Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1486/2021 14.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X6 iclas katibliyi ilə X1 Bakı şəhəri Binəqədi rayonu Polis İdarəsinin 4-cü PB-nin sahə rəisi X7 tərəfindən qəbul edilmiş MN ******* saylı, 10.03.2021-ci il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayətə Binəqədi Rayon Məhkəməsinin iclasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: X2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri Binəqədi rayonu Polis İdarəsinin 4-cü PB-nin sahə rəisi X7 tərəfindən qəbul edilmiş MN ******* saylı, 10.03.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə tərtib edilmiş qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, o özü ikinci qrup əlildir. Onun atası, anası və bacısı da ikinci qrup əlildirlər. O, maskanı aşağı endirib siqaret çəkirmişdir. O, cərimənin olub-olmamasını yoxlatdırarkən adına cərimə oluğunu öyrənmişdir.O, işsizdir və cəriməni ödəməyə imkanı yoxdur. X2 yuxarıda göstərilənləri nəzərə alaraq Bakı şəhəri Binəqədi rayonu Polis İdarəsinin 4-cü PB-nin sahə rəisi X7 tərəfindən qəbul edilmiş MN ******* saylı, 10.03.2021-ci il tarixli qərarını ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati orqan Bakı şəhəri Binəqədi rayonu Polis İdarəsinin 4-cü PB-nə və şikayətçiyə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin protokolu tərtib edən İdarənin nümayəndəsi və şikayətçi məhkəməyə gəlməmişlər, işə baxılmasının təxirəsalınması haqqında vəsatət verməmişdir.Buna görə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət rədd edilməlidir. Belə ki, Bakı şəhəri Binəqədi rayonu Polis İdarəsinin 4-cü PB-nin sahə rəisi X7 tərəfindən qəbul edilmiş MN ******* saylı, 10.03.2021-ci il tarixli qərarına əsasən məlum olur ki, X4 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən 100 manat cərimə edilmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə görə epidemya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən,Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd edilməlidir.Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu Polis İdarəsinin 4-cü PB-nin sahə rəisi X7 tərəfindən qəbul edilmiş MN ******* saylı, 10.03.2021-ci il tarixli qərarı əsasında araşdırma zamanı X4 tərəfindən qanunun qeyd edilən tələblərinə tam əməl olunmamış, Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsininin tələbləri pozulmuş, qəbul edilmiş qərar düzgün qərara alınmışdır.Belə ki, şikayətçinin özünün də şikayət ərizəsində etiraf etdiyinə görə, o, maskanı aşağı endirib siqaret çəkmişdir.Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir.Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın noyabr ayının 19-da qəbul etdiyi yeni qaydalara əsasən həmin tarixdən Azərbaycan Respublikasında açıq və qapalı məkanlarda tibbi maskalardan istifadə məcburi müəyyən olunmuşdur.Həmin qaydalara əsasən məlum olur ki, tibbi maskadan düzgün istifadə edilməməsi də (məsələn: üz nahiyyəsinin, yəni-ağız və burun nahiyyəsinin natamam örtülməsi, maskanın aşağı çəkilməsi, çənədə saxlanılması və sair) İXM-nin 211-ci maddəsinin tərkibini yaradır.Buna görə də, məhkəmə hesab edir ki, X1 Bakı şəhəri Binəqədi rayonu Polis İdarəsinin 4-cü PB-nin sahə rəisi X7 tərəfindən qəbul edilmiş MN ******* saylı, 10.03.2021-ci il tarixli qərarından verdiyi şikayətə rədd edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 128 və 130-cu maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Bakı şəhəri Binəqədi rayonu Polis İdarəsinin 4-cü PB-nin sahə rəisi X7 tərəfindən qəbul edilmiş MN ******* saylı, 10.03.2021-ci il tarixli qərarından verdiyi şikayət rədd edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-1486/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1486/2021
14.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver