Məhkəmə qərarları › İş №3(001)-1515/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1515/2025

18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1515/2025 18.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X1 iştirakı ilə, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 430.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları

1. Məhkəmənin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən Şəxs 17010.00 məbləğində vəsaiti xx.xx.2023-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 17010.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir.

2. Məhkəmə iclasında Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X2 bildirmişdir ki, Şəxs 17010.00 məbləğində vəsaiti xx.xx.2023-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 17010.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Bu səbəbdən xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs daha sonra Mərkəzi Banka gömrük bəyannamələrini təqdim etmişdir. Belə ki, sözügedən məbləğ qarşılığında ölkəyə gəlməli olan mallar İran İslam Respublikası ərazisindən keçməklə gəlməli olduğu üçün vasitəçi bank bəyannamələri bağlamamışdır. X5 Respublikasına beynəlxalq sanksiya tətbiq olunmuşdur. Banklar öz daxili nizamnamələrinə uyğun olaraq beynəlxalq sanksiyaya görə bəyannamələri bağlamırlar. X4 Şəxs tərəfindən təqdim edilmiş bəyannamələri yoxlayıb onların uyğun olduğu qənaətinə gəlmişdir. Bununla bağlı məhkəməyə zəruri sənədlər də təqdim edilmişdir. Belə olduğu təqdirdə Mərkəzi Bank olaraq tərtib edilmiş, protokolu müdafiə etməyərək, hüquqi şəxsin xeyrinə müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş:

3. xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Şəxs ilə Türkiyə Cumhuriyyətində fəaliyyət göstərən “FORTE GROUP LOJİSTİK TASARİMCİLİK SANAYİ VE TİCARET” LTD şirkəti arasında müqavilə bağlanmışdır.

4. “X6 Azərbaycan” QSC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış xx.xx.2025-ci il tarixli, № 00025 məktubdan görünür ki, Şəxs “X6 Azərbaycan” QSC vasitəsilə xaricə qabaqcadan ödəniş etmişdir. Lakin ödəmədən 2 (iki) il keçməsinə baxmayaraq malların ölkəyə idxalını təstiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təstiq edən sənəd təqdim edilməyən 02-xx.xx.2023cü il tarixli avans köçürmələri barədə məlumat Mərkəzi Banka təqdim edilmişdir.

5. Şəxs tərəfindən Mərkəzi banka təqdim edilmiş VÖEN ********** xx.xx.2023-cü il, VÖEN ********** xx.xx.2023-cü il, VÖEN ********** xx.xx.2023-cü il, VÖEN ********** xx.xx.2023-cü il, VÖEN ********** xx.xx.2023-cü il, VÖEN ********** xx.xx.2023-cü il, VÖEN ********** xx.xx.2023-cü il, VÖEN ********** xx.xx.2023-cü il tarixli bəyannamələrdən görünür ki, müvafiq bəyannamələrin uyğunluğu Mərkəzi Bank tərəfindən müəyyən edilmişdir.

6. Şəxs tərəfindən Mərkəzi banka təqdim edilmiş xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, müvafiq bəyannamənin uyğunluğu Mərkəzi Bank tərəfindən müəyyən edilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi

7. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir.

8. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, X6 Azərbaycan” QSC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış xx.xx.2025-ci il tarixli, № 00025 məktubdan görünür ki, Şəxs “X6 Azərbaycan” QSC vasitəsilə xaricə qabaqcadan ödəniş etmişdir. Lakin ödəmədən 2 (iki) il keçməsinə baxmayaraq malların ölkəyə idxalını təstiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təstiq edən sənəd təqdim edilməyən 02-xx.xx.2023-cü il tarixli avans köçürmələri barədə məlumat Mərkəzi Banka təqdim edilmişdir. Lakin məhkəməyə təqdim edilən Şəxs tərəfindən Mərkəzi banka təqdim edilmiş VÖEN ********** xx.xx.2023-cü il, VÖEN ********** xx.xx.2023-cü il, VÖEN ********** xx.xx.2023-cü il, VÖEN ********** xx.xx.2023-cü il, VÖEN ********** xx.xx.2023-cü il, VÖEN ********** xx.xx.2023-cü il, VÖEN ********** xx.xx.2023-cü il, VÖEN ********** xx.xx.2023-cü il tarixli bəyannamələrdən görünür ki, müvafiq bəyannamənin uyğunluğu Mərkəzi Bank tərəfindən müəyyən edilmişdir. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir.

9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər.

10. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir.

11. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.

12. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.

13. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.

14. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir.

15. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır.

16. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

17. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar