Məhkəmə qərarları › İş №3(001)-1487/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1487/2023

14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1487/2023 14.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollar əsasında toplanmış materialın baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Məhkəmənin icraatına Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN 1627117, MN 1627116, MN 1627120, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar və həmin protokollar əsasında toplanmış material daxil olmuşdur. Qeyd edilənlər inzibati xəta haqqında protokollar Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmişdir. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokollar əsasında toplanmış material geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Şəxs X3 məxsus mağazada 41 (qırx bir) manat dəyərində 24 ədəd “Alpen Gold” şokoladı oğurlamış, bundan başqa X2 məxsus evdən 100 (yüz) manat dəyərində 01 (bir) ədəd su qızdırıcını oğurlamış, bundan başqa X1 məxsus “Vaz 2107” markalı avtomobildən 180 (yüz səksən) manat dəyərində maqnitofon oğurlamış, X4 məxsus evdən 100 (yüz) manat dəyərində elektrik naqillərini oğurlamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin normanın qeydinə əsasən isə İXM-nin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin qeyd hissəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Lakin eyni əməl təkrar törədildikdə əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Belə olan halda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs taladığı əmlakların dəyəri formal olaraq göstərilsə də, həmin əmlakların dəyərinin müəyyən edilməsi istiqamətində hər hansı araşdırma aparılmamışdır. Halbuki iş materiallarında görünür ki, X1 məxsus “Vaz 2107” markalı avtomobildən 180 (yüz səksən) manat dəyərində maqnitofon oğurlanmış, talanmış digər əmlaklardan hər hansı birinin dəyəri 100 (yüz) manatdan yuxarı olduğu halda Şəxs əməli cinayət məsuliyyətinə səbəb olacaqdır. Buna görə də məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş orqana Şəxs tərəfindən oğurlanmış əmlakların dəyəri müəyyən edildikdən qanunamüvafiq tədbirlər görülməlidir. Belə ki, məhkəmə İXM-nin 103.2-ci maddəsində inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilməsi nəzərdə tutulmuşdur Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 102-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 371-1-ci, 398-ci, 602.1-ci, 602.2-ci və 602-3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 102-ci maddəsində İXMnin 227-ci maddəsi konkret olaraq göstərilsə də, inzibati xəta aşkar edildikdən sonra dəymiş maddi ziyanla bağlı olaraq heç bir ekspertiza təyin edilməmiş və inzibati araşdırma aparılmamışdır. Beləliklə də, təsvir olunanlarla müəyyən edilir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol həmin İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tərtib edilərək məhkəməyə təqdim olunmamışdır. Buna görə də, inzibati xəta haqqında tərtib edilmiş protokol onu göndərmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X8 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə geri qaytarılsın. Qərarddadan şikayət verilə bilməz. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar