Məhkəmə qərarları › İş №3(001)-1486/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1486/2022

31.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1486/2022 31.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədirliyi X1 iclas katibliyi ilə «Sonalar Sonası» şadlıq sarayının qanuni təmsilçisi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 544.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün «Sonalar Sonası» şadlıq sarayının qanuni təmsilçisi Şəxs İXM-nin 447.0.4-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, «Sonalar Sonası» şadlıq sarayının qanuni təmsilçisi Şəxs 11.05.2022-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “Sonalar Sonası” şadlıq evində planlı yoxlamanın keçirilməsinə şərait yaratmamış, yoxlamadan yayınmışdır. Bununla da, «Sonalar Sonası» şadlıq sarayının qanuni təmsilçisi Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 447.0.4-ci maddəsinin tələbləri pozulmuşdur. Ona görə də, 11.05.2022-ci il tarixdə «Sonalar Sonası» şadlıq sarayının qanuni təmsilçisi Şəxs barəsində MN ******* saylı inzibati protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan vəzifəli şəxsə və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında icraat aparılan vəzifəli şəxs və protokolu tərtib edən İdarənin nümayəndəsi məhkəməyə gəlməmişlər, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, «Sonalar Sonası» şadlıq sarayının qanuni təmsilçisi Şəxs barəsində tərtib olunmuş protokolu əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 11.05.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, «Sonalar Sonası» şadlıq sarayının qanuni təmsilçisi Şəxs 11.05.2022-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “Sonalar Sonası” şadlıq evində planlı yoxlamanın keçirilməsinə şərait yaratmamış, yoxlamadan yayınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsinə əsasən İstehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla təsdiq olunur ki, barəsində inzibati haqqında iş üzrə icraat aparılan «Sonalar Sonası» şadlıq sarayının qanuni təmsilçisi Şəxs Azərbaycan Respublikası İXM-in 544.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Məhkəmə inzibati xəta törədən şəxs «Sonalar Sonası» şadlıq sarayının qanuni təmsilçisi Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərəəsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: «Sonalar Sonası» şadlıq sarayının qanuni təmsilçisi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 3000 (üç min) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim:Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar