Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1456/2022 02.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB “Ə.D.Məlikov adına X25” X30n nümayəndəsi X14, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB “Ə.D.Məlikov adına X25” X30n vəkili (Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili) X12, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X9 iştirakı ilə, Şikayət vermiş şəxs Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB “Ə.D.Məlikov adına X25” X30n direktoru X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər idarəsinin 26 aprel 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB “Ə.D.Məlikov adına X25” X30n direktoru X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər idarəsinin 26 aprel 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət daxil olmuşdur. Şikayətdən görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti Bakı şəhər idarəsi (bundan sonra - Bakı şəhər idarəsi ) 26.04.2022-ci il tarixli, MN ******* nömrəli qərarı ilə İXM-in 192.4-cü maddəsinə əsasən, “Ə.D.Məlikov adına X25” X30n (bundan sonra - “Tibb müəssisəsi”) inzibati tənbeh tətbiq edilmiş, 800 manat məbləğində cərimə olunmuşdur. Qeyd olunan qərar və inzibati xətanın törədilməsinə dair 15.04.2022-ci il tarixli, MN ******* saylı protokol tamamilə əsassızdır, qanunvericiliyə və işin faktiki hallarına zidd olaraq tərtib edilmişdir. Bakı şəhər idarəsinin 26.04.2022-ci il tarixli, MN 10645507 nömrəli inzibati xəta haqqında qərarı Tibb müəssisəsinin direktoru X10 şəxsən özü barəsində qəbul edilmişdir. Halbuki, tibb müəssisəsində əmək haqqlarının və ona əlavələrin hesablanmasına görə birbaşa məsul olan vəzifəli şəxslər mövcuddur. Bakı şəhər idarəsi tərəfindən inzibati xəta tənbehi tətbiq etmək barədə qərar qəbul edilərkən isə həmin vəzifəli şəxslər nəzərə alınmadan, düzgün olmayan vəzifəli şəxs - direktor barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhər idarəsinin 26.04.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarı tərtib edilərkən idarə tərəfindən heç bir əsaslandırma aparılmamışdır. Belə ki, qərarın işə baxılarkən müəyyən edilmiş hallar hissəsinə nəzər saldıqda görünür ki, konkret olaraq göstərilməli olan inzibati xətanın mahiyyəti ümumi sözlərlə ifadə edilmiş, formal olaraq yazılmışdır. Bakı şəhər idarəsinin 26.04.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarı Tibb müəssisəsinin direktoru X10 barəsində qəbul edilmişdir. Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli qərarına əsasən tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində; təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və X11 və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində; pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində müəyyən edilmişdir. Bakı şəhər idarəsinə təqdim edilmiş sənədlərdə X4 iki ay müddətində işə gəlməməsi və Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak etməməsi təsdiq olunmuş, eyni zamanda S.M.Əbdüləzimovanın əmək haqqı və ona əlavələr qanunla müəyyən edilmiş qaydada ödənilmiş və heç bir pozuntuya yol verilməmişdir. Lakin, bütün bunlara baxmayaraq , Bakı şəhər idarəsi formal olaraq tibb müəssiəsini heç bir əsas olmadan inzibati məsuliyyətə cəlb olunması və cərimə edilməsi barədə yenidən qanunsuz qərar qəbul etmişdir. X29 xəstəxanasında çalışan bütün işçilərin əmək haqlarının və onlara əlavələrin ödənilməsini Bakı şəhər Baş Səhiyyə Mərkəzi X30 tərəfindən həyata keçirilmişdir. Qərarın sözügedən hissəsində əmək haqqının hesablanması və ödənilməsində qanun pozuntusuna yol verildiyi göstərilmişdir. Lakin söhbətin hansı normativ sənədlərin müəyyən etdiyi normalardan getdiyi qərarın həmin hissəsindən aydın olmamaqdadır. Bu səbəbdən qərarın bu hissəsini hüquqi müəyyənlik prinsipinə zidd olaraq, qeyri-dəqiq tərtib edilmişdir. Bu əsasla da qərarın işə baxılarkən müəyyən edilmiş halların əsaslandırılmaması mövcud deyildir. Bakı şəhər idarəsi tərəfindən qərar qəbul edilərkən İnzibati Xətalar Məcəlləsinin ümumi hissəsində nəzərdə tutulan normalar açıq şəkildə pozulmuşdur. İnzibati xəta haqqında protokolda xətanın törədilməsi faktını təsdiq edən heç bir sübut öz əksini tapmamışdır. Təqdim olunan protokolda Tibb müəssisəsinin səlahiyyətli nümayəndəsinin izahatı qeyd olunmamışdır. İnzibati tənbeh vermə haqqında protokolun surəti tibb müəssisəsinə rəsmi qaydada təqdim edilməmişdir. Bu səbəbdən onlar həmin protokolla tanış ola bilməmişlər, protokola öz qeyd və etirazlarını əlavə edə bilməmişdilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 26.04.2022-ci il tarixli, MN ******* nömrəli qərarı əsassız və qanunsuzdur. Qərarın surəti tibb müəssisəsinə rəsmi qaydada 28.04.2022-ci il tarixində göndərilmişdir. Bu əsasla da qərardan şikayət müddəti tərəflərindən ötürülməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB “Ə.D.Məlikov adına X25” X30n vəkili X19 şikayətdə verilən xüsusatları təkrar edərək izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Bakı şəhər idarəsinin 26 aprel 2022-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB “Ə.D.Məlikov adına X25” X30n nümayəndəsi X20 şikayətdə verilən xüsusatları təkrar edərək izahatında bildirmişdir ki, 26 aprel 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır. Belə ki, X7 iş yoldaşları ilə yola getməməsi, işlərində nöqsanlara yol verməsi ilə bağlı müxtəlif vaxtlarda aktlar tərtib olunmuşdur. 30.08.2021-ci il tarixli, 76-K nömrəli əmrlə işində məsuliyyətsiz yanaşdığına və verilən tapşırıqları icra etmədiyinə, işində yol verdiyi nöqsanları aradan qaldırılması ilə bağlı verilən xəbərdarlıqlara məhəl qoymadığına görə X29 xəstəxənasında müddətli müqavilə ilə həkim-terapevt vəzifəsində çalışan X7 müalicə işlərindən uzaqlaşdırılmışdır. Eyni zamanda 06.11.2021-ci il tarixli aktdan görünür ki, X29 xəstəxanada könüllü həkim-terapevt vəzifəsində çalışmış X6 2021-ci ilin sentyabr və oktyabr ayları ərzində müalicə işlərindən kənarlaşdırılmışdır. İşçilərin davamiyyət jurnalından görünür ki, Əbdül X2 və oktyabr aylarında işdə olmamışdır. Bu səbəbdən də X16 Modul tipli xəstəxənasına ezam olunan tibb işçilərinin 2021-ci ilin sentyabr, oktyabr ayları üçün əlavə əmək haqqı cədvəllərində X6 işçilərin siyahısında verilməmişdir. Həmin 2 ayın qanunvericilklə nəzərdə tutulmuş əməh haqları sonuncuya verilmişdir. Başqa sözlə X6 2021-ci ilin sentyabr, oktyabr aylarında işdə olmadığından “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavə almamışdır. Deyilənlərin nəzərə alınaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Bakı şəhər idarəsinin 26 aprel 2022-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X17 izahatında bildirmişdir ki, X6 tərəfindən əmək haqqının hesablanmasında və ödənilməsində “Ə.D.Məlikov adına X25” X30n direktoru X18 tərəfindən qanun pozuntusuna yol verilməsi barədə məlumat daxil olmuş, bununla əlaqədar olaraq araşdırılma aparılmışdır. Araşdırma nəticəsində “Ə.D.Məlikov adına X25” X30n direktoru X18 tərəfindən qanunsuz olaraq X29 xəstəxənasında müddətli müqavilə ilə həkim-terapevt vəzifəsində çalışan X4 müalicə işlərindən uzaqlaşdırılması, eyni zamanda X29 xəstəxanada könüllü həkim-terapevt vəzifəsində çalışmış X3 2021-ci ilin sentyabr və oktyabr ayları ərzində müalicə işlərindən kənarlaşdırılmışdır. Ümumiyyətlə Əmək Məcəlləsində uzaqlaşdırma deyilən bir şey yoxdur. Bundan başqa S.M.Əbdül Əzimovanın müalicə işlərindən kənarlaşdırılmasında da Əmək Məcəlləsinin 62-ci maddəsinin tələblərinə riayət olunmamışdır. Ona görə də, “Ə.D.Məlikov adına X25” X30n direktoru X18 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər idarəsi 26 aprel 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Deyilənlərin nəızərə alınaraq məhkəmədən şikayətin təmin olunmamasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş: 26 aprel 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 əmək haqqının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verildiyinə görə X18 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələbləri pozulmuşdur. 15.08.2021-ci il tarixli aktdan görünür ki, həkim X5 bir neçə dəfə xəbərdarlıq olunmasına baxmayaraq reanimasiya şöbəsinə daxil olaraq həm həkimlərin işlərinə maneçilik törədib, həm də icazə almadan psixotrop və narkotik-anelgetiklərin saxlandığı dolaba baxış keçirmişdir. 30.08.2021-ci il tarixli aktdan görünür ki, X7 işlədiyi dövr ərzində işində bir neçə dəfə kobud nöqsanlar buraxdığına görə rəhbərlik tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, həmin nöqsanları buraxmağa davam etmişdir. 30.08.2021-ci il tarixli, 76-K nömrəli əmrdən görünür ki, işində məsuliyyətsiz yanaşdığına və verilən tapşırıqları icra etmədiyinə, işində yol verdiyi nöqsanları aradan qaldırılması ilə bağlı verilən xəbərdarlıqlara məhəl qoymadığına görə X29 xəstəxənasında müddətli müqavilə ilə həkim-terapevt vəzifəsində çalışan X7 müalicə işlərindən uzaqlaşdırılmışdır. 22.10.2021-ci il tarixli, 595-K nömrəli əmrdən görünür ki, X1 haqq-hesabı, əmək kitabçası və həmin əmrin surəti ƏM-nin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş günü verilmişdir. 06.11.2021-ci il tarixli aktdan görünür ki, X29 xəstəxanada könüllü həkim-terapevt vəzifəsində çalışmış X6 dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq işində bir neçə dəfə kobud nöqsanlar buraxdığına görə 2021-ci ilin sentyabr və oktyabr ayları ərzində müalicə işlərindən kənarlaşdırılmış, bu müddət ərzində işə gəlməmiş, pasiyentlərə heç bir stasionar tibbi xidmət göstərməmişdir. X16 Modul tipli xəstəxənasına ezam olunan tibb işçilərinin 2021-ci ilin sentyabr, oktyabr ayları üçün əlavə əmək haqqı cədvəllərindən görünür ki, X6 əlavə əmək haqqı almalı işçilərin sırasında qeyd olunmamış, lakin avqust ayı üçün nəzərdə tutulmuş cədvəldə isə sonuncu qeyd olunmuşdur. İşçilərin davamiyyət jurnalından çıxarışlardan görünür ki, Əbdül X2 və oktyabr aylarında işdə olmamışdır. Məhkəmə, tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB “Ə.D.Məlikov adına X25” X30n direktoru X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər idarəsinin 26 aprel 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti təmin edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” 25 mart 2020-ci il tarixli, 112 saylı qərarında göstərilmişdir:
1. Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əmək haqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilsin: 1.1. tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində; 1.2. təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və X11 və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində; 1.3. pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində.
2. Bu Qərarın 1-ci hissəsində göstərilən müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il martın 1-dən 2022-ci il mayın 1-dək olan müddət üçün ödənilir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, X6 30.08.2021-ci il tarixdə işində məsuliyyətsiz yanaşdığına və verilən tapşırıqları icra etmədiyinə, işində yol verdiyi nöqsanları aradan qaldırılması ilə bağlı verilən xəbərdarlıqlara məhəl qoymadığına görə müalicə işlərindən uzaqlaşdırılmış, sentyabr, oktyabr aylarında işə gəlməmiş, 22.10.2021ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Eyni zamanda 2021-ci ilin sentyabr, oktyabr ayları üçün əlavə əmək haqqı cədvəllərindən görünür ki, X6 əlavə əmək haqqı almalı işçilərin sırasında qeyd olunmamışdır. Bundan başqa X3 X29 xəstəxanada 2021-ci ilin sentyabr və oktyabr ayları ərzində müalicə işlərindən kənarlaşdırılması, bu müddət ərzində işə gəlməməsini 06.11.2021-ci il tarixli akt da təsdiq edir. X3 X29 xəstəxanada 2021-ci ilin sentyabr və oktyabr ayları ərzində işdə olmaması Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən olunan əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsini istisna edir. Çünki qeyd edilən əlavə Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitində çalışan işçilərə şamil olunmuşdur. Beləliklə, X10 İXM-in 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə öz təsdiqini tapmamışdır, ona görə də məhkəmə belə qənaətə gəlir ki, şikayət təmin olunmalı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər idarəsinin 26 aprel 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması... 53.1, 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 128-130, 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
Şikayət təmin edilsin. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB “Ə.D.Məlikov adına X25” X30n direktoru X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər idarəsinin 26 aprel 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X10 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Mahirə Kərimova