Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1452/2022 11.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Rzayev Abbas Əhəd oğlu, X7 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs, Tələbkar "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5, Müdafiəçilər- 11 saylı Vəkil Bürosunun vəkili X1 və 6 saylı Vəkil Bürosunun vəkili X2, Protokolu tərtib etmiş orqan Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X6 iştirakı ilə xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 02 (iki) azyaşlı övladı olan, əvvəllər məhkum olunmamış, ali təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X9 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Binəqədi rayon icra şöbəsinin icra məmuru X9 tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında 11 may 2022-ci il tarixli, MN ******* saylı protokola əsasən məlum olur ki, Neftçala Rayon Məhkəməsinin 1(053)-46/2020 saylı, 28.10.2020-ci il tarixli icra sənədinə əsasən mülki cavabdeh Şəxs 56.475 manat məbləğində pul tutularaq mülki ididaçı "xxxx" MMC-yə ödənilməlidir. Bocluya borcun könüllü ödənilməsi barədə bildiriş göndərilməsinə və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclu icra sənədini icra etməkdən imtina etmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – (borclu) Şəxs bildirdi ki, ona icra sənədinə dair icra məmurunun icraata başlamaq haqqında qərarı 19.01.2022-ci il tarixdə verilmişdir. Həmin tarixdən icra məmuruna yazılı qaydada müraciət edərək könüllü icra etmək istədiyini bildirmiş və tələbkara məxsus bank hesab nömrəsinin və ya bank kart hesab nömrəsinin ona verilməsini xahiş etmişdir.Lakin ona tələbkarın bank hesabları verilmədiyindən, o məhkəmənin qərarını icra edə bilməmişdir. Eyni zamanda o bildirmişdir ki, borc məbləği çox olduğundan, onu bir dəfəyə ödəmək imkanı olmadığından və maddi vəziyyəti ilə əlaqədar olaraq icra sənədini hissəhissə, hər ay 300-500 manat ödəməklə icra edə bilər.O, məhkəmənin yekun qərarını icra etməkdən qəsdən yayınmadığını bildirmişdir.Buna görə də, borclu inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkilləri X4 və X3 bildirdilər ki, hüquqlarını müdafiə etdikləri şəxs məhkəmənin yekun qərarını icra etməkdən qəsdən yayınmamışdır.Belə ki, o, şəxsən özü icra sənədini könüllü icra etmək istəyi ilə bağlı icra şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin borcluya tələbkarın bank hesabları verilmədiyindən o, məhkəmə qərarını icra edə bilməmişdir.Bu səbəbdən də borclu Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında çıxış edən tələbkar "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X10 borclunun icra sənədi üzrə göstərilən borcu qərəzli olaraq ödəmədiyini və ödənilməyən borc məbləğini nəzərə alaraq borclu Şəxs qanuna müvafiq qaydada cidi cəzalanmasını məhkəmədən xahiş etdi. Eyni zamanda o bildirdi ki, icra sənədinin hissə-hissə ödənilməsinə razı deyillər. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinin icra məmuru X9 borclu tərəfindən borcun ödənmədiyini və bunun nəticəsində tələbkar tərəfin çoxsaylı şikayətlər etdiyini və protokolda göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə (borclunun) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, onun müdafiəçilərinin, icra məmurunun və tələbkarın çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirliliyi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məsuliyyət yaradır və fiziki şəxslər beş yüz manatdan min maanatadək miqdarda cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınaraq bir ayadək inzibati həbs tətbiq olunur. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, borclu Şəxs icra sənədini üzürsüz səbəbdən uzun müddət qərəzli olaraq icra etməmişdir.Belə ki, borclunun icra sənədini icra etmək istəyində olması həqiqəti əks etdirmir və inzibati məsuliyyətdən özünü qorumaq məqsədi daşıyır.Belə ki, məhkəmə iclasında borcluya borcun müəyyən hissəsini tələbkara ödəmək təklif olunsa da, o, müxtəlif bəhanələrlə bundan yayınmışdır. Beləliklə, icra sənədinin icra edilməməsində Şəxs təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tərəfindən təqsirləndirilən şəxs Şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs il ərzində ilk dəfə inzibati xəta törətməsini, təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində 2 (iki) azyaşlı övladının olmasını və ailənin yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Buna görə də, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs şəxsiyyətini, məhkəmə qərarının uzun müddət icra olunmadığını və nəticədə bunun tələbkarın çoxsaylı əsaslı şikayətlərinə səbəb olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən borclu Şəxs minimum həddə inzibati qaydada həbs edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 11.1, 31.2, 528.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 10 (on) gün müddətində inzibati həbs təyin olunsun. Həbs etmənin əvvəli, onun inzibati qaydada tutulduğu- 11.05.2022-ci il tarixdən hesablansın. Şəxs saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinə Bilavasitə tabe olan İnzibati Qaydada həbs edilənlərin saxlama Mərkəzinə yerləşdirilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim:Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-1452/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1452/2022
11.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver