Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1463/2021 14.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X4 iclas katibliyi, X6 Toğrul oğlunun iştirakı ilə X1 Bakı şəhəri Nəsimi rayonu Polis İdarəsinin 22-ci PB-nin MN ******* saylı, xx.xx.2020-ci il tarixli protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərardan verdiyi şikayətə Binəqədi Rayon Məhkəməsinin iclasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: X2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri Nəsimi rayonu Polis İdarəsinin 22-ci PB-nin MN ******* saylı, xx.xx.2020-ci il tarixli protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə tərtib edilmiş qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2020-cı il tarixdə, 19:00 radələrində o, 28 may metrosunun yanında yerləşən “28 Mall” Ticarət Mərkəzinin yanından, qoruyucu vasitə kimi istifadə etdiyi qara rəngdə maskanı taxılmış vəziyyətdə keçirtmişdir.Susuz olduğu üçün və həmçinin maskanı uzun müddət taxdığına görə tənəffüs alması çətinləşdiyi üçün o, “28 Mall” ticarət mərkəzinin yanında yerləşən Kioskdan 200- 250 ml olan portağal şirə almış və onu rahat içmək ücım maskanı çıxartmışdır.Bu an onu polis əməkdaşı saxlamış və “şirə içdin maskanı geri tax” demişdir.O, həmin əməkdaşa “yaxşı” demişdir və ardınca maraqlandığı bir məqamı dəqiqləşdirmək üçün “maska ilə bağlı bir şey soruşa bilərəm?” deyərək sual vermək üçün icazə almışdır.Polis əməkdaşının diqqəti ona yönəldikdə, o ona https:koronavirusinfo.az saytında maskanı taxmamaq icazəsinin olması ilə bağlı sual vermişdir.Elə bu an həmin polis əməkdaşı və yanındakı yoldaşı onu qırağaı çəkmiş və sual verdiyi polis əməkdaşı ondan“bu nə sualdır verirsən?” deyə ona acıqlanmışdır. O, isə cavabında bildirmişdir ki, bu websaytda qeyd olunub və dəqiləşdirmək istədiyinə görə ona bu sualı verir.Polis əməkdaşı ona “dediklərini aç göstər, görək nə göstərirsən, amma heç nə göstərməsən gedirsən bölməyə” demişdir.O smartfonla həmin sayta daxil olmuş və dediyi sözlərin sübutu kimi həmin saytda əsasən maska taxılmasının məcburi olmamasının irəli gəldiyini göstərmişdir və sadəcə buna görə ona sual verdiyini bir daha təkrarlamışdır. Bunu eşidən polis əməkdaşı “bunun onların təlimatına aidiyyatı yoxdur” demiş və fikrindən döndüyünü və istənilən halda onu bölməyə aparacağını bildirmişdir və PPX-nı çağırmışdır.7-10 dəqiqə gözlədikdən sonra PPX gəlməmiş və o iki polis əməkdaşı ilə piyada Nəsimi RPİ-nin 22-ci Polis Bölməsinə getmişdirlər.Orada digər əməkdaş ona İnzibati Xətalar Məcəlləsinin 211.2 maddəsi ilə MN № ******* saylı protokol tərtib etmişdir.Həmin protokolu imzalamaqda o tərəddüd etmişdir, lakin izah bölməsində qısa qeydlərini yazmışdır.O bildirmişdir ki, ona ümumiyyətlə ilk dəfədir ki, hər hansı bir cərimə yazılır, bu faktı nəzərə alınmasını xahiş etmişdir.O virus yayılandan bəri, öz təhlükəsizliyi üçün hər zaman maska taxmış və spirtdən istifadə etmişdir. Hadisə baş verən gün isə, qeyd etdiyi kimi maskanı şirəni rahat nəfəs ala-ala içmək üçün çıxartmışdır.Bu hadisə “28 Mall” ticarət mərkəzinin kameraları önündə baş verib və oradakı görüntülərdə hər şey əks olunmuşdur.Həmçinin, polis əməkdaşı ilk öncə ona özünü təqdim etmədən, cavabı gözlənilməyən göstəriş kimi “şirəni içdin, maskanı geri tax” demişdir.PPX-nın çağırılması və ona cərimə yazmaq haqqında qərarı o verdiyi sualdan sonra baş vermişdir.Sözü qedən saytda “əsas məlumatlar bölümündə” “profilaktik tədbirlər” işarəsi var və orada “özünü necə qorumalı” hissəsində tibbi maskaya dair bunlar qeyd olunmuşdur: xəstəsinizsə- ətrafınızda başqa insanlar olduqda (otaqda, nəqliyyatda və s.) yaxud klinikaya daxil olarkən tibbi maska geyinməlisiniz. Əgər maska geyinə bilmirsinizsə (tənəffüs çətinliyi) hər dəfə öskürərkən və asqırarkən mütləq ağzınızı və burnunuzu bağlamalısınız.Eyni zamanda, qayğınıza qalan şəxslər sizin otağınıza daxil olarkən tibbi maska geyinməlidirlər. Əgər xəstə deyilsinizsə- maska geyinə bilməyən xəstə şəxsin qayğısına qalmırsınızsa, maska geyinməyinizə ehtiyac yoxdur. Çoxsaylı yoluxmalar zamanı müvəqqəti maska qıtlığı yaşana bilər. Nəzərə alın ki, maskalar xəstəyə baxanlar və xəstələr üçün daha vacibdir. ”Həmçinin, həmin saytın “Əsas Məlumatlar” bölümünün “Tez-tez verilən suallar” hissəsində maska taxılmasının məcburi olub-olmamasına dair aşağıda göstərilən bir başqa sual və ona cavab qeyd olunub: “Özümü qorumaq üçün maska taxmalıyam? Öskürək kimi respirator xəstəlik əlamətləri olmayan insanların tibbi maskalar taxmasına ehtiyac yoxdur. ÜST COVİD-19 simptomları olan şəxslərlə yanaşı öskürək və yüksək hərarət kimi simptomları olan şəxslərə qulluq edən insanlara maska taxmağı tövsiyə edir.” Göründüyü kimi xəstəlik olduqda belə tibbi maska taxmamaq olar, ona görə ki, tibbi maska ilə nəfəs alınması çətinləşə bilər.Və belə olan halda hər dəfə öskürərkən və asqırarkən ağız və burnu bağlamaqla kifayətlənmək olar.Xəstə olmadıqda isə ümumiyyətlə maskaya ehtiyac yoxdur, hətta çoxsaylı yoluxmalar zamanı müvəqqəti maska qıtlığı yaşana biləcəyi üçün, maskalar xəstəyə baxanlar və xəstələr üçün daha vacibliyi qeyd olunub.Həqiqətəndə maska ilə nəfəs alma çətinləşir və maye içməkdən savayı, ilk öncə kimsə özünü maska ilə pis etdikdə və tənəffüsü çətinləşdikdə, onun maskanı çıxartmağa tam haqqı var və bu dövlət saytındada öz əksin tapmışdır. Şikayətçi şikayətində göstərmişdir ki, İXM-nin 211.2-ci maddəsində qeyd olunub: Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Qeyd edilən maddədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə cərimə nəzərdə tutulub, lakin hansı tələblərin hansı formada olması və eyni zamanda müvafiq orqan dedikdə məhz hansı orqanin nəzərdə tutulması məcəllədə göstərilməyib. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə, Bakı şəhəri, xx xxxxxx 2016-cı il № 795 olan Azərbaycan Respublikası Prezidentiinin Fərmanının 4.3-cü maddəsində aşağıdakılar qeyd olunub. Bundan başqa, həmin Məcəllənin 37.6, 56.1, 56.3, 94.9, 94.10, 94.11, 100.5, 114.4-cü maddələrində, 154.1-ci maddəsinin ikinci cümləsində, 156-1.2, 211.2, 212.2, 189.2, 248.1.3, 269.0.6, 290.1.3, 290.1.9-cu, 307.4-cü maddələrində, 333-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndində, 340.1-ci və 393-1.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.”Yəni İnzibati prosessual məcəlləsinin 211.2-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.Azərbaycan Respublikasının Nazirlər Kabineti isə, koronovirus ilə əlaqədar maska taxılması ilə bağlı bütün tələbləri və onun forması, detalları, ətraflı olaraq Nazirlər Kabinet Yanında Operativ Qərargah tərəfindən rəsmi yaradılmış və əhali üçün nəzərdə tutulan https://koronavirusinfo.az saytında qeyd edib. Həmin tələblərə əsasən, hətta xəstə olduqda belə, nəfəs alma, tənəffüs çətinləşirsə, hər bir insana maskanı çıxartmaqa və yaxud ümumiyyətlə maskanın taxılmamasına icazə verilir. X2 yuxarıda göstərilənləri nəzərə alaraq Bakı şəhəri Nəsimi rayonu Polis İdarəsinin 22-ci PB-nin MN ******* saylı, xx.xx.2020-ci il tarixli protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarını ləğv edib iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən X2 şikayətdə göstərilənləri nəzərə alaraq Bakı şəhəri Nəsimi rayonu Polis İdarəsinin 22-ci PB-nin MN ******* saylı, xx.xx.2020-ci il tarixli protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarını ləğv edib iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati orqan Bakı şəhəri Nəsimi rayonu Polis İdarəsinin 22-ci PB inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin protokolu tərtib edən İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirəsalınması haqqında vəsatət verməmişdir.Buna görə də,Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə şikayətçinin çıxışını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət rədd edilməlidir. Belə ki, Bakı şəhəri Nəsimi rayonu Polis İdarəsinin 22-ci PB-nin MN ******* saylı, xx.xx.2020-ci il tarixli protokolun və protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarına əsasən X5 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən 100 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən,Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi rayonu Polis İdarəsinin 22-ci PB-nin MN ******* saylı, xx.xx.2020-ci il tarixli protokolun və protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarına əsasında araşdırma zamanı X5 tərəfindən qanunun qeyd edilən tələblərinə tam əməl olunmamış, Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsininin tələbləri pozulmuş, qəbul edilmiş qərar düzgün qərara alınmışdır. Azərbaycan Respublikası İXMnin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir.Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın noyabr ayının 19-da qəbul etdiyi yeni qaydalara əsasən həmin tarixdən Azərbaycan Respublikasında açıq və qapalı məkanlarda tibbi maskalardan istifadə məcburi müəyyən olunmuşdur.Həmin qaydalara əsasən məlum olur ki, tibbi maskadan düzgün istifadə edilməməsi də (məsələn: üz nahiyyəsinin, yəni-ağız və burun nahiyyəsinin natamam örtülməsi, maskanın aşağı çəkilməsi, çənədə saxlanılması və sair) İXM-nin 211.2-ci maddəsinin tərkibini yaradır. Buna görə də, məhkəmə hesab edir ki, X1 Bakı şəhəri Nəsimi rayonu Polis İdarəsinin 22-ci PB-nin MN ******* saylı, xx.xx.2020-ci il tarixli protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə rədd edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, inzibati xəta haqqında qərardan şikayət vermək üçün prosussual müddət buraxılmamış hesab edilməlidir.Belə ki, o, protokoldan şikayət ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə muraciyyət etmiş, nəticədə həmin şikayət Binəqədi Rayon Məhkəməsinə göndərilmiş, Binəqədi Rayon Məhkəməsi tərəfindən xx xxxxxx 2021 -ci il tarixli, 3(001 )-423/2021 nömrəli qərardadilə geri qaytarılmışdır.Qərar ona xx xxxxxx 2021-ci il tarixində Azərpoçt tərəfindən təqdim olunmuşdur. Qərardada əsasən məhkəməyə müraciət zamanı şikayət ərizəsinə əlavə olunması vacib olan sənəd (protokola dair qərar) çatışmadığına görə şikayət ərizəsi geri qaytarılmışdır.Şikayətçi Binəqədi Rayon Məhkəməsi tərəfindən şikayətin mahiyyəti üzrə baxılması üçün tələb olunan qərarı mümkün qədər qısa zamanda əldə edib, yenidən xx xxxxxx 2021 -ci il tarixində Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, həmin müraciət Binəqədi Rayon Məhkəməsi tərəfindən xx xxxxxx 2021-ci il tarixli, 3(001 )-1124/2021 nömrəli qərardad ilə geri qaytarılmış, qərardada əsasən məhkəməyə müraciət üçün nəzərdə tutulmuş prosessual müddət üzürlü səbəbdən buraxılmışdır.Lakin məhkəməyə ilkin müraciət zamanı prosessual müddət buraxılmamışdır.Lakin şikayət ərizəsinə, protokola dair qərar olmadan baxılması mümkün olmadığından, şikayətçiyə Polis Bölməsi tərəfindən qərar təqdim edilmədiyindən, rəsmi sənəd kimi yalnız protokol təqdim olunduğundan və həmin qərarın alınması üçün o ayrıca yenidən 22 saylı Polis Bölməsinə müraciət etməli olduğundan, məhkəməyə ikinci müraciət zamanı prosessual müddət buraxılmışdır.Belə ki, İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir.Buna görə də, məhkəmə hesab edir ki, inzibati xəta haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddət buraxılmamış hesab edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 128 və 130-cu maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Bakı şəhəri Nəsimi rayonu Polis İdarəsinin 22-ci PB-nin MN ******* saylı, xx.xx.2020-ci il tarixli protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayət rədd edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-1463/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1463/2021
14.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver