Məhkəmə qərarları › İş №3(001)-1528/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1528/2023

17.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1528/2023 17.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X18 katibliyi, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin X20 şöbəsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X9, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X6 iştirakları ilə, X6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin X20 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə barədə qərarın ləğv edilməsinə dair verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin X20 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə barədə qərarın ləğv edilməsinə dair verdiyi şikayət məhkəməyə daxil olmuşdur. Şikayət onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində, saat 11:38 radələrində ona məxsus “Mersedes Benz SPRİNTER YÜK” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Binəqədi rayon DYPŞ-nin Yol Patrul Xidmətinin inspektoru, polis serjantı X5 əmri verərək, ondan avtomobilini qırağa verərək saxlamasını tələb etdi. Polis özünü ona təqdim etdikdən sonra onu hansı səbəbdən saxladığını soruşdu. Polis əməkdaşı heç bir cavab verməyərək ondan sürücülük vəsiqəsini istədi. İçkili olub-olmamasını soruşduqda, içkili olmadığını bildirdi. Polis serjantı ona bildirdi ki, barəsində içkili vəziyyətdə avtomobil idarə etdiyi üçün protokol tərtib edəcək. Beləliklə, barəsində 28 avqust 2022-ci il tarixində protokol tərtib etdi. Üstündən 1 ay keçənə yaxın onu məhkəməyə apardılar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərardadları ilə barəsində tərtib edilmiş İXP4857073 nömrəli protokol və ona əlavə edilmiş sənədlər Binəqədi rayon DYPŞ-nə geri qaytarılmışdır. 28 avqust 2022-ci il tarixdə sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu tərtib edilmiş və həmin protokolda onun spirtli içki və ya narkotik vasitələrin psixotrop maddələrin olmadığı qeyd edilmişdir. Bundan əlavə olaraq bildirir ki, onun barəsində protokol 28 avqust 2023-cü ildə, qərar isə 12 aprel 2023-cü il tarixdə tərtib edilmişdir. Halbuki, qərar sitstemə 24 saat ərzində vurulmalıdır. Özünə məxsus telefona onun 400 manat cərimə olunmağı barədə SMS gəlmişdir. Onun saxta yazılmış cəriməni ödəməyə imkanı yoxdur özü xəstəlikdən əziyyət çəkir. Polisin belə hərəkətləri özbaşınalıqdır. Əlavə olaraq qeyd etmək istəyir ki, Binəqədi rayon DYPŞ-nin Yol Patrul Xidmətinin inspektoru Binəqədi rayonunda rəisin dəyişməsindən istifadə edərək həmin qərarları əvvəlki rəisin sistemindən vuraraq qanunsuz hərəkətlərə yol vermişdir. Barəsində tərtib edilmiş protokol və onun əsasında çıxarılmış qərar qanunsuzdur. Təqsiri olmadan ona cərimə yazılması qanunsuzdur. Həmin cəriməni ödəməyə onun maddi imkanı yoxdur. Göründüyü kimi onun barəsində tərtib edilmiş inzibati xəta haqqında qərar tamamilə əsassızdır. Məhkəmə iclasında şikayətçi X11 şikayətin məzmununa uyğun çıxış edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin X20 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə barədə qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Binəqədi rayon X20 şöbəsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X4 Məqsəd Bəyistan oğlu tərəfindən verilmiş şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X11 tərəfindən verilmiş şikayət təmin edilməli, X11 barəsində tərtib edilmiş inzibati tənbehvermə haqqında qərar ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin Dövlət X19 göndərilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(001)- 2767/2022 saylı qərardadından görünür ki, X11 barəsində İXM-in 329.1 və 333.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X19 geri qaytarılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(001)-3417/2022 saylı qərardadından görünür ki, X11 barəsində İXM-in 329.1 və 333.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X19 geri qaytarılmışdır. xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X11 İXM-in 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Binəqədi rayon DYPŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X11 İXM-in 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. xx.xx.2022-ci il tarixli, 2/20324 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, X11 ayıqdır, onda alkoqol qəbulu əlamətləri yoxdur. Alkotester cihazına aid qəbzdən görünür ki, X7 “0.449 promil” sərxoşluq aşkar olunmuşdur. İş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, “Mersedes Benz SPRİNTER YÜK” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında X8 məxsusdur. Binəqədi rayon DYPŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə X11 İXM-in 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, X11 barəsində xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilməzdən öncə natamam araşdırma aparılmış, iş üzrə bütün hallara hərtərəfli qiymət verilməmişdir. Belə ki, inzibati tənbeh vermə haqqında qərardan şikayət üzrə iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, şikayətçi X11 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qrardadı ilə geri qaytarılmış, qərardadda göstərilən nöqsanlar aradan qaldırılmadan xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolda göstərilən nöqsanlar aradan qaldırılmadan yenidən baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmiş və həmin inzibati xəta haqqında protokol, ona əlavə edilmiş sənədlər məhkəmənin 11 noyabr 2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə” aparılan 28 avqust 2022-ci il tarixli tibbi müayinə protokolundan görünür ki, X11 28 avqust 2022-ci il tarixdə saat 16:00-da müayinədən keçmiş, müayinə nəticəsində onun ayıq olması müəyyən olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin X20 şöbəsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X13 tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən isə görünür ki, X1 vəziyyətini müəyyən etmək üçün xx.xx.2022-ci il tarixdə xüsusi texniki vasitədən-alkotesterdən istifadə edilmiş və onun 0,449 faiz sərxoş olması müəyyən edilmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə” aparılan 28 avqust 2022-ci il tarixli tibbi müayinə protokolundan görünür ki, X3 olduğunu etiraf etmişdir. Göründüyü kimi, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(001)- 2767/2022 saylı və xx.xx.2022-ci il tarixli, 3(001)-3417/2022 saylı qərardadlarə ilə X11 barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X19 geri qaytarılsa da, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ tərəfindən heç bir araşdırma aparılmadan, yuxarıda göstərilən ziddiyyətli məqamlar araşdırılmadan onun barəsində 12 aprel 2023-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X11 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və işin yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin X10ytarılmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə - qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması... Beləliklə, məhkəmə hesab edir ki, X11 tərəfindən verilmiş şikayət təmin edilməli, X11 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin X20 Şöbəsi tərəfindən X11 barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə barədə qərar ləğv edilsin və iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar