Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1459/2020 01.06.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Rzayev Abbas Əhəd oğlu, X1 iclas katibliyi, Tələbkarın nümayəndəsi X2, Protokolu tərtib etmiş orqan Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçisi Vəkil iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Aqil Cəbiyev tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola Binəqədi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Binəqədi rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X5 borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında xx xxxx 2020-ci il tarixli protokola əsasən məlum olur ki, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(034)-588/2018 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 5078.78 manat pulun tutularaq AFB Bank ASC-yə ödənilməsi müəyyən edilmişdir. Məhkəmə iclasında çıxış edən Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru X5 bildirdi ki, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(034)-588/2018 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 5078.78 manat pulun tutularaq AFB Bank ASC-yə ödənilməsi müəyyən edilmişdir. Buna görə də protokolda göstərilənləri nəzərə alaraq protokolun təmin olunmasını və Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində tələbkarın nümayəndəsi X4 bildirdi ki, protokol əsaslıdır. Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(034)- 588/2018 saylı icra sənədinə əsasən ondan 5078.78 manat pulun tutularaq AFB Bank ASC-yə ödənilməsi müəyyən edilmişdir.Ailəli olduğundan, himayəsində 2(iki) az yaşlı uşağı olduğundan, maddi imkanı olmadığından və işləmədiyindən AFB Bank ASC-yə olan borcunu ödəyə bilməmişdir. Borcunu ödəməkdən qərəzli olaraq yayınmamışdır. Səmimi peşmaçılığı, təqisirini etiraf etməsini nəzərə alaraq inzibati qaydada ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi bildirdi ki, Şəxs ailəli olduğunu, himayəsində 2 (iki) az yaşlı uşağı olduğunu, maddi imkanının olmadığını və işləmədiyini, səmimi peşmaçılığı, təqisirini etiraf etməsini nəzərə alaraq inzibati qaydada ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə tələbkarın nümayəndəsinin, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, müdafiəçinin çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, SDN Biznes Mərkəzinin direktoru Şəxs oğlunun İXM-nin 528.1ci maddəsi ilə təqsirliliyi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məsuliyyət yaradır və fiziki şəxslər beş yüz manatdan min maanatadək miqdarda cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınaraq bir ayadək inzibati həbs tətbiq olunur. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Hesab edirəm ki, icra sənədi uzun müddət üzürsüz səbəbdən icra olunmadığından və icra sənədinin icra edilməməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri sübuta yetirildiyindən, o, inzibati qaydada cəzalandırılmalı, lakin Şəxs şəxsiyyətini, ailə vəziyyətini və digər yüngülləşdirici halları nəzərə alınaraq o, inzibati qaydada cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 11.1, 31.2, 528.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 500 (beş yüz ) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs inzibati qaydada tutulmadan azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vəya apellyasiya protesti verilə bilər. Hakim:Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-1459/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1459/2020
01.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver