Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1526/2021 22.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi X1 iclas katibliyi ilə Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, keçid 1410, 6-cı mkr., ev 15/2, mənzil 78 olan Şəxs MMC (“xxxx” MMC) barəsində (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Bakı şəhər Statistika İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Bakı şəhər Statistika İdarəsi tərəfindən Şəxs MMC (“xxxx” MMC) barəsində İXM-nin 389-cu maddəsi ilə xx.xx.2020-ci il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol həmin hüquqi şəxs tərəfindən 2020-ci ilin aylıq 12 xidmət haqqında rəsmi statistika hesabatı hesabat ayından sonrakı ayın 5-ci iş günü təqdim edilməli olduğu halda, qeyd edilən hüquqi şəxs tərəfindən hesabat həmin tarixədək təqdim edilmədiyi üçün tərtib edilmişdir. Barəsində inzibati xəta barədə icraat aparılan hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Şəxs MMC (“xxxx” MMC) barəsində inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs MMC (“xxxx” MMC)nin barəsində İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını və barəsində inzibati xəta barədə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin məhkəmə iclasında izahatını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, hüquqi şəxsin təqsirli bilindiyi əməlin baş vermə tarixi, yəni hesabatın təqdim edilmə tarixi hesabat ayından sonrakı ayın 5-ci iş günü olduğu üçün, bununla da həmin günün növbəti günü inzibati xəta haqqında məsuliyyətin yarandığı günü hesab edilir. İnzibati xəta haqqında məsuliyyətin yarandığının başladığı hesab edilən həmin gündən inzibati məsuliyyətə cəlb etmə müddətinin axımı davam etmiş və hazırda artıq inzibati məsuliyyətə cəlb etmə müddəti olan 3 aylıq müddət keçmişdir. İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 3 ay keçənədək verilə bilər. Həmçinin hazırkı inzibati xəta İXM-nin 38.1-ci maddəsindəki xüsusi qeyd edilmiş - inzibati tənbehin törədildiyi gündən ən geci 1 il keçənədək verilə bilən inzibati xətalardan deyil. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-nin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-nin 53.0.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, hazırkı iş üzrə artıq inzibati məsuliyyətə cəlb etmə müddətləri keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC (“xxxx” MMC)-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-1526/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1526/2021
22.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver