Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1528/2020 12.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Yaqub Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X1 iclas katibliyi, Şikayətçi X2 etibarnamə üzrə nümayəndəsi X3, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X8 etibarnamə üzrə nümayəndəsi Zeyniyeva Ülkər qızının iştirakı ilə, Şikayətçi X2 Azərbaycan Respublikası Ekoloğiya və Təbii Sərvətər Nazirliyinin 11 saylı Regional Ekologiya və X12 tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, MN № ******* saylı qərarından verdiyi şikayətə Binəqədi rayon məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Şikayətçi X5 Azərbaycan Respublikası Ekoloğiya və Təbii Sərvətər Nazirliyinin 11 saylı Regional Ekologiya və X12 tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, MN № ******* saylı qərarından şikayət verərək göstərmişdir ki, o, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıqla məşgul olan, fərdi sahibkar Zeynab Behbudova (VÖEN: **********) Bakı şəhəri, Binəqədi rayonu Azadlıq prospekti ilə F.Rüstəmov küçəsinin kəsişməsində yerləşən “Mələk Palace" şadlıq evinin sahibkarıdır.Obyekt indiyə qədər hər hansı ciddi problem olmadan, qanunvericiliyə tam müvafiq qaydada fəaliyyət göstərmişdir.Lakin obyektlə bağlı 2019-cu ilin noyabr ayında ondan xəbərsiz Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X12 tərəfindən protokol tərtib edilmiş və xx.xx.2019-cu il tarixində vəzifəli şəxs kimi o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsi ilə (Müəssisələr, qurğular və başqa obyektlər istismara verildikdə və ya istismar müddətində ekoloji tələblərin pozulması) təqsirli bilinərək barəsində xx.xx.2019-cu il tarixli, MN №0481298 seriya və nömrəli inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır.Lakin qərarın çıxarılmasına səbəb və əsas olan hallar, yəni müvafiq monitorinq aparılması, protokol tərtib edilməsi və iş üzrə araşdırma aparılması zamanı nə onlara hər hansı məlumat verilmiş, nə işin araşdırılmasına cəlb olunmuş, nə də İXM-də göstərilən müvafiq hüquqlarından istifadəyə şərait yaradılmışdır.11 saylı RETSİ-nin onun barəsində qəbul etdiyi qərar aşağıdakı əsaslara görə tam qanunsuz və əsassızdır və ləğv edilməlidir. Belə ki, inzibati xəta haqqında icraatda iştirakları təmin edilməmişdir:Göründüyü kimi onu sırf qərəzli olaraq işə cəlb etməmişlər.Bununla bağlı nə ona şəxsən (telefon, SMS. elektron poçt və s.), nə də rəsmi qaydada poçtla hər hansı məlumat verilməmişdir. Əgər işə baxan səlahiyyətli orqanda belə bir məlumat varsa məhkəməyə təqdim edilməsini tələb edir.İnzibati xətalara dair iş materialları ilə tanış olarkən onun çağırılmağı ilə bağlı qəbul edilmiş hər hansı qərardada da rast gəlməmişdir.İXM-nin 61-ci maddəsinə əsasən onun digər prosessual hüquqları da təmin edilməmişdir. Göründüyü kimi əgər protokol tərtib edilərkən və ya inzibati işə səlahiyyətli vəzifəli şəxs tərəfindən baxılarkən iştirakları təmin edilsəydi ən azı inzibati xəta tərkibinin olmaması barədə öz sübutlarını, vəsatətlərini verə, izahatlarını bildirə, lazım gədikdə isə peşəkar hüquqi yardım üçün vəkilə müraciət edə bilərdi, lakin bunların hamısından işə baxan vəzifəli şəxs tərəfndən qanunsuz məhrum edilmişdir.O, hesab edir ki, işə baxan vəzifəli şəxs iş üzrə toplanmış sübutlara obyektiv qiymət verməmişdir.Belə ki, iş üzrə toplanmış sübutlar yalnız vəzifəli şəxslərin topladığı sübutlar olmuşdur (akt, protokol və s.), onlar da kifayət qədər şübhəli və əsassız olmuşdur.İşin hallarından göründüyü kimi obyektdə istismar müddətində guya ekoloji tələblərin pozulması halı Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin istifadə etdiyi ANKAT 7664 adlı cihazı ilə müəyyənləşdirilmişdir. İnzibati xəta üzrə araşdırmada onların iştirakları təmin edilsəydi həmin cihaza dair zəruri sənədləri, sertifikatları və digər göstəriciləri tələb edə, habelə bu işlə bağlı zəruri ekspertiza aparılmasını belə tələb edə bilərdilər. Ölçü cihazının göstəriciləri xx.xx.2019-cu il tarixli, MN ******* seriya və nömrəli protokolda gösətirilməli olsa belə, onun adından başqa heç bir göstəricisi qeyd edilməmişdir.Belə ki, cihazın - yerləşdiyi yer, son dəfə dövlət yoxlamasından keçdiyi vaxt, dövlət yoxlamasında keçməsini təsdiq edən sənədin nömrəsi və tarixi və s. hallar göstərilməmişdir.Bununla da həmin cihazla aparılan monitorinqin obyektivliyi sual altına alınır.O, bu qərarın mövcudluğundan yalnız bir neçə gün öncə, Binəqədi rayonu icra və probasiya şöbəsinin icra məmurunun onunla əlaqə saxlamasından sonra xəbər tutmuşdur.Bundan sonra, xx.xx.2020-ci il tarixində rəsmi qaydada 11 saylı RET Sİ-yə müraciət edərək qərarın surətini almışdır.O, hesab edir ki, qərarın surətinin ona ümumiyyətlə göndərilməməsi və işə baxan səlahiyyətli orqan tərəfindən ciddi pozuntu hesab edilməli və müvafiq rərar ləğv edilməlidir. Yuxarıda sadalanan pozuntular əsasında o, hesab edir ki, obyektin fəlaiyyətində hər hansı pozuntu olmamış, heç bir ekoloji tələb pozulmamışdır.Odur ki, inzibati xəta hadisəsi ümumiyyətlə baş verməmiş, belə hadisə formal olaraq olmuş olsa belə inzibati xəta tərkibi mövcud deyildir.Əks halda səlahiyyyətli orqan bu pozuntunu qanunvericiliklə müəyyən olunmuş qaydada sübuta yetirməli idilər.Əgər sübuta yetmirsə, aparılan icraat çoxsaylı pozuntularla aparılıbsa, onun heç bir hüququ təmin edilməmişdirsə, hesab edir ki, inzibati xəta hadisəsi baş verməmiş və səlahiyyətli orqan qərəzli və qanunsuz halda qərar çıxarmışdır.Bu halda da iş üzrə icraata xitam verilməlidir.Buna görə də, o, xx.xx.2019-cu il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarı əsassız və qanunsuz hesab edir və həmin qərarın ləğv etməsini məhkəmədən xahiş edir. Həmçinin, şikayətçi qərardan şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətin buraxılmasının üzürlü hesab edilərək buraxılmış müddətin bərpa edilməsi barədə vəsatətini onunla əsaslandırmışdır ki, qərar ona nə şəxsən, nə də rəsmi qaydada təqdim edilməmişdir.Qərar onun tərəfindən xx.xx.2020-ci il tarixdə səlahiyyətli orqandan rəsmən olaraq alınmışdır.Odur ki, şikayət vermə müddəti həmin tarixdən hesablanmalıdır.Buna görə də, o, buraxılmış müddətin üzürlü hesab edilərək vəsatətin təmin edilməsini məhkəmədən xahiş edir. Şikayətçi X6 yuxarıda göstərilənləri nəzərə alaraq barəsində başlanılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini və Azərbaycan Respublikası Ekoloğiya və Təbii Sərvətər Nazirliyi 11 saylı Regional Ekologiya və X12 tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, MN № ******* seriya və nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən şikayətçi X2 etibarnamə üzrə nümayəndəsi X10 şikayətində göstərilənləri nəzərə alaraq və iaşə obyektində olan ventilyasiya və tüstü kanallarının təmizlənməsi barədə müqavilənin olduğunu və onlar tərəfindən zəruri tədbirlərin vaxtlı-vaxtında görüldüyünü nəzərə alaraq şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X8 etibarnamə üzrə nümayəndəsi X11 şikayətin əsassız olduğunu bildirib, şikayətin rədd edilməsini məhkəmədən xahiş etdi.İnzibati orqanın nümayəndəsi fikrini onunla əsaslandırmışdır ki, 11 saylı Regional Ekologiya və X8 “Mələk Palace" şadlıq evindən atmosferə atılan tullantıların miqdarını təyin edilməsi barədə 55837 326 saylı akta əsasən məlum olur ki, “Mələk Palace" şadlıq evində qaz-toz tutucu təmizləyici qurğudan istifadə olunduğu müəyyən edilmiş, lakin həmin qurğunun təmizlənmə aktı təqdim edilməmiş, monitorinq zamanı ANAKT-7664 cihazı vasitəsilə ölçmə işi aparılmış, atmosferə atılan tullantıların miqdarı CO-7.6 mq/m3 norma:CO-5.0 mq/m3) təşkil etmişdir.Bu da təyin edilən mühit üçün yol verilən hədd normasından artıqdır.Buna görə də, şikayət əsassız olduğundan rədd olunmalıdır. Məhkəmə şikayətçinin nümayəndəsini və inzibati orqanın nümayəndəsini dinləyib və iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan rədd olunmalıdır. Belə ki, iş materiallarında olan 11 saylı Regional Ekologiya və X8 rəisi X4 xx.xx.2019-cu il tarixli, MN ******* saylı nömrəli qərarın surətindən və digər sənədlərdən görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 233.1 və 237.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan 11 saylı Regional Ekologiya və X8 “Mələk Palace" şadlıq evindən atmosferə atılan tullantıların miqdarını təyin edilməsi barədə 55837 326 saylı aktından məlum olur ki, “Mələk Palace" şadlıq evində qaz-toz tutucu təmizləyici qurğudan istifadə olunduğu müəyyən edilmiş, lakin həmin qurğunun təmizlənmə aktı təqdim edilməmiş, monitorinq zamanı ANAKT-7664 cihazı vasitəsilə ölçmə işi aparılmış, atmosferə atılan tullantıların miqdarı CO-7.6 mq/m3 norma:CO-5.0 mq/m3) təşkil etmişdir. Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 237.2-ci maddəsinə əsasən, ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulmasına və ya bunlardan istifadə edilməməsinə görə fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) protokolundan - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, protokolun surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin məcəllənin 130.2-ci maddəsinə əsasən,Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin məcəllənin 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş protokolun qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət əsassız olduğundan rədd olunmalıdır.Belə ki, iş materiallarında olan 11 saylı Regional Ekologiya və X8 rəisi X4 xx.xx.2019-cu il tarixli, MN ******* saylı nömrəli qərarın surətindən və digər sənədlərdən görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 233.1 və 237.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.Həmçinin,iş materiallarında olan 11 saylı Regional Ekologiya və X8 “Mələk Palace" şadlıq evindən atmosferə atılan tullantıların miqdarını təyin edilməsi barədə 55837 326 saylı aktından məlum olur ki, “Mələk Palace" şadlıq evində qaz-toz tutucu təmizləyici qurğudan istifadə olunduğu müəyyən edilmiş, lakin həmin qurğunun təmizlənmə aktı təqdim edilməmiş, monitorinq zamanı ANAKT-7664 cihazı vasitəsilə ölçmə işi aparılmış, atmosferə atılan tullantıların miqdarı CO-7.6 mq/m3 norma:CO-5.0 mq/m3) təşkil etmişdir. Bu da təyin edilən mühit üçün yol verilən hədd normasından artıqdır.Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir.Həmin Məcəllənin 237.2ci maddəsinə əsasən, ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulmasına və ya bunlardan istifadə edilməməsinə görə fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.Buna görə də şikayətin təmin olunması üçün hüquqi əsaslar yoxdur və şikayətçi X2 Azərbaycan Respublikası Ekoloğiya və Təbii Sərvətər Nazirliyi 11 saylı Regional Ekologiya və X12 tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, MN № ******* saylı qərarından verdiyi şikayəti rədd olunmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, X6 Azərbaycan Respublikası Ekoloğiya və Təbii Sərvətər Nazirliyi 11 saylı Regional Ekologiya və X12 tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, MN № ******* saylı qərarını rəsmi qaydada gec aldığından həmin qərardan şikayət vermək üçün prosessual müddəti buraxmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayətçi X2 Azərbaycan Respublikası Ekoloğiya və Təbii Sərvətər Nazirliyi 11 saylı Regional Ekologiya və X12 tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, MN № ******* saylı qərarından verdiyi şikayəti rədd edilsin. Qərardan 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı şəhər Apallyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-1528/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1528/2020
12.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver