Məhkəmə qərarları › İş №3(001)-1511/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1511/2022

01.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1511/2022 01.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X5 iclas katibliyi ilə, X1 inzibati xəta haqqında qərardan şikayət vermə müddətinin bərpa olunmasına dair vəsatətinə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, onun inzibati məsuliyyətə cəlb olunması barədə Bakı Nəqliyyat Agentliyinin 15.02.2019-cu il tarixli, BNA ******* nömrəli qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 həmçinin vəsatət ilə məhkəməyə müraciət edərək, məhkəməyə şikayət vermək üçün üzrlü səbəblər nəticəsində buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. X2 və qərarından şikayət verilən orqan Bakı Nəqliyyat Agentliyi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, özü və nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə tərəflərin iştirakı olmadan vəsatətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin ərizəsini, iş materiallarını araşdırıb hesab edir ki, vəsatət rədd edilməli, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Beləliklə, hazırkı iş üzrə məhkəməyə şikayət vermək üçün müəyyən edilmiş müddətin buraxılması səbəbi üzürlü səbəb hesab edilməsi mümkünsüzdür.Belə ki, şikayətçi prosessual müddətin bərpası barədə sübutları məhkəməyə təqdim etməmişdir.Qeyd edilənlərə əsasən buraxılmış müddətin bərpa olunması qeyri-mümkün hesab edilməlidir. Buna görə də, hesab edirəm ki, yuxarıda göstərilənlərə əsasən X1 Bakı Nəqliyyat Agentliyinin 15.02.2019-cu il tarixli, BNA ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-137-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: X1 Bakı Nəqliyyat Agentliyinin 15.02.2019-cu il tarixli, BNA ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermə müddətinin bərpa olunmasına dair vəsatəti rədd edilsin. X1 Bakı Nəqliyyat Agentliyinin 15.02.2019-cu il tarixli, BNA ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar