Məhkəmə qərarları › İş №3(001)-1485/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1485/2022

01.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1485/2022 01.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X7 null polis mayoru X1, şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X8 tərəfindən qəbul edilmiş 11.05.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X8 tərəfindən qəbul edilmiş 11.05.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayəti müdafiə edib bildirmişdir ki, 09 may 2022-ci il tarixdə idarə etdiyi Opel markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləcəri qəsəbəsi istiqamətində hərəkətdə olarkən dörd yol ayrıcında VAZ markalı avtomobili buraxıb yoluna davam etmişdir. Həmin avtomobil işıqfordan sağa doğru dönmə nişanı verib dönməmiş və düünə hərəkət etmiş, o da qəfil əyləci sıxaraq dayanmış sonra isə öz yoluna çıxıb getmişdir. Həmin an əyləcin səsindən avtomobillərin biri-birinə sürtünməsindən xəbəri olmamışdır. Lada Priora markalı avtomobilin sürücüsü dönmə nişanı ynadırdığı üçün o sürücnün dönəcəyini anlamış və yoluna davam etdmişdir. Hesab edir ki, özündə günah yoxdur və heç bir inzibati xəta törətməmişdir. Ona görə də, məhkəmədən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X8 tərəfindən qəbul edilmiş 11.05.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X7 null polis mayoru X4 bildirmişdir ki, X3 tərəfindən verilmiş şikayət əsassızdır. Belə ki, inzibati xəta hadisəsi üzrə hərtərəfli araşdırma aparılmış və hadisənin baş verdiyi ərazi üzrə videogörüntüyə baxılaraq sonuncu barəsində qərar qəbul edilmişdir. 09 may 2022-ci il tarixdə dördyol ayrıcında işıqforun yaşıl işığında düzünə hərəkət edən Lada Priora markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobili yolayrıcından çıxan Opel markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilin vurması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Opel markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobil sola doğru hərəkət edərkən qarşıdan gələn avtomobilin tam keçməsini gözləməmiş və qabaq sol hissəsi ilə Lada Priora markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qapı və sol qanad hissəsini vurmuşdur. Videogörüntülərdə Opel markalı nəqliyyat vasitəsinin qeydiyyat nişanı görünməsə də, aparılmış araşdırma ilə həmin vaxt qeyd olunan avtomobili X2 idarə etməsi öz təsdiqini tapmış və sonuncu da izahatında bunu təsdiq etmişdir. Məhkəmədən şikayətin təmin edilməməsi barədə qərar qəbul edlməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 09.05.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X8 tərəfindən tərtib edilmiş sxemdən görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində Lada Priora markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qapı və sol qanad hissəsi zədələnmiş, Opel markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi zədələnmiş və həmin sürücü hadisə yerindən yerindən yayınmışdır. 09.05.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 09.05.2022-ci il tarixdə, saat 18:00-da idarə etdiyi Opel markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. 11.05.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 09.05.2022-ci il tarixdə, saat 18:00-da Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi DSK yolu ərazisində idarə etdiyi Opel markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol ayrıcını keçmə və yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınma qaydalarını pozmuş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.6-cı maddələri ilə təqsirli bilinib, barəsində 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş hadisənin videogörüntülərini əks etdirən diskdən sola dönmə əməliyyatına hazırlaşan Opel markalı avtomobilin işıqfordan düzünə hərəkətdə olan Lada Priora markalı avtomobili vurması, Lada Priora markalı avtomobilin sürücünun bir qədər getdikdən sonra avtomobili saxlaması, Opel markalı avtomobilin isə asta sürətlə hadisə yerindən uzaqlaşması müşüahidə edilmişdir. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti və ona əlavə edilmiş iş materiallarını bir-biri ilə əhatəli şəkildə araşdıraraq hesab edir ki, X3 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, şikayət vermiş şəxs məhkəmədə verdiyi izahatda əməlində inzibati xəta tərkibinin olmamasını və qəbul edilmiş qərarın əsassız olduğunu göstərsə də, məhkəmədə toplanmış sübutlarla X2 göstərdiyi xüsusatlar təkzib edilmişdir. Bununla bağlı ilk növbədə qeyd edilməlidir ki, X3 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırma aparılmış və araşdırma zamanı qanunvericiliyin tələbləri pozulmamış, videogörüntü vasitəsilə şəxsin inzibati xəta hadisəsində təqsirli olması müəyyən edilərək barəsində müvafiq tədbir görülmüşdür. İş materialına əlavə edilmiş diskdə olan videogörüntü X2 müraciətində görətdiyi xüsusatları təkzib etməyə kifayət edir. Göründüyü kimi, X3 tərəfindən qeyd olunan inzibati xətaya yol verilməməsi ilə bağlı müraciətində göstərdiyi dəlillər əsasızdır və məhkəmədə öz təsdiqini tapmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi əsaslıdır və bu barədə 11.05.2022-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X2 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X8 tərəfindən qəbul edilmiş 11.05.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X8 tərəfindən qəbul edilmiş 11.05.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar