Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1449/2022 26.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X11 iclas katibliyi, X1 vəkili və nümayəndəsi X13, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X8 iştirakı ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X17 Xidməti Bakı şəhər İdarəsinin MN ******* saylı, 27.04.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 barəsində tərtib edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X17 Xidməti Bakı şəhər İdarəsinin MN ******* saylı, 27.04.2022ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, X12 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətininin Bakı şəhəri İdarəsinin 27 aprel 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 1300 AZN məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsini rəhbər tutularaq, "xxxx" MMC-nin keçmiş əməkdaşı X5 02 mart 2020-ci il tarixli 1113 nömrəli əmək müqaviləsinə 17.08.2020-ci il tarixli 66-20 nömrəli əmr ilə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verildiyi tarixdən 2 (iki) il müddət keçdikdən sonra X4 Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə yazılı şəkildə müraciət edərək son haqq-hesabının əmək müqaviləsinin ləğv edildiyi gündə verilmədiyini, o cümlədən, əmək kitabçasını 03.02.2022-ci il tarixində aldığını bildirmişdir. Şikayətə baxan X17 Xidmətinin Bakı şəhər idarəsi 19 aprel fevral 2022-ci il tarixində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilərək X12 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. X3 haqq-hesabı işdən çıxdığı gün ödənilmiş, həmçinin, əmək kitabçası təhvil verilmişdir. Belə ki, X7 həyata keçirilmiş əmək haqqlarına və digər ödəmələrə dair son haqq-hesab sənədində qeyd edildiyi kimi, X7 faktiki işdə olmadığı müddətlər üçün də əmək lıaqqı ödənilmişdir. Buna baxmayaraq, İnzibati orqan X12 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması qənaətinə gələrək X6 inzibati xətanın törədilməsində təqsirli bilmiş və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Halbuki, bu hal həm Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətin əsaslarına, həm də həmin Məcəllənin 12.1-ci maddəsində qeyd olunan inzibati xəta anlayışına tamamilə ziddir. Bundan əlavə, İnzibati Orqan son haqqhesabın tam ödənilməməsi səbəbinə görə X12 barəsində inzibati protokolu tərtib edən zaman əslində, heç bir inzibati xəta hadisəsi olmadığı halda inzibati tənbehin tətbiqinə səbəb olan “inzibati xəta”nı uzanan inzibati xəta kimi qiymətləndirmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2014-cti il 18 dekabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən “Uzanan hüquqpozuntuları” isə (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntularmm bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda - qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Səlahiyyətli orqan isə əməlində inzibati xətanın tərkibi olmadığı və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 -ci maddəsi ilə nəzərdə tutulmuş müddətin (3 ay) başa çatdığı halda həmin Məcəlləsinin 192.4-cii maddəsini uzanan inzibati xəta kimi qiymətləndirərək barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarmışdır. Şikayətçinin vəkili və nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında şikayət ərizəsində qeyd olunanları bir daha vurğulayaraq şikayətin əsaslı olması səbəbindən təmin olunmasını məhkəmədən xahiş etdi. X17 Xidməti Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X12 tərəfindən qanunvericiliyin tələbləri pozulduğundan şikayətin təmin olunmamasını xahiş etmişdir. O bidirmişdir ki, işçi 01 gün iş vaxtından artıq əməyə cəlb edilmişdir bundan əlavə isə əmək haqqı cədvəlində işçiyə kompensasiya ödənildiyi görünür. Lakin həmin kompensasiyanın təyinatı göstərilməmişdir. Məhkəmə şikayətçinin vəkilini və X17 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsini dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. AR İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi inzibati xəta hesab edilir. X5 02 mart 2020-ci il tarixli 1113 nömrəli əmək müqaviləsinə 17.08.2020-ci il tarixli 66-20 nömrəli əmr ilə xitam verilmişdir. Şikayətə əlavə edilmiş 05.08.2020-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, X7 240,67 manat ödənilmişdir. Şikayətə əlavə edilmiş sübutlarla müəyyən edilir ki, əmək müqaviləsinə xitam verilmiş işçinin qanunvericiliklə nəzərdə tutulmuş vaxtda son haqq-hesab aparılmışdır. AR İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. AR İXM-nin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. “Uzanan hüquqpozuntuları” başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. Uzanan hüquqpozmaların bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli Qərarı). Hazırki şikayət araşdırılarkən müəyyən edilmişdir ki, işçi ilə işəgötürən arasındakı əmək münasibətləri 02.03.2020-ci il tarixdə bitmişdir. Belə olan halda inzibati orqan tərəfindən işəgötürənin vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb edilməsi üçün qanunverciliklə nəzərdə tutulmuş müddət ötürülmüşdür. İXM-nin 53.1.6-cı maddəsinəgör bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda;inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X12 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X17 Xidməti Bakı şəhər İdarəsinin MN ******* saylı, 27.04.2022-ci il tarixli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-1449/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1449/2022
26.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver