Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1449/2024 01.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi ilə, Bakı Şəhəri Binəqdi Rayon Polis İdarəsinin nümayəndəsi X3, şikayət vermiş şəxs X4 iştirakları ilə, X4 Bakı Şəhəri Binəqdi Rayon Polis İdarəsinin X12 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq, məhkəmə müəyyən etdi: X7 Bakı Şəhəri Binəqdi Rayon Polis İdarəsinin X12 Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X7 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə, saat 20:38-də etibarnamə ilə idarə etdiyi “Mercedes Benz C180” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobillə nizamlanan yol ayırıcında svetoforun qırmızı işığında gözləyib, yaşıl işıq yandıqdan sonra hərəkətə başladıqda “BMW X5” markalı, 99TG351 qeydiyyat nişanlı avtomobil qırmızı işıqda keçərək onun avtomobilinin sol ön tərəfinə ciddi zərər vurmuşdur. Qəza baş verdikdən dərhal sonra 102 xidmətinə hadisə ilə bağlı məlumat verilmişdir və hadisə yerinə Binəqədi Rayon DYPŞ-nin polis leytenantı X5 gəlib, sənədlərə baxış keçirtdikdən sonra hadisəni qeydə almışdır. Nizamlanan yolayırıcında yerləşən TŞ3-020 təhlükəsizlik kamerasına qəza anı tam olaraq əks olunsa belə, onun barəsində İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yol hərəkəti haqqında qanunun 75-ci maddəsinin İİ bəndində göstərilmişdir ki, əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır. Əlavə olaraq bildirmişdir ki, BMW X5 markalı avtomobil təhlükəsizlik kameralarında da açıq aşkar göründüyü kimi qarşısında tıxac olduğunu gördüyü halda yol ayırıcına daxil olmuş və qanunda da göstərildiyi kimi digər nəqliyyat vasitələrinin yəni, onun hərəkətinə maneə yararadaraq qəza törətmişdir. Qeyd edir ki, qəza hadisəsinin növbəti günü DYP Binəqədi Rayon şöbəsinə yaxınlaşdıqda X1 həm qarşı tərəfin həm də onun təqsirkar olduğunu bildirmişdir, lakin o qərarla razı olmadığını bildirdiyi halda barəsində xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokul tərtib edilmiş, TP ******* nömrəli qərarla təqsirli bilinmişdir. Hal-hazırda hesab edir ki, inzibati xəta haqqında protokol və qəbul edilmiş qərar əsassız olduğundan ləğv edilməlidir. Odur ki, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X7 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 20:38 radələrində Mir Cəlal küçəsi ilə hərəkətdə olan zaman yol ayrıcında qırmızı işıqda dayanmış, svetaforun yaşıl işığı yandıqda isə normal olaraq hərəkətə keçmişdir. Bu zaman sol tərəfdən gələn BMW X5 markalı avtomobil onun nəqliyyat vasitəsinə çırpılmışdır. Hərəkətə keçən zaman ehtiyyatlı davranmışdır. Yol hərəkəti haqqında qanunun 75-ci maddəsinin İİ bəndində göstərilmişdir ki, əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır. BMW X5 markalı avtomobilin sürücü yolda avtobus olduğunu görə-görə yol ayrıcına daxil olmuş və yuxarıda qeyd olunan maddənin tələblərini pozmuşdur. O, yaşıl işıq yandığında hərəkətə başlayan zaman sol tərəfdən hərəkət edən avtomobillərə qırmızı işıq yandığı üçün həmin istiqamətdən avtomobil gələcəyini güman etməmişdir. Baş vermiş hadisədə onun təqsirli bilinməsi yol verilməzdir. BMW X5 markalı avtomobilin sürücüsü əvvəlcə avtobusa yol verir, daha sonra yola daxil olur. Əgər həmin sürücü avtobus yol vermədən birbaşa hərəkətini davam etdirsə idi, hazırki yol-nəqliyyat hadisəsi baş verməyəcəkdi. Göstərilənlərə əsasən məhkəmədən xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ona verilən suallara cavab olaraq isə bildirmişdir ki, yola daxil olarkən yolun ortasında avtobusun olduğunu gördüyünü, həmin avtobusun arxasında hər hansı maşının olub olmamasını bilmədiyini, onun yolu üzərində olan işqforun yaşıl işığı yandığı üçün hərəkətə başladığını bildirmişdir. Məhkəmə iclasında Bakı Şəhəri Binəqdi Rayon Polis İdarəsinin nümayəndəsi X6 izahatında bildirmişdir ki, şikayət vermiş şəxs Yol hərəkəti haqqında qanunun 75-ci maddəsinin İİ bəndinin tələblərinin digər sürücüyü tərəfindən gözlənilmədiyini iddia etsə də, özünün də həmin maddələrinin tələblərini pozduğunu qəbul etmir. Belə ki, sözü gedən müddəanın tələblərinə əsasən X7 yolayrıcına daxil olmalı deyildi. BMW X5 markalı avtomobilin sürücüsü isə işıqforun yaşıl işığı yanan zaman yol ayrıcına daxil olduğu üçün hərəkətini davam etdirməli idi. O səbəbdən BMW X5 markalı avtomobilin sürücüsünün əməlində inzibati xəta tərkibi mövcud deyildir. Göstərilənlərə əsasən şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X7 barəsində İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 yolayrıcını keçmə qaydalarının pozulmasına görə İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib, 80 (səksən) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş diskə baxış zamanı müəyyən edilmişdir ki, BMW X5 markalı avtomobilin sürücüsü işıqforun hərəkətə icazə verən yaşıl işığında yolayrıcına daxil olmuş, yolayrıcında olan avtobus onun hərəkət istiqamətini boşaltdıqdan sonra hərəkətini davam etdirmiş, sonuncunun hərəkət istiqamətinin sağından gələn X4 idarə etdiyi “Mercedes Benz C180” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön hissəsi ilə toqquşmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət müəyyən edilmişdir. “Yol hərəkəti haqqında” qanunun 60-cı maddəsinin İV bəndinə əsasən svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. “Yol hərəkəti haqqında” qanunun 76-cı maddəsinin İV bəndinə əsasən svetoforun icazə siqnalı yanarkən yolayrıcına girmiş sürücü yolayrıcının çıxışında qoyulmuş svetoforun siqnalından asılı olmayaraq, nəzərdə tutulan istiqamətdə dayanmadan hərəkət etməlidir, bu zaman qalan nəqliyyat vasitələri ona maneə törətməməlidirlər. Lakin, əgər yolayrıcında sürücünün hərəkət etdiyi yolda qoyulmuş svetoforların qabağında stop-xətlər (5.33 nişanı) vardırsa, sürücü hər bir svetoforun siqnalını əsas tutmalıdır. “Yol hərəkəti haqqında” qanunun 76-cı maddəsinin V bəndinə əsasən svetoforun icazə siqnalı yanarkən sürücü yolayrıcında hərəkəti başa çatdırmaqda olan nəqliyyat vasitələrinə və həmin istiqamətin hərəkət hissəsində keçidi başa çatdırmamış piyadalara yol verməlidir. Beləliklə, məhkəmə məhkəmə iclasında tədqiq edilmiş sübutlara və tərəflərin izahatlarına əsasən hesab edir ki, “BMW X5” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü svetoforun icazə siqnalı yanarkən yolayrıcına girdiyindən nəzərdə tutulan istiqamətdə dayanmadan hərəkət etməli idi. Həmin zaman X4 idarə etdiyi “Mercedes Benz C180” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət istiqamətində svetoforun icazə siqnalı yanmasına baxmayaraq X7 “BMW X5” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yol verməli idi. Lakın “Mercedes Benz C180” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yolun ortasında avtobusun olmasına, həmin avtobusun arxasında hər hansı maneənin və ya təhlükənin olub-olmamasına diqqət yetirmədən, yol ayrıcında faktiki olaraq nəqliyyat vasitələrinin hərəkətinə maneə törədən sıxlıq olmasına baxmayaraq sadəcə önüdəki svetaforun icazə siqnalı yandığı üçün qeyd edilənləri nəzərə almadan hərəkətə başlamış və nəticədə qeyd edilən yol nəqliyyat hadisəsi baş vermişdir. Odur ki, X7 lazımı diqqət və ehtiyatlılıq göstəmədən yolayrıcında hərəkəti başa çatdırmaqda olan nəqliyyat vasitəsinə, yəni “BMW X5” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməmiş, bununla da “Yol hərəkəti haqqında” qanunun 76-cı maddəsinin V bəndinin tələblərini gözləməyərək yolayrıcını keçmə qaydalarını pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, X11 оğlunun Аzərbаycаn Rеspublikаsı İХM-nin 327.2-ci mаddəsi ilə təqsirli bilinib, inzibаti tənbeh еdilməsinə dаir Bakı Şəhəri Binəqdi Rayon Polis İdarəsinin X12 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə barədə qərarın ləğv olunmasına qanuni əsaslar yoxdur. İş üzrə Bakı Şəhəri Binəqdi Rayon Polis İdarəsinin X12 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən və qərarda göstərilən inzibati xətanın törədilməsi müəyyən edildiyindən X4 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: X4 Bakı Şəhəri Binəqdi Rayon Polis İdarəsinin X12 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-1449/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1449/2024
01.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver