Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1451/2023 01.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 46130 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 34078.66 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi, inzibati qaydada məsuliyyətə cəlb edilməsinə dair Bakı Binəqədi rayon məhkəməsinə müraciət etmişdir. "xxxx" MMC ilə Çin Xalq Respublikasında yerləşən “SHENYANG TF AUTOPARTS MANUFACTORY” şirkəti arasında ümumi dəyəri 200000 ABŞ dolları olan alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən müxtəlif vaxtlarda “SHENYANG TF AUTOPARTS MANUFACTORY” şirkətinin hesabına müxtəlif məbləğlər köçürülmüş, bununla bağlı həmin şirkət tərəfindən mallar Azərbaycan Respublikasına göndərilmişdir. xx.xx.2021-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" QSC-də olan hesabdan “SHENYANG TF AUTOPARTS MANUFACTORY” şirkətinin hesabına 46130 ABŞ dolları pul köçürülmüşdür. “SHENYANG TF AUTOPARTS MANUFACTORY” şirkəti ilə əldə olunmuş razılığa əsasən həmin şirkət tərəfindən mallar həm əvvəldən ödəniş etməklə, həm də mallar idxal olunduqdan sonra ödəniş etməklə Azərbaycan Respublikasına göndərilmişdir. xx.xx.2021-ci il tarixdə dəyəri 16425,22 ABŞ dolları olan mallar idxal olunduqdan sonra ödəniş edilməklə “SHENYANG TF AUTOPARTS MANUFACTORY” şirkəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına göndərilmiş, həmin məbləğin 11948.64 ABŞ dolları olan hissəsinin xx.xx.2021-ci il tarixdə köçürülməsi nəzərə alınmışdır. xx.xx.2021-ci il tarixdə köçürülmüş qalıq məbləğin hesabına xx.xx.2021-ci il, xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərdə ümumi dəyəri 34181.36 ABŞ dolları dəyərində mallar Azərbaycan Respublikasına göndərilmişdir. "xxxx" QSC tərəfindən Mərkəzi Banka müraciət edilərkən səhvən 34078.66 ABŞ dolları məbləğində vəsait hesabına alınmış malların Azərbaycan Respublikasına göndərilmədiyi bildirilmişdir. xx.xx.2021-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" QSC-də olan hesabdan “SHENYANG TF AUTOPARTS MANUFACTORY” şirkətinin hesabına köçürülmüş 46130 ABŞ dolları dəyərindən mallar Azərbaycan Respublikasına göndərilmişdir. Lakin xx.xx.2021-ci il tarixdə idxal edilmiş malların dəyərinin ödənilməsi idxal olunduqdan sonra nəzərdə tutulduğu üçün və gömrük bəyannaməsində bununla bağlı müvafiq qeyd aparıldığına görə həmin bəyannamə banka təqdim edilməmiş, digər üç bəyannamə banka təqdim edilmişdir. Access Bank” QSC tərəfindən Mərkəzi Banka məktub ünvanlanarkən səhvən 34078.66 ABŞ dolları məbləğində malların ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilmədiyi bildirilmişdir. Lakin sonradan bank tərəfindən "xxxx" MMC-yə təqdim edilmiş məktubda 46130 ABŞ dolları məbləğində avans ödəniş üzrə 12051.34 ABŞ dolları məbləğində qalıq məbləğ qaldığı bildirilmişdir. Bunun da səbəbi qeyd edilən 12051.34 ABŞ dolları məbləğlə bağlı alınan mallara görə tərtib edilmiş gömrük bəyənnaməsinin "xxxx" MMC tərəfindən banka təqdim edilməməsi olmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsassızdır. Qeyd edilənləri nəzərə alaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC ilə “SHENYANG TF AUTOPARTS MANUFACTORY” şirkəti arasında dəyəri 200000 ABŞ dolları olan alğı-satqı müqaviləsı bağlanmışdır. xx.xx.2021-ci il tarixli xarici valyutada köçürmə orderindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" QSC-də olan hesabdan “SHENYANG TF AUTOPARTS MANUFACTORY” şirkətinin hesabına 46130 ABŞ dolları pul köçürülmüşdür. xx.xx.2021-ci il tarixli, **********3598 sorğu nömrəli Gömrük bəyannaməsindən görünür ki, “SHENYANG TF AUTOPARTS MANUFACTORY” şirkəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına göndərilmiş 106090 Çin yuanı (16425,22 ABŞ dolları) dəyərində mallar xx.xx.2021-ci il tarixdə ölkəyə idxal olunmuşdur. xx.xx.2021-ci il tarixli, **********2882 sorğu nömrəli Gömrük bəyannaməsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “SHENYANG TF AUTOPARTS MANUFACTORY” şirkətinin hesabına köçürülmüş pul vəsaitinin hesabına alınmış 49613 Çin yuanı (7649,15 ABŞ dolları) dəyərində mallar xx.xx.2021-ci il tarixdə ölkəyə idxal olunmuşdur. xx.xx.2021-ci il tarixli, **********2127 sorğu nömrəli Gömrük bəyannaməsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “SHENYANG TF AUTOPARTS MANUFACTORY” şirkətinin hesabına köçürülmüş pul vəsaitinin hesabına alınmış 119117 Çin yuanı (18484,15 ABŞ dolları) dəyərində mallar xx.xx.2021-ci il tarixdə ölkəyə idxal olunmuşdur. xx.xx.2021-ci il tarixli, **********1023 sorğu nömrəli Gömrük bəyannaməsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “SHENYANG TF AUTOPARTS MANUFACTORY” şirkətinin hesabına köçürülmüş pul vəsaitinin hesabına alınmış 51805 Çin yuanı (8048,05 ABŞ dolları) dəyərində mallar xx.xx.2021-ci il tarixdə ölkəyə idxal olunmuşdur. "xxxx" QSC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 46130 ABŞ dolları məbləğində olan vəsait bank hesabından Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, lakin ödəniş aparıldığı gündən iki il müddətində 34078.66 ABŞ dolları məbləğində malların ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmişdir. "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixində AZ77ACAB******************** saylı hesabdan “SHENYANG TF AUTOPARTS MANUFACTORY” şirkətinin hesabina avans olaraq 46,130.00 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. xx.xx.2021-ci il tarixində AZ77ACAB******************** saylı hesabından “SHENYANG TF AUTOPARTS MANUFACTORY” şirkətinin hesabına köçürülən 46,130.00 ABŞ dolları avans ödənişi üzrə "xxxx" MMC şirkəti tərəfindən **********2127, **********2882, **********1023 saylı yük gömrük bəyannamələri banka təqdim edilmişdir. Banka təqdim edilmiş **********2127, **********2882, **********1023 saylı yük gömrük bəyannamələri dövlət gömrük portalında icra edilmiş və 46,130.00 ABŞ dolları məbləğində avans ödəniş üzrə 12051.34 ABŞ dolları məbləğində qalıq məbləğ qalmışdır. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" QSC-də olan hesabdan köçürülmüş 46130 ABŞ dolları məbləğində olan vəsait hesabına alınan malları ölkəyə idxal etməklə, həmin mallara dair gömrük bəyannamələrini rəsmiləşdirilməsi üçün göndərmiş, lakin həmin bəyannamələrdən birinin surəti banka təqdim edilməmişdir. Göründüyü kimi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2021-ci il tarixdə "xxxx" QSC-də olan hesabdan köçürülmüş 46130 ABŞ dolları məbləğində vəsait hesabına olan malları ölkəyə idxal etməklə, həmin mallara dair gömrük bəyannamələrini rəsmiləşdirilməsi üçün göndərilmişdir. Lakin xx.xx.2021-ci il tarixli, **********3598 sorğu nömrəli Gömrük bəyannaməsi üzrə malların dəyərinin idxaldan sonra ödənilməsi nəzərdə tutulduğu üçün həmin bəyannamə banka təqdim edilməmiş, “SHENYANG TF AUTOPARTS MANUFACTORY” şirkəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına göndərilmiş dəyəri 106090 Çin yuanı (16425,22 ABŞ dolları) olan mallara görə ödənilməli olan məbləğin bir hissəsi, yəni 11948.64 ABŞ dolları avans olaraq köçürülmüş 46130 ABŞ dollarından silinmiş, qalıq məbləğdə olan 34181.36 ABŞ dolları dəyərində mallar isə hissə-hissə olmaqla, 3 dəfəyə Azərbaycan Respublikasına göndərilmiş və həmin bəyannamələr banka təqdim edilmişdir. Bundan əlavə "xxxx" QSC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Banka müraciət olunarkən səhvən 34078.66 ABŞ dolları məbləğində malların ölkəyə idxalını təsdiq edən sənədlərin banka təqdim edilmədiyi qeyd edilmiş və bu Mərkəzi Bank tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokolda öz əksini tapmışdır. Bu isə onu göstərir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilmiş xx.xx.2023cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd olunan hallar iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş materiallarla öz təsdiqini tapır. Ona görə də, məhkəmə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində İXM-in 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-1451/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1451/2023
01.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver