Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1511/2025 18.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X2, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs şəxs Şəxs iştirakları ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs barəsində İXM-in 528.1-1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur.
2. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X3 bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 2-2(103)-259/2023 nömrəli icra sənədinə əsasən “birinci tərəf” "xxxx" MMC etibarnamə üzrə nümayəndə X1 şəxsində, “ikinci tərəf Bakery MMC-in direktoru Şəxs aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar. Həmin sazişə əsasən tərəflər etiraf və qəbul edirlər ki, “ikinci tərəf”in “birinci tərəf”ə olan borcu 20.600 (iyirmi min altı yüz) manat təşkil edir. “İkinci tərəf” borc məbləğinin 10.600 (on min altı yüz) manat hissəsini və “birinci tərəf” in dövlət rüsumu kimi ödədiyi 151,80 (yüz əlli bir manat səksən qəpik) manatı 50% hissəsi olan 75,90 (yetmiş beş manat doxsan qəpik), cəmi 10 675,90 (on min altı yüz yetmiş beş manat doxsan qəpik) manatı hazırkı saziş bağlandıqdan sonra növbəti 3 gün ərzində birinci tərəf ə ödəyir. İkinci tərəf qalan 10000 (on min) manat borcu birinci tərəf in ikinci tərəfə bu Sazişi 2.3-cü bəndi ilə tətbiq edəcəyi güzəşt məbləği həcmində və güzəştin tətbiq edilmə vaxtı ilə eyni gündə ödəniş etməklə ödəməyi öhdəsinə götürür. Lakin icra barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs icra sənədinin tələblərinə əməl etməmişdir. Ona görə də, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs barəsində İXM-in 528.1-1-ci maddəsi ilə protokol tərtib edilmişdir.
3. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs vergi borcuna görə vergi tərəfindən bütün qazancının tutulduğunu, bir müddətdir ki, fəaliyyət göstərə bilmədiyini və buna görə də borclarını ödəyə bilmədiyini bildirmişdir. O, apreldən etibarən fəaliyyətə başlayacağını borcunu bundan sonra ödəyə biləcəyini qeyd etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 2-2(103)-259/2023 nömrəli icra sənədinə əsasən “birinci tərəf” "xxxx" MMC etibarnamə üzrə nümayəndə X1 şəxsində, “ikinci tərəf Bakery MMC-in direktoru Şəxs aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar: Tərəflər etiraf və qəbul edirlər ki, “ikinci tərəf”in “birinci tərəf”ə olan borcu 20.600 (iyirmi min altı yüz) manat təşkil edir. “İkinci tərəf” borc məbləğinin 10.600 (on min altı yüz) manat hissəsini və “birinci tərəf” in dövlət rüsumu kimi ödədiyi 151,80 (yüz əlli bir manat səksən qəpik) manatı 50% hissəsi olan 75,90 (yetmiş beş manat doxsan qəpik), cəmi 10 675,90 (on min altı yüz yetmiş beş manat doxsan qəpik) manatı hazırkı saziş bağlandıqdan sonra növbəti 3 gün ərzində birinci tərəf ə ödəyir. İkinci tərəf qalan 10000 (on min) manat borcu birinci tərəf in ikinci tərəfə bu Sazişi 2.3-cü bəndi ilə tətbiq edəcəyi güzəşt məbləği həcmində və güzəştin tətbiq edilmə vaxtı ilə eyni gündə ödəniş etməklə ödəməyi öhdəsinə götürmüşdür.
5. Bakı şəhəri Xətai rayon İcra Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 2-2(103)- 259/2023 nömrəli icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icaata başlanılmışdır.
6. Bakı şəhəri Xətai rayon İcra Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, № e290448/2023-4 tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixli, 2-2(103)-259/2021 nömrəli icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məlumat verilmişdir.
7. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarılan YP242009735№ çıxarışdan görünür ki, AZ1117 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə ŞTQ, Binəqədi şosesi, ev Şimal Hissəsi, Sağ tərəfi mənzildə fəaliyyat göstərən "xxxx" çörək zavodu yoxlanılmışdır.
8. VTB Bank tərəfindən 3895№, xx.xx.2024-cü il tarixli Binəqədi rayon İcra şöbəsinə göndərilmiş Binəqədi rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli, №xx/xx- 290448-16 saylı məktubuna cavabından görünür ki, "xxxx" MMC-yə məxsus hesablarda kifayət qədər vəsait olmamasına görə xx.xx.2024-cü il tarixli inkasso sərəncamları üzrə heç bir ödəniş aparılmamışdır. "xxxx" MMC-yə məxsus bütün hesablar bloklanmışdır.
9. "xxxx" MMC tərəfindən Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 2-2(103)-259/2023 nömrəli icra sənədinin icra edilməsi ilə bağlı "xxxx" MMC Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinəmüraciət etmişdir.
10. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanan xx.xx.2024-cü il tarixli № e290448/2023-14-25 xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC-in icra sənədində göstərilən borcdan ödənilməmiş qalan 10129 manat borcu mövcuddur.
11. "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə verilən izahatdan görünür ki, Şəxs borcunu 2024-cü ildən etibarən ödəyəcəyinə söz verir.
12. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X3 tərəfindən tərəflərin iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, tərəflər arasındakı barışıq sazişi tərtib olunmuş, həmin sazişə əsasən 10 625.30 manat "xxxx" MMC-yə ödənilməlidir. İcra sənədində göstərilən tələbin təmin olunması barədə borcluya bildiriş göndərilsə də, tələb borclu tərəfindən icra olunmamışdır.
13. Bank Respublika tərəfindən Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə ünvanlanmış cavabdan görünür ki, "xxxx" MMC-in xx.xx.2023-cü il tarixli, 2-2(103)- 259/2021 nömrəli icra vərəqəsinə əsasən bank hesablarına göndərilən 710 manat və 10129 manat inkasso sərəncamı müddəti bitdiyi üçün icra edilmədən geri qaytarılmışdır.
14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)- 5151/2024 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, vəzifəli şəs qismində 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır.
15. xx.xx.2025-ci il tarixli, №290448/2023-14-25 xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli, 3(001)- 5151/2024 saylı qərarla İXM-in 528.1-ci maddəsinə əsasən təqsirli bilindiyinə görə inzibati cəriməni və borcunu ödəməklə bağlı xəbərdar edilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi
16. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs barəsində İXM-in 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
17. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
18. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsidir. (Hornsbi Yunanistana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar)
19. “İcra haqqında” Qanunun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər.
20. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməlidir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi göstərilir.
21. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir.
22. Qanunverici “İcra haqqında” Qanunun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir.
23. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir.
24. Qanunun mənasına görə İXM-in 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törətsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir.
25. İşin qərarın təsviri hissəsində təsvir edilmiş hallarından görünür ki, İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməyə görə inzibati tənbeh almış (3(001)-5151/2024, xx.xx.2024) Şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 2-2(103)-259/2023 nömrəli icra sənədini təkrarən icra etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, borclunun barəsində daha ciddi təsir tədbirləri görülməlidir. Belə ki, icra sənədinin icra olunmaması tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzadır.
26. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi iş materiallarında olan sübutlarla tam sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq İXM-in 528.1-1-ci maddəsi ilə tövsif edilmişdir.
27. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir.
28. Məhkəmə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur.
29. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
30. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
31. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır.
32. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən səxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.
33. Məhkəmə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmir.
34. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur.
35. İXM-in 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.
36. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir.
37. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində vəzifəli şəxs qismində barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir.
38. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-50, 110, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Aytəkin İbrahimova