Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1506/2023 19.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu xx.xx.1982-ci ildə Bərdə rayonu, Xanxanımlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci və 529.2-ci maddələri ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında işlərə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* və MN ******* saylı inzibati xəta haqqında protokollar və materiallarını araşdırılarkən müəyyən edildi ki, məhkəməyə daxil olmuş həmin işlər üzrə eyni şəxs tərəfindən müxtəlif əməllərin törədilməsinə görə iki protokol tərtib edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, həmin inzibati xətalara dair işlər bir icraatda birləşdirilərək eyni vaxtda baxılmalıdır. Həmçinin iş nömrələri 3(001)–1505/2023 və 3(001)–1506/2023 olan inzibati xətalara dair işlər bir icraatda birləşdirilməli olduğundan, həmin işlər 3(001)–1505/2023 saylı inzibati xəta haqqında iş üzrə icraatda birləşdirilməlidir və həmin nömrə altında baxılmalıdır. Belə ki, İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İXM-nin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Şərh olunanlara və İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinə əsasən, QƏRARA ALDİ: 3(001)–1505/2023 və 3(001)–1506/2023 saylı inzibati xətalara dair işlər bir icraatda birləşdirilərək eyni vaxtda baxılsın. Həmin işlərə 3(001)–1505/2023 saylı inzibati xəta haqqında iş üzrə bir icraatda baxılsın. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-1506/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1506/2023
19.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver