Məhkəmə qərarları › İş №3(001)-1505/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1505/2023

19.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1505/2023 19.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X3, zərərçəkmiş şəxs X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Bərdə rayonu, Xanxanımlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-1 və 529.2-ci maddələri ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokollar əsasında toplanmış materiallara məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-1 və 529.2-ci maddələri ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli və xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X7 izahat verərək bildirmişdir ki, , Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-5123/2022 nömrəli icra sənədinə əsasən xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2006-ci il təvəllüdlü X1, xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150 manat olmaqla ümumilikdə 450 manat sabit pul məbləğində alimentin cavabdeh Şəxs tutularaq X8 ödənilməsi qət edilmişdir. Qeyd olunan icra sənədi Binəqədi rayon İcra şöbəsinə daxil olmuş və xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş qəbul edilərək borcluya göndərilmişdir. Şəxs tərəfindən tələb icra edilməmişdir. Buna görə də barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə gətirilmiş, Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(001)-3781/2022 nömrəli qərarına əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Lakin Şəxs yenə də icradan boyun qaçırmış, hazırda da zərərçəkmiş X8 3255 (üç min iki yüz əlli beş) manat borcu vardır. Buna görə də Şəxs barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin Nəcəfov X6 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(001)-3781/2022 nömrəli qərarı ilə tənbeh edildiyi 500 (beş yüz) manat məbləğində inzibati cəriməni də ödəməmişdir. Bununla bağlı olaraq da MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Ona verilmiş suallara cavab olaraq Şəxs tərəfindən ödənişin həyata keçirilməsinə dair icra orqanına hər hansı bir sənədin təqdim edilmədiyini, zərərçəkmiş şəxsin isə ödənişin edilməməsinə dair dəfələrlə icra orqanına müraciət etdiyini, şəxs Binəqədi rayon Məhkəməsinin qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb ediləndən sonra da ona etdiyi ödənişlərin rəsmi qaydada edilməsinin nəzərinə çatdırldığını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı olmadığını, müvafiq olaraq övladlarına hissə-hissə olsa da ödəniş edərək, üzərinə düşən aliment ödənişini icra etdiyini, lakin uşaqlarına ödənişi rəsmi qaydada etmədiyini bildirmişdir. Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(001)-3781/2022 nömrəli qərarı ilə tənbeh edildiyi 500 (beş yüz) manat məbləğində inzibati cəriməni maliyyə vəziyyətinin yaxşı olmaması səbəbi ilə ödəyə bilmədiyini, lakin qısa müddətdə ödəyəcəyini qeyd edərək barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Ona verilmiş suallara cavab olaraq isə ödənişləri rəsmi qaydada etmədiyindən sübut təqdim edə bilməyəcəyini, birinci dəfə eyni əmələ görə barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən ödənişləri rəsmi qaydada etməli olduğunun zəruriliyinin ona izah edildiyini bildirmiş, icra məmuru tərəfindən də dəfələrlə ödənişin rəsmi qaydada ödənilməsinin tələb edildiyini təsdiqləmişdir. Həmçinin ödənişi hissə-hissə etməsinin səbəbini rəsmi iş yerinin və sabit gəlirinin olmaması ilə əlaqələndirmiş, qaynaqçı olaraq çalışdığını, aylıq ortalama qazancının 700-800 manat civarında olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 izahatında bildirmişdir ki, Nəcəfov X6 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(001)-3781/2022 nömrəli qərarı qəbul edilməzdən əvvəl olan 1800 (min səkkiz yüz) manat borcundan hər hansı bir ödəniş etməmiş, hətta tərəfindən həmin puldan 500 (beş yüz) manat güzəştə gedilmiş, yenə də Şəxs əvvəlki borcunu ödəməyə cəhd belə etməmişdir. Bununla yanaşı sözügedən qərarın qəbul edilməsindən sonra da hər ay üzrə ödənilməli olan aliment borcunu da tam icra etməmiş, hər ay 450 (dörd yüz əlli) manat ödəniş etməli olduğu halda 100-150 manat ödəniş etmişdir. Ona verilmiş suallara cavab olaraq Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(001)-3781/2022 nömrəli qərarından sonra Şəxs tərəfindən ona ümumilikdə 600 (altı yüz) manat vəsait ödəndiyini bildirmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 2(001)-5123/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2006-ci il təvəllüdlü X1, xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150 manat olmaqla ümumilikdə 450 manat sabit pul məbləğində alimentin cavabdeh Şəxs tutularaq X8 ödənilməsi qərara alınmışdır. Binəqədi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli qərar və bildirişindən görünür ki, Şəxs barəsində olan icra sənədi üzrə icraata başlanmış və sonuncuya borcunu könüllü ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(001)-3781/2022 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddələri ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Binəqədi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli qərar və bildirişindən görünür ki, Şəxs tərəfindən 500 manat məbləğində inzibati cərimənin dövlət nəfinə ödənilməsi ilə bağlı Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(001)- 3781/2022-003 nömrəli icra sənədi üzrə icraata başlanmış və sonuncuya borcunu könüllü ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. Borclu Şəxs xx.xx.2023-cü il tarixdə tələbin könüllü icrası barədə bildirişi imza etməklə qəbul etmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində AR İXM-nin 529.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində AR İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-1 və 529.2-ci maddələri ilə olan inzibati protokol düzgün olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 5123/2022 nömrəli icra sənədinə əsasən xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2006ci il təvəllüdlü X1, xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150 manat olmaqla ümumilikdə 450 manat sabit pul məbləğində alimentin cavabdeh Şəxs tutularaq X8 ödənilməsi qərara alınmışdır. Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, icra sənədinin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. Nəcəfov X6 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-5123/2022 nömrəli icra sənədini qərəzli olaraq icra etmədiyi üçün Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)-3781/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddələri ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Daha sonra Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, xx.xx.2023-cü il tarixli tələbin könüllü icra edilməsi barədə bildiriş Şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə imza edilməklə qəbul edilmişdir. Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsinə baxmayaraq həm aliment ödənişindən yayınmış, həmçinin də 500 (beş yüz) manat inzibati cəriməni ödəməkdən boyun qaçırmışdır. Bundan sonra şəxs barəsində İXM-in 528.1-1 və 529.2-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs izahatında aliment ödənişini həyata keçirdiyini bildirsə də, məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Buna görə də məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını özünü müdafiə xarakterli hesab edir. Çünki Şəxs dəfələrlə rəsmi qayda da ödəniş etməsinin zəruriliyi izah edilmiş, məhkəmə tərəfindən barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə olan halda Şəxs tərəfindən aliment ödənişinin qeyri-rəsmi ödənilməsi inandırıcı deyildir. Bununla yanaşı Şəxs aliment ödənişini övladlarının özlərinə ödədiyini qeyd etmişdir. Halbuki qanuni qüvvəsini almış məhkəmə qətnaməsində ödənişin X8 ödənilməsi nəzərdə tutulmuşdur. X9 da məhkəmə iclasında ona cəmi 600 (altı yüz) manat ödəniş edildiyini bildirmişdir. Həmçinin də Şəxs övladlarına aliment ödənişi etdiyini sübut edə bilməmişdir. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, göstərilən xüsusatlar icra sənədinin icra edilməsindən qərəzli olaraq yayınma hesab edilməlidir. Şəxs xx.xx.2022-ci il tarixdə İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinmiş, bir il ərzində yenə də icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Odur ki, Şəxs barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslı olaraq tərtib edilmişdir. Nəcəfov X6 rayon Məhkəməsinin 3(001)-3781/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində tətbiq edilmiş 500 (beş yüz) manat inzibati cəriməni ödəməməsinin səbəbini maliyyə vəziyyətinin yaxşı olmaması ilə əlaqələndirməyini də inandırıcı hesab etmir. Çünki Şəxs qaynaqçı olaraq çalışdığını, aldığı məvacibin az olması səbəbi ilə həmin məbləği ödəmədiyini bildirsə də, məhkəmə həmin mövqe ilə razılaşmır. Belə ki, şəxsin qazancının az olması qanuni inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qüvvəyə minmiş qərarının icra edilməməsinə əsas ola bilməz. Belə ki, Şəxs tələbin könüllü icrası haqqında bildirişi almasından 4 aya yaxın müddət ötməsinə baxmayaraq inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəsini almış qərarının icrası istiqamətində hər hansı səy göstərməmiş, həmin cərimə məbləğindən az da olsa hər hansı vəsait ödəməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxs ən azından aldığı məvacibdan az miqdarda olsa belə müəyyən ödənişlər edə, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qanuni qüvvəsini almış qərarının icrasında maraqlı olduğunu, qərəzli olaraq boyun qaçırmadığını nümayiş etdirə bilərdi. Lakin Şəxs tərəfindən barəsində tətbiq edilmiş inzibati cərimə tənbeh tədbirindən hər hansı miqdarda ödəniş edilməmişdir. Bununla da Şəxs inzibati cərimə olunmasına dair barəsində olan qərarı qanunvericiliklə müəyyən edilmiş müddətə icra etmədiyindən icra məmuru tərəfindən şəxs barəsində əsaslı olaraq İXM-in 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, məhkəmə inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədləri icra işi ilə əlaqəli şəkildə araşdıraraq bu nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən İXM-in 528.1-1 və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam olaraq sübuta yetirilir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-in 528.1-1 və 529.2-ci maddələri ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. İXM-in 2-ci maddələri nə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddələri nə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddələri nə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 12.1-ci maddələri nə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddələri də təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddələri nə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.4-cü maddələri nə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddələrində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. İXM-in 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs İXM-nin 528.1-1 və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, icra vərəqələri, bildirişlər, icra məmuru və zərərçəkmiş şəxsin izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, inzibati xətanın pul borcu ilə əlaqədar olduğunu, pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(001)- 3781/2022 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddələri ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimə olunduğu halda, yenidən cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. İXM-nin 31.2-ci maddələri nə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1 və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdığı andan, yəni 19 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddələri nə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61,114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1 və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1(bir) ay müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 19 aprel 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar