Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1504/2025 10.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi RPİ-in 5-ci PB-in sahə inspektoru, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi qaydada işləyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 2 ünvanda yataqxanada məskunlaşmış Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötrü ki, o, xx.xx.2025-ci ildə saat 21:30-da Bakı şəhəri Binəqədi rayonu Cavadxan küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində Bakı şəhəri Binəqədi RPİ-in 5-ci PB-in sahə inspektoru, polis baş leytenantı X4 tərəfindən xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-in 5-ci PB-in sahə inspektoru, polis baş leytenantı X4 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, ƏÇPA-ın 2-ci PB-in polis nəfərləri xx.xx.2025-ci ildə saat 21:30-da Bakı şəhəri Binəqədi rayonu Cavadxan küçəsində xidmət apararkən 2 nəfər şəxsin “Kia” markalı 90TM762 dövlət qeydiyyat nişanlı avtomobildə mübahisə etdiklərini görmüşlər. Xidməti avtomobillə uzaq vuran işıqlardan istifadə edərək “Kia” markalı avtomobili idarə edən şəxsə saxla işarəsi vermişlər. “Kia” markalı avtomobili idarə edən şəxs avtomobili saxlamayaraq hərəkətinə davam etmişdir. Bir qədər irəlidə yolda sıxlıq olduğundan sürücü avtomobili dayandırmağa məcbur olmuşdur. Avtomobilə yaxınlaşan polis əməkdaşları sürücünü və onun yanında qabaq sərnişin oturacağında əyləşmiş Şəxs 5-ci PB-yə gətirmişlər. Buna görə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, fəhləlik etməklə dolanışığını təmin edir. “Kia” markalı 90TM762 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X1 isə ustadır və tanışıdır. Onunla birlikdə işləyirlər. Hadisə günü götürdükləri işin qiyməti ilə bağlı Azər Seyidovun idarə etdiyi avtomobildə mübahisə etmişlər. Bunu görən polis əməkdaşları Azər Seyidova saxla işarəsi vermişlər. Azər Seyidovun sürücülük vəsiqəsinin müddəti bitdiyi üçün avtomobili saxlamamış, idarə etmişdir. Bir qədər irəlidə yolda sıxlıq olduğundan Azər avtomobili dayandırmağa məcbur olmuşdur. Avtomobilə yaxınlaşan polis əməkdaşları Azəri və onu 5-ci PB-yə gətirmişlər. Buna görə onun barəsində də inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Halbuki, o heç bir inzibati xəta törətməmişdir. İdarə etmədiyi avtomobili saxlamamağa görə məsuliyyətə cəlb edilməsi mümkünsüzdür. Əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: ƏÇPA-ın polis nəfərləri R.R.İsayevin, M.M.Babazadənin və H.T.Həmidovun yazdığı xx.xx.2025-ci il tarixli Raportdan görünür ki, ƏÇPA-ın 2-ci PB-in polis nəfərləri xx.xx.2025ci ildə saat 21:30-da Bakı şəhəri Binəqədi rayonu Cavadxan küçəsində xidmət apararkən 2 nəfər şəxsin “Kia” markalı 90TM762 dövlət qeydiyyat nişanlı avtomobildə mübahisə etdiklərini görmüşlər. Xidməti avtomobillə uzaq vuran işıqlardan istifadə edərək “Kia” markalı avtomobili idarə edən şəxsə saxla işarəsi vermişlər. “Kia” markalı avtomobili idarə edən şəxs avtomobili saxlamayaraq hərəkətinə davam etmişdir. Bir qədər irəlidə yolda sıxlıq olduğundan sürücü avtomobili dayandırmağa məcbur olmuşdur. Avtomobilə yaxınlaşan polis əməkdaşları sürücünü və onun yanında qabaq sərnişin oturacağında əyləşmiş şəxsi 5-ci PB-yə gətirmişlər. Orada müəyyən edilmişdir ki, avtomobili idarə edən şəxs X1, sərnişin isə Şəxsdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri;. İşdən görünür ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan sənədləri məhkəməyə göndərərkən inzibati xəta törətməkdə şəxsin təqsirini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İşə məhkəmədə baxılarkən inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinə inzibati xəta törətməkdə şəxsin təqsirini təsdiq edən sübutların məhkəməyə dəvət edilməsi təklif edilsə də, məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə baxışı zamanı Şəxs tərəfindən polisin qanunu tələbinə qəsdən tabesizlik göstərməsi sübuta yetirilməmişdir. İşin müəyyən edilmiş mübahisəsiz hallarına görə Şəxs barəsində inzibati xəta haqqında protokol avtomobili dayandırmamağa görə tərtib edilsə də, Şəxs avtomobili idarə edən şəxs olmamışdır. İdarə etmədiyi avtomobili saxlamamağa görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi əsassız və qanunsuzdur. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Bakı şəhəri Binəqədi RPİ-in 5-ci PB-in sahə inspektoru, polis baş leytenantı X4 tərəfindən Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Bakı şəhəri Binəqədi RPİ-in 5-ci PB-in sahə inspektoru, polis baş leytenantı X4 tərəfindən Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsilə tərtib edilmiş MN seriyalı № ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-1504/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1504/2025
10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver