata keçirirmi?” Yoxlama zamanı 1-ci sual və 3 sual üzrə tələbin yerinə yetirilmədiyi müəyyən edilmiş, ikinci sual üzrə isə sənədlər təqdim edilmədiyi üçün sual yoxlanılmamışdır. Həmin yoxlama aktından görünür ki, müəssisədə lisenziyanın şərtlərinə riayət olunmadığı, lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirildiyi müəyyən edilmişdir. Aktda eyni zamanda müəssisədə lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar həkim “Lalə” və “Aliyə Vəliyeva” tərəfindən kosmotoloji iş üzrə fəaliyyət göstərilməsi tibb fəaliyyətin həyata keçirilməsi aşkar edildiyi göstərilmişdir. Müəssisəsinin rəhbəri X3 aktın “sahibkarın izahatı, iradı və ya etirazı qrafasında “Keçirilmiş yoxlama ilə bağlı iradım və etirazım yoxdur. Yeni işçi olaraq sənədlərlə tam tanış olmadığım üçün təqdim edə bilməmişəm” qeyd etməklə imzası ilə təsdiq etmişdir. xx.xx.2025-ci il tarixli, KY252279053 kodlu “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışdan görünür ki, Şəxsndə plan üzrə yoxlamanın müddəti xx.xx.2025-xx.xx.2025-ci il tarixlər olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi PHŞ tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli, 3-28- 1/3-2-131/2025 nömrəli qərardan görünür ki, Şəxsnə məxsus ünvan 1 ünvanında yerləşən özəl tibb təşkilatının fəaliyyətinin yoxlanılması qərara alınmışdır. 088687 nömrəli lisenziyadan görünür ki, Şəxsnə özəl tibb fəaliyyətini müddətsiz həyata keçirməyə icazə verilib. Lisenziyanın əlavəsindən görünür ki, Şəxsnə ünvan 1 ünvanında ambulator tibbi xidmətin göstərilməsinə icazə verilən ixtisas növləri üzrə görülən işlərin siyahısında “kosmetoloji iş” qeyd edilməmişdir. Lisenziyanın digər əlavəsindən görünür ki, Şəxsnə ünvan 1 ünvanında stasionar tibbi xidmətin göstərilməsinə icazə verilən işlərin siyahısında “kosmetoloji iş” qeyd edilməmişdir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş foto-şəkillərdən görünür ki, Şəxsdə kosmetoloji fəaliyyət üçün nəzərdə tutulmuş avadanlıqlar və dərman ləvazimatları aşkar aşkar edilərkən müəssisəsinin baş həkimi X3 da iştirak etmişdir. Əlavə edilmiş foto-şəkillərdən birində həkim otağı yazısı qeydə alınmış, digər fotoşəkildə lent işıqlar vasitəsi ilə “Dr.Aliyə” qeyd edilmiş guşənin ətrafında Aliyə Vəliyava adlı şəxsə verilmiş sertifikatlar və foto şəkil vardır. Təşəkkürnamədə “X2” yazısı aydın şəkildə oxunur. Həmçinin digər sertifikatların da kosmetoloji sahədə fəaliyyəti ilə bağlı verildiyi görünür. Həmçinin xx.xx.2022-ci il tarixli “Cambridge tədris mərkəzi” tərəfindən verilmiş diplomdan görünür ki, X1 xx.xx.2022-ci il tarixdə kosmetoloq ixtisası üzrə tam kursu bitirmişdir. Bundab başqa 14 yanvar 2025-ci il tarixini ehtiva edən dəftər səhifəsindən çəkilmiş foto-şəkildən görünür ki, həmin vərəqdə “botox gözaltı, yanaq” və botox, dodaq” qeydləri aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı Hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Belə ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən lisenziya (icazə) sahibinin lisenziyanın və icazənin şərtlərinə riayət etməsinə nəzarət müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada həyata keçirilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən bu Qanunun tələblərinin, lisenziya və icazə şərtlərinin pozulmasına görə lisenziyanın (icazənin) sahibi Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır. Həmin Qanuna 1 nömrəli əlavədə lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısında özəl tibb fəaliyyəti qeyd edilmişdir. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nın, “Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işlərinin Siyahısı”nın, “Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinin Siyahısı”nın və “Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi üzrə işlərin Siyahısı”nın təsdiq edilməsi haqqında 15 may 2017-ci il, 206 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 1 nömrəli əlavədən görünür ki, özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun görülən işlərin cədvəlində 2.13.2-ci bənddə “kosmetoloji” qeyd edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin 26 fevral 2025-ci il tarixli, T- 074 nömrəli özəl tibb müəssisələrində planlı (növbəti) yoxlama aktı, foto-şəkillər və inzibati materialda olan digər sənədlərlə müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 13:30da ünvan 1 ünvanında yerləşən Şəxsnə məxsus klinikada keçirilən planlı yoxlama zamanı lisenziyanın şərtlərinə riayət olunmaması, lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi, yəni klinikada lisenziyada nəzərdə tutulmadığı halda kosmetoli iş və fəaliyyətlə məşğul olunması aşkar edilmişdir. Odur ki, Şəxsnə verilmiş lisenziyada kosmetoloji iş və fəaliyyət göstərilməsinə icazə verilməsi nəzərdə tutulmadığı halda cəmiyyətə məxsus ünvan 1 ünvanında yerləşən klinikada kosmetoji iş və fəaliyyətlə məşğul olunmuşdur. Bu hərəkətləri ilə hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 6000 (altı min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Zamiq Bağırov