Məhkəmə qərarları › İş №3(001)-1472/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1472/2021

17.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1472/2021 17.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X3 iclas katibliyi ilə Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin sahə inspektoru, polis baş leytenantı X1, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədov Bəxtiyar Bahəddin oğlunun iştirakları ilə, xx.xx.1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Ağcabədi rayonu, Şəhriyar küçəsii, ev 15 qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Fatmayi bağları ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 43-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus 3 ünvandan X5 məxsus 40 metr elektrik naqili, qaynaq aparatı, 1 ədəd kiçik laqonda, 1 ədəd prefator oğurlayaraq X5 maddi ziyan vurmaqla, xırda talama əməli törətmişdir. Bununla da o, İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 43-cü Polis Bölməsi tərəfindən xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı Emil Abbaszadə xx.xx.2021-ci il tarixli qərarına əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən protokoldakı əməlin törədilməsi müəyyən edilmişdir. Şəxs xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus 42 ünvandan X8 məxsus Mercedes markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobildən akkumlyator oğurlayaraq X8 100 manat dəyərində maddi ziyan vurmaqla, xırda talama əməli törətmişdir. Bununla da o, İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 43-cü Polis Bölməsi tərəfindən xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı Rza Nəzərov xx.xx.2021-ci il tarixli qərarına əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən protokoldakı əməlin törədilməsi müəyyən edilmişdir. Şəxs xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus 10 ünvandan X10 məxsus köşkdən quru çay və alışqan oğurlayaraq X10 95 manat dəyərində maddi ziyan vurmaqla, xırda talama əməli törətmişdir. Bununla da o, İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 43-cü Polis Bölməsi tərəfindən xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı Rza Nəzərov xx.xx.2021-ci il tarixli qərarına əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən protokoldakı əməlin törədilməsi müəyyən edilmişdir. Şəxs xx.xx.2021-ci il tarixdə ünvan 5 ünvandan X2 məxsus 1 ədəd samovar və 1 ədəd mühərrik oğurlayaraq X2 100 manat dəyərində maddi ziyan vurmaqla, xırda talama əməli törətmişdir. Bununla da o, İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 43-cü Polis Bölməsi tərəfindən xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı Emil Abbaszadə xx.xx.2021-ci il tarixli qərarına əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən protokoldakı əməlin törədilməsi müəyyən edilmişdir. Şəxs xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi qəsəbəsi, DSK yolu, yeni tikili ünvandan X4 məxsus 100 metr elektrik naqili oğurlayaraq X4 40 manat dəyərində maddi ziyan vurmaqla, xırda talama əməli törətmişdir. Bununla da o, İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 43-cü Polis Bölməsi tərəfindən xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı Rza Nəzərov xx.xx.2021-ci il tarixli qərarına əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən protokoldakı əməlin törədilməsi müəyyən edilmişdir. Şəxs xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus 145, 44 ünvandan X6 məxsus 1 ədəd çəkic, 1 ədəd kuvalt oğurlayaraq X6 25 manat dəyərində maddi ziyan vurmaqla, xırda talama əməli törətmişdir. Bununla da o, İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 43-cü Polis Bölməsi tərəfindən xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı Fuad Alıyev xx.xx.2021-ci il tarixli qərarına əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən protokoldakı əməlin törədilməsi müəyyən edilmişdir. Şəxs xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi qəsəbəsi, 3-cü Mədən, korpus 140 ünvandan “xxxx” Şirkətinə məxsus elektrik qutusundan mis naqilləri oğurlayaraq “xxxx” Şirkətinə 28,5 manat dəyərində maddi ziyan vurmaqla, xırda talama əməli törətmişdir. Bununla da o, İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 43-cü Polis Bölməsi tərəfindən xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı Emil Abbaszadə xx.xx.2021-ci il tarixli qərarına əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən protokoldakı əməlin törədilməsi müəyyən edilmişdir. Şəxs xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus 43 ünvandan X7 məxsus “Opel Vectra” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobildən maqnitofon və 240 manat oğurlayaraq X7 490 manat dəyərində maddi ziyan vurmaqla, xırda talama əməli törətmişdir. Bununla da o, İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 43-cü Polis Bölməsi tərəfindən xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı Fuad Alıyev xx.xx.2021-ci il tarixli qərarına əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən protokoldakı əməlin törədilməsi müəyyən edilmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, o, maddi ehtiyacı ucbatından protokolda göstərilən əməlləri törətmiş, vətəndaşlara maddi ziyan vurmuşdur. Vurduğu ziyanı hələ də ödəməmişdir. Əməlindən peşmandır. O qeyd etmişdir ki, törətdiyi əməl yaşına da yaraşmır. Maddi çətinliklər onu bu yola vadar etmişdir. Ailəsi həyat yoldaşı və 18 yaşlı oğlundan ibarətdir. Onlar Ağcabədi rayonuna yaşayırlar. Uzun illərdir ki fəhlə kimi çalışır. Son zamanlar ölkədəki pandemiya ilə əlaqədar artan işsizlik səbəbindən yaşadığı rayondan Bakı şəhərinə iş tapmaq üçün gəlmişdir. Burada gündəlik kirayə evlərdə yaşayır. Bugünədək heç vaxt barəsində inzibati xəta haqqına qərar qəbul edilməmişdir. Məhkəmədən xahiş edir ki, vətəndaş kimi onun çətin vəziyyəti nəzərə alınaraq barəsində yüngül tənbeh tədbiri seçilsin. Protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 43-cü Polis Bölməsinin sahə inspektorunun məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs protokolda göstərilən əməli törətmişdir. Onun barəsində həmin əmələ görə cinayət işinin başlanılması rədd edilmişdir, həmin qərar əsasında hazırkı inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin qərara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən protokoldakı əməlin törədilməsi müəyyən edilmişdir.Həmçinin o bildirmişdir ki, Şəxs bugünədək nə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, nə də onun barəsində inzibati xəta haqqında qərar qəbul edilməmişdir. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs əməlindən peşmandır. Ciddi madi ehtiyaclar nticəsində bu əməlləri törətməyə vadar olmuşdur. Ona görə də, Şəxs barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama əməli inzibati xəta kimi müəyyən edilmişdir. İş materiallarındakı xx.xx.2021-ci il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 20:05 radələrində tutulmuşdur. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, özünün məhkəməyə verdiyi izahatı, məhkəməyədək verdiyi yazılı izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə hesab edir ki, Şəxs etdiyi əməldən səmimi peşmandır. Onun məhkəmə zalında utanc hissi keçirtməsi istisna edilməməklə səmimi peşmanlığını təsdiq edir. Məhkəmə hesab edir ki, heç bir hal şəxsin inzibati xəta törətməsi halına bəraət qazandırmasa da nəzərə almaq lazımdır ki, inzibati tənbehin məqsədi islah xarakterlidir. Və məhkəmə şəxsə barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, o cümlədən ona təyin ediləcək inzibati tənbehin islah üçün kifayət edib-etməyəcəyini mütləq şəkildə müəyyən etməlidir. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də 20 gün müddətində inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini 20 gün müəyyən edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, 20 (iyirmi) müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixindən, saat 20:05 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 43-cü Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar