Məhkəmə qərarları › İş №3(001)-1524/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1524/2021

20.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1524/2021 20.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 43-cü PB tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 müraciət edərək, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 43-cü PB tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis bölməsinin s/i polis baş leytenantı X5 tərəfindən barəsində inzibati xəta haqqında xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* saylı Protokol tərtib edilmiş və həmin protokol əsasında Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis bölməsinin rəisi polis polkovnik-leytenantı X3 inzibati tənbeh vermə haqqında xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarına əsasən 4500 (dörd min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Həmin qərardan şikayət verilərək Binəqədi Rayon Polis idarəsinin 43-cü Polis bölməsinin rəisi polis polkovnik-leytenantı X3 inzibati tənbeh vermə haqqında xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 3(001)- 516/2021 saylı qərarı ilə şikayəti qismən təmin edilərək, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis bölməsinin rəisi polis polkovnik-leytenantı X3 xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana Binəqədi RPİ-nin 43-cü PB-nə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli Qərarına və digər qanunvericilik aktlarına əsaslanaraq qərarı onunla əsaslandırmışdır ki, iş materiallarında Onun “Golden” kişi geyimi mağazasının fəaliyyətini idarə etməsi, orada işləyən insanlar üzərində bu cür funksiya həyata keçirməsi (onlara rəhbərlik etməsi), maddi nemətlərə nəzarət və onların idarə olunması, vergi orqanında vergi ödəyicisi kimi uçota alınması və s. kimi funksiyaları icra etməsinə dair sübutlar və ona həmin funksiyaların verilməsinin hüquqi əsası qismində hüquqi aktlar (nizamnamə, təlimat, əmr və ya konkret vəzifə tutan şəxsin hüquq və vəzifələrinin müəyyən edildiyi vəzifəyə təyin edilməyə dair hüquqi fakt) yoxdur. O, izahatında həmin mağazada satıcı işlədiyini bildirmiş, səlahiyyətli orqan (vəzifəli şəxs) isə bunun əksini kifayət edici aydınlıqla sübut edə bilməmişdir. Onun “Golden” kişi geyimi mağazasının fəaliyyətini idarə etməsi, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən mötəbər dəlillərlə və birmənalı şəkildə sübuta yetirilməməsi onun tam əsaslılığına dair şübhələr yaratmaqla X1 həmin mağazada satıcı işlədiyi ehtimalını gücləndirir. Səlahiyyətli orqan (vəzifəli şəxs) isə yaranmış şübhələrin aradan qaldırılması, qeyd olunan ehtimalın təkzib olunması və X1 “Golden” kişi geyimi mağazasının fəaliyyətini idarə etməsi haqqında arqumentinin gücləndirilməsi üçün hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Buna görə məhkəmə onun həmin mağazada satıcı işlədiyini öz etirafı ilə qəbul edir və hesab edir ki, onun sözügedən mağazada karantin rejimini pozmasının həqiqiliyi nəzərə alınmış olsa belə, bu pozuntu fiziki və ya hüquqi şəxslərin inzibati məsuliyyəti qaydasında həll edilməli idi. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı ilə onun “Golden” kişi geyimi mağazasında vəzifəli şəxs statusuna malik olmadığının müəyyən edilməsinə baxmayaraq, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis bölməsi tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş halların yalnız yuxarı instansiya məhkəməsi tərəfindən dəyişdirilməsi və ya ləğv edilməsi hüquqları mənimsənilərək həmin bölmənin rəisi polis polkovnik-leytenantı X3 inzibati tənbeh vermə haqqında xx xxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli Qərarına istinad edilərək, kommersiya və qeyri kommersiya təşkilatlarının işçiləri də vəzifəli şəxslər siyahısına aid olduğu qənaətinə gəlinmiş və X1 barəsində qanunsuz olaraq vəzifəli şəxs kimi yenidən 4500 (dörd min beş yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. xx xxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarın xx xxxx 2021-ci il tarixdə Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis bölməsinin dəftərxanasında qeydiyyat kitabına imza etməklə əldə etmişdir. Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis bölməsinin rəisi polis polkovnik-leytenantı X3 xx xxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarını qanunsuz, əsassız və qeyri obyektiv hesab edir. Belə ki, xx xxxxxx 2021-ci il tarixdə, təqribən saat 12:20 radələrində satıcı kimi işlədiyi “Golden” kişi geyimləri mağazasında həmin mağazada kuryer fəaliyyətini həyata keçirən X4 ilə birlikdə olarkən iki nəfər polis əməkdaşı mağazaya daxil oldu. X10 alıcı zənn edərək onlara karantin rejimi qaydalarını pozduqlarını bildirmişlər. Mağazada o, satıcı, Kamran Rüstəmimin isə kuryer kimi işlədiyini bildirilməsinə baxmayaraq, polis əməkdaşları tərəfindən məcburi surətdə polis orqanına aparılmışdır. Orada, tərəfindən hər hansı karantin rejimi qaydalarının pozulmadığını israrla bildirməsinə baxmayaraq, barəsində yuxarıda qeyd olunan inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin barəsində tərtib edilmiş protokolla razı olmadığından protokolun qeyd hissəsində imzadan imtina etməsinin səbəbləri barədə müvafiq qeydlər aparmaq istədiyini bildirdikdə buna şərait yaradılmamışdır. Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin Qeyd hissəsinə görə Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Hüquq ədəbiyyatında təşkilati-sərəncamverici funksiyanı həyata keçirən şəxs anlayışına verilmiş açıqlamaya görə, təşkilatisərəncamverici funksiyanı həyata keçirən şəxs dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatların, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının fəaliyyətini idarə edir. Bu cür funksiyanın həyata keçirilməsi insanlar üzərində rəhbərlik etməklə əlaqədardır (kadrların seçilməsi, yerləşdirilməsi, işə qəbul, işdən çıxarılma, işin təşkili və s.). İnzibati təsərrüfat fəaliyyəti üçün isə insanlar üzərində rəhbərlik etmək mütləq deyil. Burada əsas maddi nemətlər üzərində nəzarət və onların idarə olunması, onların buraxılmasının, qəbul olunmasının, məsuliyyətli saxlanılmasının, realizə olunmasının və s. təşkil edilməsidir. Şəxsə müvafiq funksiyaların verilməsinin hüquqi əsası qismində Konstitusiya, qanun, nizamnamə, təlimat, əmr və ya konkret vəzifə tutan şəxsin hüquq və vəzifələrinin müəyyən edildiyi vəzifəyə təyin edilməsinə dair digər hüquqi akt çıxış edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ‘‘vəzifəli şəxs” anlayışının şərh olunmasına dair xx xxxx 2013-cü il tarixli Qərarına əsasən dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Qeyd olunan maddi hüquq normasının tələbindən və Konstitusiya Məhkəməsinin plenum qərarından aydın şəkildə görünür ki, vəzifəli şəxslər yalnız təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslərdir. O isə satıcı kimi işlədiyi Golden kişi geyimləri mağazasında təşkilati- sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrini daimi və ya müvəqqəti icra etməmiş, həmin vəzifələr ona hər hansı səlahiyyət əsasında verilməmişdir. Eyni zamanda inzibati xəta haqqında qərarı qəbul etmiş orqan tərəfindən onun vəzifəli şəxsin vəzifələrini icra etməsini təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlardan göründüyü kimi, barəsində tərtib edilmiş protokolun və onun əsasında qəbul edilmiş qərarın əsassızlığının və qanunsıızluğunun əsasları ondan ibarətdir ki, protokolda qeyd edilən inzibati xəta tərkibinin hər hansı əlamətini daşımağım aşkar edilmir və xətanın törədilməsində təqsirim sübuta yetirilmir, Golden kişi geyimləri mağazasında hər hansı təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrini icra etməmişəm və həmin vəzifələr mənə hər hansı səlahiyyət əsasında verilməmişdir, eyni zamanda qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə mənim vəzifəli şəxs statusuna malik olmadığım müəyyən edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında X2 şikayəti müdafiə edib onun məzmununa uyğun izahat verib əlavə olaraq bildirmişdir ki, hazırda sözü gedən inzibati xəta üzrə məsuliyyətə cəlb etmə müddəti də keçmişdir. Ona görə də, məhkəmədən Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 43-cü PB tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan: xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Golden” kişi geyimi mağazası karantin rejimi qaydalarını pozduğundan X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(001)-516/2021 nömrəli qərarından görünür ki, X1 şikayəti qismən təmin edilmiş, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 43-cü PB tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək, inzibati xəta haqqında işə yenidən baxılması üçün Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 43-cü PB-nə göndərilmişdir. xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib, 4500 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmənin portal çıxarışından görünür ki, X2 vergi ödəyicisi qismində dövlət qeydiyyatına alınmamışdır. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X2 barəsində Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 43-cü PB tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. İş materiallarından isə müəyyən edilmişdir ki, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 43-cü PB tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilən zaman X2 vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb edilərək 4500 manat məbləğində cərimə edilmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 3(001)-516/2021 nömrəli qərarı ilə X1 tənbeh edilməsinə dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 43-cü PB tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli qərar ləğv edilərək, yenidən araşdırma üçün həmin qərarı qəbul etmiş səlahiyyətli orqana göndərilsə də, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 43-cü PB tərəfindən X2 barəsində yenidən araşdırma aparılaraq sonuncun həmin maddə ilə təqsirli bilinməsinə dair qərar qəbul edilmişdir. Halbuki məhkəmənin xx.xx.2021-ci il tarixli, 3(001)-516/2021 nömrəli qərarından X1 vəzifəli şəxs olmaması ilə bağlı hallar göstərilmiş, lakin səlahiyyətli orqan tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilən zaman məhkəmənin qərarında göstərdiyi xüsusatlarla bağlı araşdırma aparılmayaraq, X2 barəsində hazırda mübahisələndirilən qərar qəbul edilmişdir. Çünki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 43-cü PB tərəfindən X1 hansı əsasla vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb edilərək tənbeh olunmasını müəyyən etmək mümkün olmaqla yanaşı məhkəmə iclasında X1 vergi ödəyicisi qismində dövlət qeydiyyatından keçməməsi müəyyən edilmişdir. Bu isə onu göstərir ki, X2 tərəfindən inzibati xəta törədilmişsə belə, sonuncunun törətdiyi inzibati xəta sübuta yetirildiyi təqdirdə o fiziki şəxs kimi məsuliyyətə cəlb edilməli idi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 43-cü PB tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 tərəfindən verilmiş şikayət təmin edilsin. X2 barəsində Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 43-cü PB tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar