Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1460/2023 14.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlu, "xxxx" MMC-in Azərbaycan Respublikasının İXM-in 389-cu maddəsində nəzərdə tutulan inzibati xəta törətməsinə dair Bakı şəhər Statistika İdarəsindən daxil olmuş X1 protokolun icraata qəbulu məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: 14 aprel 2023-cü il tarixdə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin icraatına Bakı şəhər Statistika İdarəsinin 3-34-22-02/2-255-2023 nömrəli xx.xx.2023-cü il tarixli müşayiətedici məktubu ilə "xxxx" MMC-in Azərbaycan Respublikasının İXM-in 389-cu maddəsində nəzərdə tutulan inzibati xəta törətməsinə dair xx.xx.2023-ci il tarixli MN seriyalı ******* №-li X1 Protokol daxil olmuşdur. X1 protokolu nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən Protokol onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən X1 protokol (prokurorun X1 iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Göründüyü kimi, Bakı şəhər Statistika İdarəsi tərəfindən qanunun bu tələbinə əməl edilməyərək X1 protokol tərtib edildikdən 1 ay sonra məhkəməyə göndərilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinin həmin Məcəllənin 38, 145.1.6 və 146.1-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2023-cü il tarixli Qərarına əsasən “İnzibati Xətalar Məcəlləsində X1 protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti və əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsi bir qayda olaraq X1 protokolun inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra tərtib edilməsini tələb edir. İşin hallarının, eləcə də barəsində X1 iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, X1 protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İnzibati araşdırma aparıldığı hallarda isə X1 protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir (İnzibati Xətalar Məcəlləsinin 101.2 və 101.3-cü maddələri). Həmçinin X1 işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli orqanın həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən X1 protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə uyğun tərtib edilməsini yoxlayır. Göstərilən maddələrin tələblərindən çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, X1 protokol əsasən inzibati xətalar haqqında iş üzrə icraatın başlanmasını təsdiqləyən sənəd olmaqla, özündə işin həlli üçün zəruri olan məlumatları əks etdirməli və inzibati xətalar qanunvericiliyinin tələblərinə müvafiq qaydada və müddətdə tərtib edilməlidir.” Göründüyü kimi, X1 işin icraata qəbul edilməsinin mümkünlüyü X1 protokolun inzibati xətalar qanunvericiliyinin tələblərinə müvafiq qaydada və müddətdə tərtib edilməsi ilə şərtləndirilmişdir. Beləliklə də, təsvir olunanlarla müəyyən edilir ki, "xxxx" MMC-in Azərbaycan Respublikasının İXM-in 389-cu maddəsində nəzərdə tutulan inzibati xəta törətməsinə dair Protokol həmin Məcəllənin tələblərinə uyğun tərtib edilərək məhkəməyə təqdim olunmamışdır. Buna görə də, X1 tərtib edilmiş protokol onu göndərmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 106.0-cı və 106.0.3-cü maddələrinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir:..X1 protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi.. 109.1-ci və 109.1.6-cı maddələrinə görə X1 işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir:.. protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması;.. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X2 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D I M: "xxxx" MMC-in Azərbaycan Respublikasının İXM-in 389-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhər Statistika İdarəsindən daxil olmuş xx.xx.2023-ci il tarixli MN seriyalı ******* №-li X1 Protokol və ona əlavə edilmiş materiallar geri qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-1460/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1460/2023
14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver