Məhkəmə qərarları › İş №3(001)-1495/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1495/2023

15.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1495/2023 15.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X11, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-in nümayəndəsi Bakı şəhəri 30 saylı vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, Şəxs MMC, AZ1147, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi ev 105, mənzil 18, VÖEN ********** Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair İnzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti Bakı şəhər İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş 12 aprel 2023-cü il tarixli MN seriyalı № ******* saylı İnzibati xəta haqqında protokola əsasən, cəmiyyət əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X8 xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək, X3 xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək, X5 və X12 xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək əsas fəaliyyət sahəsinə aid işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Buna görə hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə İnzibati xəta haqqında protokol tərtib edilmiş və baxılmalı üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X19 inzibati xəta haqqında protokolu müdafiə edərək, hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-in nümayəndəsi Bakı şəhəri 30 saylı vəkil bürosunun vəkili Vəkil bildirmişdir ki, inzibati xəta haqqında protokolda adları qeyd edilmiş X13, X6, X9 və X16 ilə göstərilən dövrdə əmək müqaviləsi bağlanmasa da, xidmət müqavilələri bağlanmışdır ki, bu da qanuna zidd deyil. Həmin şəxslərlə əməkdaşlıq bir müddət sonra cəmiyyət tərəfindən bəyənildiyindən onlarla müvafiq əmək müqavilələri bağlanmışdır. Qeyd olunanları nəzərə alıb, iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən o, inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin elektron poçt ünvanına 07 mart 2023-cü ildə yazdığı müraciətində o, göstərmişdir ki, Şəxs MMC-in müəllim heyətindəndir. 9 aydır ki, əmək haqqımızın verilməsində problemlər yaranıb. Əmək haqqımızın 400-700 manat olduğu bizə bildirilsə də, əmək haqqını 2-3 aydan bir 200-250 manat olmaqla qeyri-rəsmi yolla alırıq. Onu da bildirmək istəyirik ki, 9-10 ay işləməyimizə baxmayaraq əmək müqaviləsi olmayan müəllimlərimiz var...” Həmin elektron müraciət əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti Bakı şəhər İdarəsinə dəvət olunaraq izahatı alınmış X17 xx.xx.2023-cü il tarixli izahatında göstərmişdir ki, “xx.xx.2022-ci ildən bugünədək Şəxs MMC-də müəllim vəzifəsində işləyirəm. xx.xx.2022-ci ildən işə başlamağıma baxmayaraq əmək müqaviləsi xx.xx.2022-ci ildə bağlanmışdır..” İzahatı alınmış X13 xx.xx.2023-cü il tarixli izahatında göstərmişdir ki, “xx.xx.2022-ci ildən hal-hazıradək Şəxs MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişəm...” İzahatı alınmış X6 xx.xx.2023-cü il tarixli izahatında göstərmişdir ki, “xx.xx.2022-ci ildən hal-hazıradək Şəxs MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişəm...” İzahatı alınmış X9 xx.xx.2023-cü il tarixli izahatında göstərmişdir ki, “xx.xx.2022-ci ildən Şəxs MMC-də ingilis dili müəllimi vəzifəsində işləyirəm. xx.xx.2022-ci ildən işə başlamağıma baxmayaraq əmək müqaviləsi xx.xx.2022-ci ildə bağlanmışdır..” İzahatı alınmış X22 xx.xx.2023-cü il tarixli izahatında göstərmişdir ki, xx.xx.2021-ci ildən hal-hazıradək Şəxs MMC-də riyaziyyat müəllimi vəzifəsində işləyirəm. X7 xx.xx.2022-ci ildən, X2 xx.xx.2022-ci ildən, X4 və X10 xx.xx.2022-ci ildən Şəxs MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəllim vəzifəsində çalışmalarının şahidiyəm.” Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti Bakı şəhər İdarəsinin əmək müfəttişi X14 tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş 12 aprel 2023-cü il tarixli MN seriyalı № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X8 xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək, X3 xx.xx.2022-ci ildən xx.xx.2023cü ilədək, X5 və X12 xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək əsas fəaliyyət sahəsinə aid işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Buna görə hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İşin müəyyən edilmiş hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-in nümayəndəsi Vəkil inzibati xəta haqqında protokolda adları qeyd edilmiş şəxslərlə göstərilən dövrdə əmək müqaviləsi bağlanmasa da, xidmət müqavilələri bağlandığının qanuna zidd olmadığı mövqeyini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4-cü hissəsinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Açıq internet resurslarında olan məlumatlardan da aydın şəkildə görünür ki, Şəxs MMC dərs vermə, dərs keçmə, təlim-tədris fəaliyyəti ilə məşğul olur və bu sahə cəmiyyətin əsas fəaliyyət sahəsidir. Belə olan halda, yəni dərs vermə, dərs keçmə, təlimtədris fəaliyyətinin yerinə yetirilməsi üçün cəlb edilmiş müəllimlərlə əmək münasibətlərinin mülki hüquqi müqavilə hesab xidmət müqaviləsi ilə rəsmiləşdirilməsi qanunsuzdur, tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edildiyindən müəllimlərlə əmək müqaviləsi bağlanmalı idi. Şəxs MMC bu qaydanı pozmaqla hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-in məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə hüquqi şəxs Şəxs MMC-in ilk dəfə eyni xarakterli inzibati xətaya görə məsuliyyətə cəlb edildiyini nəzərə alaraq hesab edir ki, ona törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş cərimə tənbehinin aşağı həddə təyin edilməsi daha məqsədəuyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1.inzibati tənbeh vermə haqqında. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 20.000 (iyirmi min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. HAKİM Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar