Məhkəmə qərarları › İş №3(001)-1497/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1497/2022

31.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1497/2022 31.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X1 iclas katibliyi, X3 Yusif oğlunun iştirakı ilə, X3 Yusif oğlunun Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti inspektoru, polis kiçik serjantı X2 tərəfindən tərtib edilmiş 08.03.2022-ci il tarixli TP ******* saylı qərarın ləğv olunması barədə şikayətə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X3 Yusif oğlu Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti inspektoru, polis kiçik serjantı X2 tərəfindən tərtib edilmiş 08.03.2022-ci il tarixli TP ******* saylı qərarından şikayət ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, inzibati xəta haqqında protokol əsassız və qanunsuzdur.YPX əməkdaşı onun yol hərəkəti qaydasını pozduğunu bildirmiş, nəticədə AR İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin inzibati xəta onun tərəfindən törədilməmişdir. Şikayətçi Rəhimov Elşad Yusif oğlu yuxarıda göstərilənlərini rəhbər tutaraq Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti inspektoru, polis kiçik serjantı X2 tərəfindən tərtib edilmiş 08.03.2022-ci il tarixli TP ******* saylı qərarın ləğv olunması ilə bağlı qərar qəbul edilməsin məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən X3 Yusif oğlu məhkəmə iclasında şikayətində qeyd edilənləri müdafiə edərək, inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər DYPŞ-yə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir.Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən İdarənin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə şikayətçini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti inspektoru, polis kiçik serjantı X2 tərəfindən tərtib edilmiş 08.03.2022-ci il tarixli TP ******* saylı qərara əsasən məlum olur ki, 26.10.1991-ci il təvəllüdlü Rəhimov Elşad Yusif oğlu 08.03.2022-ci il tarixdə, saat 16.57-də “Mercedes Benz C220 CDİ minik” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən yol nişanlarının tələblərinə riayət etməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd olunmalıdır. Belə ki, Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti inspektoru, polis kiçik serjantı X2 tərəfindən tərtib edilmiş 08.03.2022-ci il tarixli TP ******* saylı qərara əsasən məlum olur ki, 26.10.1991-ci il təvəllüdlü Rəhimov Elşad Yusif oğlu 08.03.2022-ci il tarixdə, saat 16.57-də “Mercedes Benz C220 CDİ minik” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən yol nişanlarının tələblərinə riayət etməmişdir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Şikayətçi inzibati xəta törətməməsi barədə heç bir sübutu iş materiallarına əlavə etməmiş və ya məhkəməyə gələrək təqdim etməmişdir.Belə olan halda, məhkəmə hesab edir ki, X3 Yusif oğlunun 08.03.2022-ci il tarixli TP ******* saylı qərarın ləğv olunması barədə verdiyi şikayət rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Yusif oğlunun Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti inspektoru, polis kiçik serjantı X2 tərəfindən tərtib edilmiş 08.03.2022-ci il tarixli TP ******* saylı qərarın ləğv olunması barədə verdiyi şikayət rədd edilsin. Qərardan 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı şəhər Apallyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar