Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1476/2021 15.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X4, zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən böyük icra məmuru X6 izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(81)-751/2019 nömrəli qətnaməsinə əsasən iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin iddia tələbi qismən təmin edilmiş, cavabdeh “xxxx” MMC-dən xx.xx.2018-ci il tarixli, 09 nömrəli satınalma müqaviləsinin icrası üçün hesablaşma hesabına qabaqcadan ödənilmiş məbləğin qalığı kimi ******* (üç milyon altmış doqquz min dörd yüz səksən) manat 70 (yetmiş) qəpik əsas borc, 30000 (otuz min) manat cərimə məbləği, cəmi ******* (üç milyon doxsan doqquz min dörd yüz səksən) manat 70 (yetmiş) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xeyrinə ödənilməsi qət edilmişdir. “xxxx” MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(81)-751/2019 nömrəli icra sənədi üzrə borcunu hazırkı günə kimi icra etməmişdir. İcra sənədinin icrası ilə əlaqədar zəruri icra tədbirləri görülməsinə baxmayaraq Şəxs borcunu üzrsüz səbəbdən icra etmədiyi üçün, sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X7 bildirmişdir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tamamilə əsassızdır. Çünki Şəxs, "xxxx" MMC-nin təsisçisinin xx.xx.2020-ci il tarixli qərarı ilə direktor vəzifəsinə təyin edilmiş və xx.xx.2019cu il tarixində cəmiyyətin aktivlərini təhvil alaraq onunla əmək müqaviləsi bağlanmışdır. 2020-ci ildə baş vermiş pandemiya olduğundan cəmiyyətin təsisçisi kapital qoyuluşu edə bilməmiş və cəmiyyət faktiki olaraq fəaliyyət göstərməmişdir. Bu səbəbdən Şəxs xx.xx.2020-ci il tarixində işdən azad olunması barədə təsisçiyə müraciət etmiş və xx.xx.2020-ci il tarixindən işdən azad olunmasını xahiş etmişdir. Nəticədə təsisçi xx.xx.2021-ci il tarixdə Şəxs işdən azad olunması barədə xx.xx.2020-ci il tarixli qərar və əmri təqdim etmişdir. Bundan sonra, xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə elektron bildirişi sistemə daxil etməklə, müəssisənin bütün sənəd və möhürünü təsisçiyə təhvil verməklə işdən çıxmışdır. Bundan sonra Şəxs, Binəqədi rayon İPŞ tərəfindən zəng edilərək şöbəyə dəvət olunmuş və orada işdən azad olunmasını, bildirmiş və müvafiq sənədləri təqdim etmişdir. Buna baxmayaraq, Şəxs barəsində məhkəmə qərarının icra edilməməsi barədə protokol tərtib edilmişdir. Eyni zamanda, qeyd ediməlidir ki, Şəxs nə "xxxx"nin borcu yaranarkən, nə də məhkəmə qətnaməsi çıxarkən rəhbər olmamışdır. Ona görə də, məhkəmədən qeyd olunanlrarın nəzərə alınmasını və Şəxs barəsində inzibati xəta haqqında iş üzrə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X2 bildirmişdir ki,Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(81)-751/2019 nömrəli qətnaməsinə əsasən iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin iddia tələbi qismən təmin edilmiş, cavabdeh “xxxx” MMC-dən xx.xx.2018-ci il tarixli, 09 nömrəli satınalma müqaviləsinin icrası üçün hesablaşma hesabına qabaqcadan ödənilmiş məbləğin qalığı kimi ******* (üç milyon altmış doqquz min dörd yüz səksən) manat 70 (yetmiş) qəpik əsas borc, 30000 (otuz min) manat cərimə məbləği, cəmi ******* (üç milyon doxsan doqquz min dörd yüz səksən) manat 70 (yetmiş) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xeyrinə ödənilməsi qət edilmişdir. “xxxx” MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(81)-751/2019 nömrəli icra sənədi üzrə borcunu hazırkı günə kimi icra etməmişdir. Ona görə də, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən “xxxx” MMCnin rəhbəri Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsaslı olduğundan sonuncunun inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(81)-751/2019 nömrəli qətnaməsinə əsasən iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin iddia tələbi qismən təmin edilmiş, cavabdeh “xxxx” MMC-dən xx.xx.2018-ci il tarixli, 09 nömrəli satınalma müqaviləsinin icrası üçün hesablaşma hesabına qabaqcadan ödənilmiş məbləğin qalığı kimi ******* (üç milyon altmış doqquz min dörd yüz səksən) manat 70 (yetmiş) qəpik əsas borc, 30000 (otuz min) manat cərimə məbləği, cəmi ******* (üç milyon doxsan doqquz min dörd yüz səksən) manat 70 (yetmiş) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xeyrinə ödənilməsi qət edilmişdir. xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, “xxxx” MMC barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2021-ci il tarixli, 01 nömrəli əmrdən görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdən ərizəsinə və təsisçi qərarına əsasən “xxxx” MMC-nin direktoru vəzifəsindən azad olunmuş və xx xxxxxx 2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “xxxx” MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(81)-751/2019 nömrəli qətnaməsi üzrə icra vərəqəsini icra etmədiyinə görə barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını məhkəmə iclasında toplanmış sübutlarla birlikdə əhatəli şəkildə nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, Şəxs xx xxxxxx 2019-cu il tarixdə əmək müqaviləsi üzrə “xxxx” MMC-nin direktoru vəzifəsində çalışsa da, sonuncu “xxxx” MMC-nin təsisçisi Ç.Əhmədovanın xx xxxxxx 2021-ci il tarixli, 01 nömrəli əmri ilə həmin cəmiyyətin direktoru vəzifəsindən azad edilmişdir. “xxxx” MMC tərəfindən Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(81)-751/2019 nömrəli icra sənədi icra edilmədiyi üçün Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi cəmiyyətin vəzifəli şəxsi (rəhbəri) qismində Şəxs barəsində xx xxxx 2021-ci il tarixdə İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Göründüyü kimi, “xxxx” MMC-nin icra sənədi üzrə tələbi yerinə yetirməməsi ilə bağlı icra məmuru tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, inzibati xəta haqqında protokol tərtib edilməzdən əvvəl sonuncunun cəmiyyətdə tutduğu rəhbər vəzifədən azad edilməsi nəzərə alınmamışdır. Çünki Şəxs barəsində xx xxxx 2021ci il tarixdə İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməzdən əvvəl, yəni xx xxxxxx 2021-ci il tarixdə Şəxs öz müraciəti əsasında cəmiyyətdə tutduğu vəzifədən azad edilmişdir. Bu da ona dəlalət edir ki, Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs əməlində həmin maddənin tərkib əlamətinin olması mümkün deyildir. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-1476/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1476/2021
15.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver