Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1506/2025 10.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X3 Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-in sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs oğlunun iştirakı ilə, xx.xx.2000-ci ildə Saatlı rayonu, Gümüşçü kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, Saatlı rayonu, Gümüşçü kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Binəqədi RPİ-in 5-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs oğlu 10 mart 2025-ci ildə saat 17 radələrində Binəqədi rayonu “Azadlıq” metrostansiyasının yaxınlığında, ictimai yerdə nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş, buna görə onu intizama dəvət edən Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-in sahə rəisi, polis mayoru Ş.Sadıqovun və sahə inspektoru, polis mayoru R.Rzazadənin qanuni tələbinə qəsdən tabe olmamışdır. Qeyd olunanlara əsasən Şəxs oğlu barəsində Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-in sahə rəisi, polis mayoru X2 tərəfindən 10 mart 2025-ci il tarixli, MN seriyalı № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-in sahə rəisi, polis mayoru X2 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, 10 mart 2025-ci ildə saat 17 radələrində Binəqədi rayonu “Azadlıq” metrostansiyasının yaxınlığında sahə inspektoru R.Rzazadə ilə birlikdə xidmət aparan zaman bir nəfər şəxsin yüksək səslə telefonla danışaraq nalayiq ifadələr işlətdiyini eşidib həmin şəxsə yaxınlaşmışlar. Özlərini təqdim edib həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Lakin həmin şəxs özünü təqdim etməkdən imtina edərək, onlara məhəl qoymamış, yüksək səslə telefonla danışaraq nalayiq ifadələr işlətməyə davam etmişdir. Şəxsi intizama dəvət etsələr də, müsbət nəticəsi olmamışdır. Bu səbəbdən yüksək səslə telefonla danışaraq nalayiq ifadələr işlətməyə davam edən şəxsi yaxınlıqdakı 5-ci PB-yə dəvət etmişlər. Şəxs 5-ci PB-yə getməkdən də imtina etmişdir. Onun intizamsız davranışını görüb, ətrafda olan vətəndaşlarda yaratdığı narahatçılıq hissini anlayaraq 5-ci PB-yə aparılmasını təmin etmişlər. Polis bölməsində araşdırma zamanı müəyyən edilmişdir ki, bir qədər öncə ictimai yerdə yüksək səslə telefonla danışaraq nalayiq ifadələr işlədən və onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış şəxs xx.xx.2000-ci ildə Saatlı rayonu Gümüşçü kəndində doğulmuş Şəxs oğludur. Qeyd olunanlara əsasən Şəxs oğlu barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, 10 mart 2025-ci ildə saat 17 radələrində Binəqədi rayonu “Azadlıq” metrostansiyasının yaxınlığında 2 nəfər polis əməkdaşı yaxınlaşaraq onu Binəqədi RPİ-in 5-ci PB-yə dəvət etmişlər. Heç bir etiraz bildirmədən onlarla birlikdə 5-ci PB-yə getmişdir. Orada barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə göndərilmişdir. Heç bir inzibati xəta törətmədiyini nəzərə alıb, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər Binəqədi RPİ-in 5-ci PB-in sahə rəisi, polis mayoru Ş.Sadıqov və sahə inspektoru, polis mayoru R.Rzazadə tərəfindən tərtib olunaraq imzalanmış xx.xx.2025-ci il tarixli Raportdan görünür ki, Şəxs oğlu 10 mart 2025-ci il tarixdə saat 17 radələrində Binəqədi rayonu “Azadlıq” metrostansiyasının yaxınlığında, ictimai yer hesab olunan küçədə nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş, inzibati xəta hadisəsi ilə əlaqədar onu intizama dəvət edən Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-in sahə rəisi, polis mayoru Ş.Sadıqovun və sahə inspektoru, polis mayoru R.Rzazadənin qanuni tələbinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun 5-ci PB-in rəisinə yazdığı izahatından görünür ki, o, 10 mart 2025-ci ildə saat 17 radələrində Binəqədi rayonu “Azadlıq” metrostansiyasının yaxınlığında yüksək səslə telefonla danışaraq nalayiq ifadələr işlətdiyini, onu intizama dəvət edən polis əməkdaşlarının tələblərinə tabe olmadığını, 5-ci PB-yə getməkdən imtina etdiyini etiraf etmişdir. İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli AZA № 019167 nömrəli protokoldan görünür ki, Şəxs oğlu həmin tarixdə saat 17:30-da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə tutulmuşdur. İnzibati xəta haqqında MN № ******* nömrəli xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs oğluna istinad edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXMin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində Şəxs oğlunun təqsirliliyi inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi izahatı, Şəxs 5-ci PBdə yazdığı izahatı, xx.xx.2025-ci il tarixli Raport və işin digər materialları ilə tam sübuta yetirilir və onun barəsində düzgün olaraq həmin maddələrlə protokol tərtib edilmişdir. Məhkəmə Şəxs oğlunun ona istinad edilən inzibati xətaları törətmədiyi barədə izahatını işdə toplanmış sübutlarla təkzib edildiyindən özünü müdafiə etməsi kimi qiymətləndirib rədd edir. Məhkəmə Şəxs oğluna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu və 535.1-ci maddələrilə inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs oğlunun məsuliyyətini yüngülləşdirən hal müəyyən etmir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.1-ci maddəsinə əsaslanmaqla səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsini Şəxs oğlunun məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edir. Məhkəmə Şəxs oğlunun törətdiyi inzibati xətanın xarakterini və törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib 30 (otuz) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2025-cü il tarixdən saat 17:30-dan hesablansın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-1506/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1506/2025
10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver