Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1522/2021 08.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 6-cı PB tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 məhkəməyə müraciət edərək, inzibati qaydada tənbeh olunmasına dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 6-cı PB tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə etibarnamə üzrə idarə etdiyi **-VB-*** dövlət qeydiyyat nişanlı “Toyota Corolla” markalı avtomobili Binəqədi rayonu, “Daş bazarı” adlanan ərazidə idarə edərkən, Binəqədi RPİ-nin polis əməkdaşları tərəfindən qurulmuş kontrol postundan sənəd yoxlanışından keçən zaman, barəsində əsassız və qanunsuz olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsini əsas tutaraq, tərtib edilmiş inzibati xəta haqqında protokola dair üzrə inzibati tənbeh vermə qərarı çıxarılmışdır. Belə ki, o, post yoxlanışından keçən zaman idarə etdiyi avtomobilin bütün sənədləri tam qanuni şəkildə və qaydasında olduğunu polis əməkdaşlarına bəyan edərək sənədlərini sübut olaraq onlara təqdim etmişdir. Lakin avtomobili sənəd yoxlanışından keçirən polis əməkdaşı, əlində olan planşet vasitəsi ilə onun şəxsiyyətini e-gov.az portalında yoxlayarkən onun icazəsinin olmadığını bildirmişdir. O isə polisə etirazını bildirib fiziki şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu və bununla bağlı e-gov.az saytından asan imza vasitəsi ilə karantin qaydalarına uyğun olaraq özünü, işçilərini və avtomobilini qeydiyyatdan keçirdiyini, həmçinin özünün daim həm vergi ödəyicisi, həm də sosial müdafiə fonduna təyin olunmuş vergi ödəyicisi olduğunu, ən əsası isə heç bir qanun pozmadığını bildirmişdir. Bununla bağlı polis onun sənədlərinə təkrar baxmış olsa da, ona əsassız olaraq qərəzli şəkildə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola dair iş üzrə inzibati tənbeh vermə qərar çıxarmışdır. Həmin qərar çıxardıqdan sonra, təxminən 2-3 dəqiqə sonra onun və idarə etdiyi avtomobilimin e-gov.az portalında icazəsi görünmüşdür. Həmin vaxt nə qədər polis əməkdaşına qərarın tam əsassız yerə yazıldığını bildirsə də, o təkidlə yazacağını bildirmişdir. Nəticədə haqsız və ədalətsizcəsinə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən 400 manat cərimələnmişdir. Bu hadisədən sonra, yəni bu haqsız olaraq yazılmış qərardan o, DİN-nə şikayət etmiş və şikayətinin ilkin mərhələsində xx.xx.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, müraciətinə baxılması və tədbirlər görülməsi üçün Binəqədi RPİ-nə göndərilmiş və araşdırmanın nəticəsi barədə ona məlumal veriləcəkdir. Daha sonra isə, DİN-nin BŞBPİ-nin İçtimai Təhlükəsilik İdarəsinin rəisinin imzası ilə xx.xx.2021-ci il tarixli № 044-5047Ş-4221 saylı cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib olunmuş və həmin protokolun ləğvi yalnız düzgün tərtib olunmadığı təsdiqləndiyi halda müvafiq məhkəməyə müraciət edərək həyata keçirilə bilər. Bununla da onun konstitusion hüquqları kobud surətdə pozulmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında X4 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən inzibati qaydada tənbeh olunmasına dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 6-cı PB tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2019-cu il tarixli sertifikatdan görünür ki, X3 Azərbaycan Respublikası Vergilər Nazirliyi Asan Sertifikat Xidmətləri Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixdən xx xxxxxx 2021-ci il tarixədək elektron imza üçün sertifikat verilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2004-cü il tarixli şəhadətnamədən görünür ki, X3 xx xxxxxx 2004-cü il tarixdən Azərbaycan Respublikası Vergilər Nazirliyi fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə (VÖEN **********) verilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2021-ci il tarixdə karantin rejimi qaydalarını pozduğundan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1ci maddəsi ilə təqsirli bilinib, 400 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X4 barəsində Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 6-cı PB tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, X1 rejimi dövründə sərbəst hərəkət üçün müvafiq qurumdan icazəsinin olubolmaması dəqiq və qərəzsiz şəkildə yoxlanılmadan hazırda mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Çünki iş materiallarından göründüyü kimi, X3 məxsus elektron imza və onun adına şəhadətnamə mövcuddur. Belə olan halda, sonuncunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tərkib əlamətlərinin olması az inandırıcıdır. Həmçinin qeyd edilməlidir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsinə dair məhkəmə tərəfindən verilmiş sorğuya Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 6-cı PB heç bir cavab verməmiş, üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bu isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən X2 müvafiq sübutları təqdim etməsi üçün iştirakı təmin edilməyərək, eləcə də bunun üçün ona lazımi şərait yaradılmayaraq səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X4 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə məhkəmə, şikayətçi X2 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X4 inzibati tənbeh olunmasına dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 6-cı PB tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 inzibati tənbeh olunmasına dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 6-cı PB tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün qərar Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-1522/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1522/2021
08.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver