Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1473/2021 17.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X1, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, zərərçəkmiş şəxs Savaş Odunçunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şosesi, YYM, döngə 4, sıra 3, ev 10 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs İXM-in 528.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X2 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-2400/2017 nömrəli qətnaməsinə əsasən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Şəxs ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Savaş Odunçunun xeyrinə 43010 (qırx üç min on) manat pul tutulması qət edilmişdir. Həmin qətnamə xx.xx.2017-ci il tarixdə qanuni qüvvəsini almış və xx.xx.2017-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə dəvət edilmiş, sonuncu xx.xx.2017-ci il tarixdə Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə gələrək icraata başlamaq haqqında qərarla tanış olmuşdur. Lakin Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-2400/2017 nömrəli qətnaməsini hazirki günə kimi icra etməmişdir. Görülmüş məcburi icra tədbirləri nəticəsində Şəxs mülkiyyətində “Nissan minik” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı və “Hyundai Sonata minik” markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin olması müəyyən edilmiş və onun tərəfindən verilmiş təqdimata əsasən sözügedən avtomobillərin üzərinə məhkəmənin qərarı ilə həbs qoyulmuşdur. Şəxs tərəfindən mülkiyyətində olan “Hyundai Sonata minik” markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobil təqdim etmiş və həmin avtomobil duracağa yerləşdirilmişdir. Lakin onun tərəfindən Şəxs dəfələrlə mülkiyyətində olan “Nissan minik” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobili təqdim edilməsi tələb edilsə də, sonuncu icra məmurunun göstərişini icra etməmişdir. Ona görə də, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli, 2(001)-2400/2017 nömrəli qətnaməsinə əsasən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə ondan ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Savaş Odunçunun xeyrinə 43010 (qırx üç min on) manat pul tutulması qət edilmişdir. Belə ki, o borcu ödəməkdən yayınmır və Bakı şəhəri Binəqədi Məhkəməsinin qərardadı ilə onun adına olan avtomobilllərin üzərinə həbs qoyulmuşdur. Həmin avtomobillərdən birini özü duracağa yerləşdirmiş, digər avtomobilin yerini isə icra məmuruna gəstərmişdir. Lakin icra məmuru tərəfindən sözügedən avtomobilin duracağa yerləşdirilməsi təmin edilməmişdir. Bundan başqa hal hazırda işləmir və buna görə də, borcunu pul şəklində ödəyə bilmir. Barəsində tərtib edilmiş inzibat xəta haqqında protokol əsasız olduğu üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Savaş Odunçu oğlu izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)- 2400/2017 nömrəli qətnaməsinə əsasən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Şəxs ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə onun xeyrinə 43010 (qırx üç min on) manat pul tutulması qət edilmişdir. Lakin Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-2400/2017 nömrəli qətnaməsini hazırki günə kimi icra etməmişdir. O, Şəxs şikayətçidir və borcunu tam tələb edir. Ona görə də, məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-2400/2017 nömrəli qətnaməsinə əsasən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Şəxs ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Savaş Odunçunun xeyrinə 43010 (qırx üç min on) manat pul tutulması qət edilmişdir. xx.xx.2017-ci il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(001)-59/2020 nömrəli qərardadından görünür ki, icra məmurunun təqdimatı əsasında Şəxs mülkiyyətində olan “Nissan” minik markalı **-SF-*** dövlət qeydiyyat nişanlı və “Hyundai Sonata” markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(001)-59/2020 nömrəli qərardadından görünür ki, Şəxs şikayət əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(001)-59/2020 qərardadı qismən ləğv edilmiş və “Hyundai Sonata” markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbs götürülmüşdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(001)-59/2020 nömrəli qərardadından görünür ki, Savaş Odunçunun şikayəti əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(001)-59/2020 qərardadı qismən ləğv edilmiş, Şəxs mülkiyyətində olan “Nissan” minik markalı **-SF-*** dövlət qeydiyyat nişanlı və “Hyundai Sonata” markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(001)-59/2020 nömrəli qərardadı ilə qoyulmuş həbs saxlanılmışdır. xx.xx.2021-ci il tarixli iltizamdan görünür ki, Şəxs iltizam verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-2400/2017 nömrəli qətnaməsi üzrə Savaş Odunçuya olan 43010 manat borcunu xx xxxx 2021-ci il tarixədək ödəyəcəyini bildirmişdir. xx.xx.2021-ci il tarixli iltizamdan görünür ki, Şəxs iltizam verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-2400/2017 nömrəli qətnaməsi üzrə Savaş Odunçuya olan 43010 manat borcunu xx xxxx 2021-ci il tarixədək ödəyəcəyini bildirmişdir. xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)- 2400/2017 nömrəli qətnaməsi üzrə icra vərəqəsini icra etmədiyinə görə barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə icra məmurunun, zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını və vəkilin çıxışını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol düzgün olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs mülkiyyətində olan “Nissan” minik markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təqdim edilməsi barədə icra məmurunun qanuni tələblərini, eləcə də, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-2400/2017 nömrəli icra sənədi üzrsüz səbəbdən icra etməmişdir. Ona görə də, məhkəmə Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə, Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati cərimə növündə inzibati tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-1473/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1473/2021
17.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver