Məhkəmə qərarları › İş №3(001)-1484/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1484/2021

18.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1484/2021 18.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi ilə, X2 inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Binəqədi rayon DYPŞ-nin xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş TP ******* nömrəli xx.xx.2021-ci il tarixli qərardan şikayətinə məhkəmənin binasında baxaraq, məhkəmə müəyyən etdi: X3 məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon DYPŞ-nin xx.xx.2021ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş TP ******* nömrəli xx.xx.2021-ci il tarixli qərarı ləğv edib iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X3 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə “xxxx” MMCyə məxsus, yol vərəqəsi əsasında idarə etdiyi “Karsan Atak” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtobusla Binəqədi rayonu, Elman Rüstəmov küçəsi 26a ünvanda hərəkətdə olarkən Binəqədi DYP əməkdaşları tərəfindən avtobus saxlanılmış və ayaq üstə sərnişin daşıdığına görə AR İXM-nin 327.2-ci maddəsinin tələblərini pozmaqda təqsirli bilinib 60 manat, 3 bal məbləğində cərimə edilmişdir. Barəsində inzibati protokol və qərar qəbul edilmişdir. Qərarı rəsmi xx.xx.2021-ci il tarixdə götürmüşdür. Avtobusda ayaq üstə sərnişin daşımanın inzibati xəta olduğunu sürücülük təcrübəsində ilk dəfədir ki görür. İdarə etdiyi avtobusda cəmi 10-12 nəfər ayaq üstə dayanıb və heç bir sıxlıq da olmayıb. Ümumi nəqliyyat vasitələri ilə bağlı qanunvericiliyin heç bir yerində ayaq üstə sərnişin daşımanın inzibati xəta olduğu qeyd edilməyib. Eyni zamanda, protokolda idarə etdiyi avtobusun nömrəsi səhv qeyd edilmişdir. Ona görə də, hesab edir ki, Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon DYPŞ-nin xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş TP ******* nömrəli xx.xx.2021-ci il tarixli qərar ləğv edilməli və başlanmış icraata xitam verilməlidir. Şikayəti və təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, X3 tərəfindən verilmiş şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən və müddətin bərpası üçün vəsatət təqdim olunmadığından geri qaytarılmalıdır. Yuxarıda qeyd edilən şikayət məhkəməyə xx.xx.2021-ci il tarixdə təqdim edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. Şikayətdən görünür ki, X3 Bakı şəhəri Binəqədi rayon DYPŞ-nin xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş TP ******* nömrəli xx.xx.2021-ci il tarixli qərardan məhkəməyə şikayəti xx.xx.2020-ci il tarixdə, yəni dörd ay sonra vermiş, verdiyi şikayətə isə müddətin bərpası üçün vəsatət əlavə etməmişdir. Odur ki, qeyd olunanlara əsasən hesab edirəm ki, X3 Bakı şəhəri Binəqədi rayon DYPŞ-nin xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş TP ******* nömrəli xx.xx.2021-ci il tarixli qərardan verdiyi şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən və müddətin bərpası üçün vəsatət təqdim olunmadığından geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıbtoplanmaması məsələlərini həll edir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apelyasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİ: X1 Bakı şəhəri Binəqədi rayon DYPŞ-nin xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş TP ******* nömrəli xx.xx.2021-ci il tarixli qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Şikayətçiyə izah edilir ki, qərardadın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar