Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1472/2022 17.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ 3(001)-1472/2022 Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi QƏRARDAD (prosessual müddətin bərpası məsələsi barədə) 17 may 2022-ci il Bakı şəhəri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X3 iclas katibliyi ilə, X1 inzibati xəta haqqında qərardan şikayət vermə müddətinin bərpa olunmasına dair vəsatətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ilə məhkəməyə müraciət edərək, onun inzibati məsuliyyətə cəlb olunması barədə xx.xx.2019-cü il tarixli, BNA ******* nömrəli qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. X4 həmçinin vəsatət ilə məhkəməyə müraciət edərək, məhkəməyə şikayət vermək üçün üzrlü səbəblər nəticəsində buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Şikayətçi və qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməmənin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, iş materiallarını araşdırıb hesab edir ki, vəsatət təmin edilməməlidir. Belə ki, İXM-nin 432.1-ci maddəsinə əsasən qərarın surəti həmin Məcəllənin 370-1ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İXM-nin 432.2-ci maddəsinə əsasən həmin Məcəllənin 432.1-ci madəsində nəzərdə tutulmuş müddət üzürlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. İXM-nin 432.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpa olunması qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. İş materiallarında olan müddətin bərpası barədə vəsatətindən də görünür ki, vəsatət əsaslandırılmamış, şikayət vermək üçün buraxılmış müddətin hansı üzrlü səbəblər nəticəsində baş verməsini qeyd etməmişdir. İnzibati Xətalar Məcəlləsində belə bir tələb yoxdur ki, məhkəməyə şikayət vermək üçün ilk öncə yuxarı orqana şikayət verilməlidir və yaxud yalnız yuxarı orqana şikayət verildikdən sonra məhkəməyə şikayət verilə bilər. Çünki İXM-nin 430.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Səlahiyyətli orqana və ya məhkəməyə şikayət vermək hüququnu seçmək şikayət vermiş şəxsin mülahizəsindən asılıdır. Beləliklə, hazırkı iş üzrə məhkəməyə şikayət vermək üçün müəyyən edilmiş müddətin buraxılması səbəbi hər hansı üzürlü səbəblərlə əlaqədar deyildir, şikayətçinin öz mülahizəsinə əsasən birinci yuxarı orqana şikayət verdiyi üçün müddət buraxılmışdır. Müddətin buraxılması üçün göstərilmiş səbəblərin üzürlü səbəb hesab edilməsi mümkünsüzdür. Qeyd edilənlərə əsasən buraxılmış müddətin bərpa olunması qeyrimümkün hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430-438-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: X1 Bakı Nəqliyyat Agentliyinin xx.xx.2019-cü il tarixli, BNA ******* nömrəli inzibati xəta haqqında iş üzrə protokoldan və xx.xx.2020-ci il tarixli qərardan şikayət vermə müddətinin bərpa olunmasına dair vəsatəti rədd edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ AZ 1116, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., A.Kunanbayev 4 E Tel: (012) 525 11 55; Poçt ünvanı: Elektron ünvan № 3 (001)-1472/2022 17 may 2022-ci il Şikayətçi: X2 Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, İ.Cümşüdov küçəsi, ev 4, mənzil 10 Qərarından şikayət verilən orqan (vəziəli şəxs): Bakı Nəqliyyat Agentliyinə Ünvan: AZ 1029 Bakı şəhəri, Ziya Bünyadov prospekti 111 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-1472/2022 saylı, 17 may 2022-ci il tarixli qərardadı məlumat üçün Sizə göndərilir. Qoşma: qərardad hər bir ünvana. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-1472/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1472/2022
17.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver