Məhkəmə qərarları › İş №3(001)-1520/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1520/2021

26.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1520/2021 26.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X4 iclas katibliyi ilə, X1 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin MN ******* saylı xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin MN ******* saylı xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, inzibati tənbeh vennə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətdə və şikayətçinin məhkəməyə iclasında şikayəti onunla əsaslandırmışdır ki, o, əsassız olaraq inzibati məsuliyyətə cəlb olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin MN ******* saylı xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X6 Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsinə əsasən 5000 manat cərimə edilmişdir. Həmin qərarda göstərilmişdir: “...xx.xx.2021-ci il tarixdə saat 15:50-də Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan Y/M, 3-cü Mədən, korpus 125, döngə 13 (Asim marketin arxası) ünvanda X5 məxsus obyektdə plandankənar yoxlama keçirərkən lisenziya olmadan özəl tibb (stomatologiya) ilə məşğul olması faktı aşkar olunmuşdur”. Hazırki halda o, özəl tibb (stomatologiya) ilə məşğul olmadığından Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Sumqayıt Tibb Kollecini ortopedik stomatologiya ixtisası üzrə qırmızı diplomla bitirmişdir. Təxminən 5-6 il bundan əvvəl adına VÖEN açdırıb icarəyə bir ünvan götürüb tibbi-stomatoloji fəaliyyətlə məşğul olmağa başlamışdır. Həmin vaxtlarda bir nəfər ona sənədlərinin qaydasında olub-olmadığını soruşanda bildirmişdir ki, bəli VÖEN-i vardır. O isə bunun üçün lisenziya almalı olduğunu bildirmişdir. Bundan sonra adına olan VÖEN-i bağlatdırıb icarə götürdüyü obyekti qaytarmışdır. 2020-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan yaşayış massivində özünə fərdi yaşayış evi tikdirmişdir. Həmin evin İ mərtəbəsində gələcəkdə lisenziya alıb fəaliyyət göstərə bilmək üçün stomatoloji klinika şəraiti qurmuşdur. 2020-ci ilin noyabr ayında təmiri bitirib obyekti bütün zəruri avadanlıqlarla təchiz etmişdir. Daha sonra stomatoloji fəaliyyətlə məşğul olmaq üçün lisenziya almaq istədikdə ona bildirdilər ki, qeyd etdiyi ünvanda stomatoloji fəaliyyətlə məşğul olmaq üçün bir sıra sənədlər, o cümlədən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən Çıxarış təqdim etməlidiri. Lakin tikdirdiyi fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi ƏMDK yanında DƏDRX-da qeydiyyatda olmadığından həmin ünvana dair Çıxarış təqdim edə birmirdi. Lisenziya almaq üçün qeyd etdiyi və eləcə də digər qeyd etmədiyi sənədləri hazırlayırdı. Göründüyü kimi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin MN ******* saylı xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarında özəl tibb fəaliyyəti ilə məşğul olmağı barədə qeyd olunanların heç bir əsası yoxdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə və qərar qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti, izahatları və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MN ******* saylı xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərara əsasən X6 İXM-nin 210.1-ci maddəsi ilə təqsirli bilinərək 5000 manat cərimə edilmişdir. Qərara əsasən xx.xx.2021-ci il tarixdə saat 15:50-də Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan Y/M, 3-cü Mədən, korpus 125, döngə 13 “Asim marketin arxası) ünvanda X5 məxsus obyektdə plandankənar yoxlama keçirərkən lisenziya olmadan özəl tibb (stomatologiya) ilə məşğul olması faktı aşkar olunmuşdur. Şikayətçi şikayətində həmçini əvvəlki məhkəmə iclasında onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin o, 2020-ci ilin noyabr ayında obyektdə zəruri stamotoloji avadanlıqların qoyulduğunu lakin lisenziya alınmadıığndan hələ fəaliyyət göstərmədiyii bildirmişdir. Şikayətçi məhkəmədə lisenziya alınması üçün 2021-ci ilin fevral ayında müvafiq səlahiyyətli orqana müaciət etdiyini qeyd etmişdir. Həmçinin müəyyən edilir ki, şikayətçi barəsində, təqsirli bilindiyi İXM-nin maddəsinin sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokol və qərara əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətmədiyini bildirsə də, məhkəmədə müəyyən edimişdir ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində tərtib edilmiş protokol və şikayətçinin məhkəmə iclasındakı izahatı işə baxan hakim tərəfindən sübut hesab edilir. İXM-nin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahat inzibati iş üzrə sübut kimi qəbul edilir. İXM-nin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə ki, şikayətçinin deməsinə görə stamotoloji fəaliyyət üçün lisenziyanın 2021-ci ilin fevral ayında, yəni inzibati xəta haqqında qərardan sonra alınması üçün müvafiq səlahiyyətli orqana müraciət edilməsi və avadanlıqların 2020-ci ilin noyabr ayında yerləşdirilmiş olması məhkəmənin sübutları qiymətləndirərkən öz daxili inamına əsasən inzibati xətanın törədilməsini istisna etmədiyi qənaətinə gəlməsinə səbəb olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-nin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-nin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin MN ******* saylı xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar