Məhkəmə qərarları › İş №3(001)-1503/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1503/2023

27.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1503/2023 27.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Bakı şəhəri Binəqədi Rayon Dövlət X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin bərpa edilməsinə dair vəsatətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 məhkəməyə vəsatətlə müraciət edərək, inzibati tənbeh olunmasına dair Bakı şəhər Binəqədi Rayon Dövlət X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, hüquqi savadı olmadığından müddətin tətbiq edilməsindən məlumatsız olduğundan prosessual müddəti ötürdüyünü bildirmişdir. Göstərilənlərə əsasən buraxılmış müddətin bərpa olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında şikayət vermiş şəxs vəsatətin məzmununa uyğun izahat verib bildirmişdir ki, məhkəməyə müraciət etməklə bağlı prosessual müddət tətbiq edildiyindən hüquqi savadı olmadığından məlumatsız olmuşdur. Lakin qəbul edilmiş qərarı mübahisələndirmək məqsədi ilə AR DİN 102 xidmətinə müraciət etmişdir. 102 xidmətinə ilk müraciəti xx.xx.2023-cü il tarixdə saat 14:04-də olmuş, heç bir məlumat verilmədiyindən xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə daha iki dəfə 102 xidmətinə müraciət etmişdir. Lakin 102 xidməti tərəfindən yenə də ona hər hansı bir məlumat verilməmişdir. Daha sonra Baş Prokurorluğun qaynar xəttinə müraciət etmiş, Baş Prokurorluğun 161 xidmətinin əməkdaşları ona məhkəməyə müraciət etməli olduğu bildirmişdirlər. Bundan sonra ərizə ilə məhkəməyə müraciət etmişdir. Ona görə də inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətini buraxılmamış hesab edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutlar iş materiallarında aşkar olunmadığından və şikayət vermiş şəxs məhkəmə iclasında bununla bağlı sübutlar təqdim etmədiyindən müddətin bərpası barədə verilmiş vəsatət təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinin tələblərini rəhbər tutaraq, qərara aldı: Bakı şəhər Binəqədi Rayon Dövlət X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin bərpa edilməsinə dair X1 vəsatəti təmin edilməsin. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar