Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1523/2021 23.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi ilə, X2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-2865/2020 saylı, xx.xx.2020ci il tarixli qərarından və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-1523/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından verdiyi apelyasiya şikayətini əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİ: X1 Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli qərardan və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-2865/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından şikayət vermiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-1523/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən X2 İXM-nin 528.1-ci maddəsi ilə barəsində olan Qazax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından verdiyi şikayəti və əlavə edilmiş sənədlər geri qaytarılmışdır. X3 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-2865/2020 saylı, xx.xx.2020ci il tarixli qərarından və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-1523/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayəti araşdırılarkən müəyyən edildi ki, eyni şikayətlər üzrə Binəqədi rayon məhkəməsinin icraatında iki eyni məzmunlu inzibati iş mövcuddur. Ona görə də məhkəmə hesab edir ki, həmin inzibati xətalara dair işlər bir icraatda birləşdirilməlidir. Həmçinin iş № 3(001)-1523/2021 saylı inzibati xətaya dair işlə 3(001)-2865/2020 saylı inzibati iş bir icraatda birləşdirilməli olduğundan, həmin iş ilk daxil olan nömrə altında, yəni 3(001)-2865/2020 saylı inzibati xəta haqqında iş üzrə icraatda birləşdirilməlidir və həmin nömrə altında baxılmalıdır. Belə ki, İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİ: 3(001)-1523/2021 saylı inzibati xətaya dair işlə 3(001)-2865/2020 saylı inzibati xətaya dair iş bir icraatda birləşdirilsin. Həmin işlərə 3(001)-2865/2020 saylı inzibati xəta haqqında iş üzrə bir icraatda baxılsın. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-1523/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1523/2021
23.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver